четверг, 1 октября 2020 г.

AFRODİTA (Yunan mifologiyası)

 

Bottiçelli "Veneranın doğulması"

    Yunan mifologiyasına görə Afrodita eşq, gözəllik ilahəsi idi. Roma mifologiyasında adı Veneradır. Bu gözəl ilahənin doğumu haqqında iki yazarın əsərləri qaynaq götürülmüşdür.

    Deməli, Hesiodun "Thegonia" (Tanrıların doğulması) əsərinə görə Geyanın əri Uran uşaqlarını yenidən Geyanın bətninə göndərir və bunun nəticəsində də Geya oğlu Kronun əlinə bir oraq verərək Uranı taxtdan endirtmək istəyir. Kron atasının cinsiyyət orqanını kəsir və onu Tartara həbs edir, dənizə düşən orqan su üzərindəki köpüklərlə birləşir və nəticədə gözəllik ilahəsi Afrodita doğulur. (Yunanca Aphros "köpük" deməkdir.) Deyilənə görə ilahənin doğulduğu yer Kipr sahilləri imiş. 

    Hesioda görə Afrodita titandır.

    Homerə görə isə Afrodita Zevs ilə Dionenin qızıdır və Olimpiyalıdır.

Afrodita eşqi.

    Deməli bu gözəl ilahə ilə Ares bir-birilərini sevməklərinə baxmayaraq niyəsi hamıya maraqlı olan çirkin dəmirçi tanrı Hefistosla evlənmişdir. Nəticədə yoldaşını Areslə, Adonislə, Poseydonla, Hermeslə, Dionislə və bir neçə ölümlü ilə aldatmışdır. (Kimsə qaldı? 👀) Bunlar arasında dillərə dastan olanı  Areslə yaşadığı, Hefistos tərəfindən el -aləmə rüsvay edilən eşqi idi. ("Ares və Afrodita"məqaləmizə göz ata bilərsiniz) Areslə əlaqəsindən 3 övladı: Phobos, Deimos, Harmonia doğulmuşdur. Dionislə əlaqəsindən Priapus və Bakhus doğulmuşdur. Herməslə əlaqəsindən Hermaphroditus doğulmuşdur. Poseydonla əlaqəsindən isə Rhodos ilə Herophilus doğulmuşdur. 

    Gözəl ilahəmiz Myrranın oğlu Adonisə vurulur və onu böyütməsi üçün Persephoneyə verir. Uşaq böyüyəndə Afrodita onu geri istəyir, ancaq Persephone vermək istəməyəndə ara qızışır və məsələyə Zevs daxil olur.  Zevs belə bir qərar çıxardır ki, gənc ilin 1/3 hissəsini Afrodita, 1/3 hissəsini Persofone qalan hissəsini isə kefi istədiyi yerdə keçirə bilər. Yetim Adonis sonralar Aresin qısqanclığının qurbanı olur. ( Heçnə...)

    Afrodita da az aşın duzu deyil, belə ki, Lemnoslu qadınlar buna ibadət edib, hörmət etmədikləri üçün qadınları ovsunlayıb, onlar da ərlərini öldürüblər və Arqonavtlar gələnə qədər ada kişisiz qalıb. Bunlardan başqa Paphoslu Kinyrasın qızlarını isə tanımadıqları adamla birlikdə olmağa məcbur etmişdir. Şəfəq ilahəsi EOSa, Faidraya, Pasiphaeyə lənətli eşq bəxş etmişdir.

Afroditanın sinəliyi.

    Homerə görə Afroditanın cazibədarlığının sirrlərindən biri də onun sehirli sinəliyidir. Bir gün Hera Zevsin ağlını başından çıxartmaq üçün ( uuuuuu) Afroditadan bu sinəliyi belə istəyir:

"Sən də bu sevgi, bu cazibədarlıq var ha,

yəni ölümsüzlərlə, ölümlülərin öhdəsindən gəldiyin

bax onlara mənə bir günlük ver."

Bundan sonra da ilahə naxışlı sinəliyi Heraya verir. Digər bir mənbəyə görə isə sinəliyi Heraya Afrodita özü vermişdi ki, Zevsin başını qatsın və Afrodita da Troya döyüşünə getsin. Homerə görə bir qurşaqdan ibarət olan bu sinəliyin nə sehri vardısa hamısı içindəydi: naz, işvə, zarafat, ən ağıllı adamı belə yoldan çıxardan eşq. 

Troya döyüşü və Afrodita.

    Deməli, bir gözəllik yarışı keçirilir və Paris adlı bir gənc də hakim olur. Gözünə döndüyüm ilahəmiz də Parisin Helenin dərdindən öldüyünü bilir və ona qalib gələcəyi təqdirdə Helenin eşqini vəd edir. (Axxx rüşvət) Nəticədə müharibə başlayır və burda Afrodita həmişə troyalıların tərəfində olur və onların İtaliyaya köçməsinə kömək edən, soylarının qurumasının qarşısını alan Parisi qoruyur.

Afroditaya ibadət.

    İlahəyə ibadətin ən əsas mərkəzlərindən biri Kipr və Kytheadır, ancaq Knidosda 3 məbədi vardır. Bundan başqa Kos adası, Qaz dağı, Abidos, Afina, Megara, Sparta və bir neçə yerdə də ilahəyə ibadət edilirdi. Qədim Yunanıstanda Afroditanın şərəfinə Adonia, Anagogia, Aphrodisia, Katagogia adlı festivallar keçirilirdi. 

Afroditanın ləqəbləri.

Afrodit Acrae, Doritis (cömərd), Epistrophiya (kişilərə eşq üçün baxan), Euploia, Limenia (liman), Pontia (dənizin dibi), Area (döyüşçü), Afrodit Migonitis, Afrodit Nymphaea (gəlin), Afrodit Melaenis (qara), Skotia (qaranlıq),  Androphonos (insan ovçusu), Pandemos, Afrodit Urania (cənnət), Pasiphae (parıldayan), Asteria və b. 

Afrodita təsvirləri. 

Deməli, bəzi qaynaqlara görə Afrodita dalğaların köpüyündən yarananıb sənizdən çıxanda çılpaq imiş və orda bir dəniz qabığına minərək Kytheriaya getmişdir. Sandro Bottiçellinin "Veneranın doğuluşu" adlı əsərində də ilahə çılpaq şəkildə dəniz qabığının üzərində rəsm edilmişdir. Əntiq çağın ən məşhur Afrodita heykəli e.ə. 350-ci ildə Praxiteles tərəfindən düzəldilmişdir. Bir də Romada Capitoline Venus və Melosda "Venus di Milo" heykəlləri də vacib heykəllərdəndir.

APHRODİTEOPOLİS- yunanlıların ilahə Afrodita ilə eyniləşdirdiyi  ilahə Hathora ibadət edilən Misir şəhərlərinə verdikləri addır.


Qeyd: Adları orijinalda olduğu kimi qeyd etmişik.

#Afrodita #Aphrodite #Zevs #Hera #Poseydon #Hefistos #Ares #Poseydon #Hermes #Afina #Troya #Helen #Paris #Hesiod #Homer #Kron #Uran #Geya #Gaia #Tartar #titan #olimpiya #olimp #Phobos #Deimos #Harmonia #Adonia #Anagogia #Aphrodisia #Katagogia #Afrodit #Acrae, #Doritis  #Epistrophiya  #Euploia #Limenia #Bottiçelli #Botticelli #Veneranındoğumu #Praxiteles #ARQONAVTLAR 

Комментариев нет:

Отправить комментарий