Əgər Rik Riordanın
"Apollonun vəzifələri" kitablarını oxuyursunuzsa, milyon faiz Kral
Midasla da tanış olmusunuz. Az aşın duzu olmayan Apollon və ondan geri qalmayan
Midasın mifologiya qarışıq həyəcan verici əhvalatlarını oxumaq da ayrı bir
ləzzət edir. Hətta bu silsilənin "The last Hero" kitabında Midas
demişdir:
"Hökumətlər məhv
olar. Ölülər dirilər. Nəhənglər Olimpə hücum edər, ancaq qızıl hər zaman
dəyərini qoruyar!"
Kimdir bu Midas?
Bir gün Frikya kralı
Gordios ölür. Hamı yasdadır, məmurlar təlaş içərisindədir çünki Gordios bir
mirasçı təyin etməmişdi. Nə edək, necə edək deyən məmurlar qərara gəlirlər ki,
getsinlər kahinin yanına. Kahin də gözünə döndüyüm deyir ki, bəs şəhərə
arabasıyla daxil olan ilk adam bu ölkənin kralı olacaqdır və ta taaaa kasıb ailədən
olan, xəstə anası və meşədə işləyən atası ilə günlərdir yol gələn Midas şəhərə
daxil olur. Beləliklə tarixdə Frikyanın ən tanınmış 2 kralından biri Midas kral
elan edilir. Frikya kralları ya Gordios, ya da Midas olaraq yad edilirdi. Onu
da deyək ki, kral Midasın zamanında Frikya çiçəklənmə dövrü keçirdir.
Bol-bərəkətli, güclü bir dövlətə çevrilir.
Toxunduğum hər şey
qızıla çevrilsin.
Deməli, bir gün Dionisin
çox istədiyi Silenos ( qoca satirlərə verilən addır ki, bu satir yaşlı bir
musiqi ustasıdır) bəzi qaynaqlara görə meşədə, bəzilərinə görə isə Midasın gül
baxçalarında yuxuya gedir. Bunu tapıb Midasın yanına gətirirlər və kral da onu
necə deyərlər krallara layiq qarşılayır. Bir neçə müddət sarayda qalan
Silenosun xətrinə heç kim dəymir, yediyi önündə, yemədiyi arxasında olur. Bu
Dionisin qulağına çatır və Silenosun arxasınca Midasın sarayına gəlir. Dionis:
"Bu yaxşılığının qarşılığında məndən nə istəyirsən?" deyir və
Midas: "Toxunduğum
hər şey qızıla çevrilsin ki, çox zəngin olum" cavabını verir.
Dionis də bu istəyi
yerinə yetirir. Midas çox sevinclidir. Əlini nəyə vurursa o dəqiqə qızıla
çevrilir vəəə axşam düşür, ac mədə yemək istəyir. Əhvalı yerində, zəngin
süfrəyə əyləşib, ağzına bir qismət yemək aparanda görür ki, yemək qızıla
çevrilib. Həsrətlə yeməklərə baxır, ancaq heç nə edə bilmir. Bu belə davam edir
ki, ta ki, çox istədiyi qızını qucaqlayana qədər. Övladının qızıla döndüyünü
görən Midas Dionisə bu bəladan azad olması üçün yalvarır. O da cavabında
Paktalos çayında çimməyini məsləhət görür. Şərab tanrısının sözünü yerə
salmayaraq çayda çimən Midas bu istəkdən azad olur. Onu da qeyd edək ki, bu
hadisədən sonra o çayda qızıl tapılıb və bunu da Midasın hadisəsi ilə
əlaqələndiriblər.
Bu kral Midasın daxil
olduğu məşhur rəvayətlərdən biri idi. İndi keçək 2-yə.
Uzunqulaq Midas.
Mifologiyada şeirin, incəsənətin musiqinin tanrısı olan
Apollonla, çəmən tanrısı Pan arasında bir musiqi yarışması təşkil olunur. Bizim
bədbəxt Midas da juri heyətində olur. Bilirik ki, satirlər qaval çalar. Pan öz
qavalını çalaraq gözəl ahəng bəxş edir dinləyənlərə, Apollon da bundan geri
qalmayaraq, öz lirasını bütün alətlərdən üstün tutaraq dinləyənlərə gözəl anlar
yaşadır. Hakimlərdən biri dağ tanrısı Tmolos birincilik çələngini Apollona
verir, Midas isə çələngini Pana verir. Tanrı Apollon Midasın bu hərəkətinə çox
qəzəblənir ( ahh onun egosu) və “ gözəl musiqini ayırd edə bilməyən qulaq insan
qulağı ola bilməz, sənə eşşək qulaqları yaraşar” deyərək Midasın qullarını eşşəkqulaqlarına
çevirir. Əlacsız qalan kral başına böyük bir Frikya konusu qoyur. Bunu görən
xalq da “Midas niyə başına belə bir şey qoyur?” sualını verməyə başlayır. Həqiqəti isə bircə Midasın bərbəri bilirdi. O
da kiməsə deməkdən qorxurdu çünki bilirdi ki, danışsa öləcək. İçində daha çox
saxlaya bilməyən bərbər tənha bir yerə gedib, bir quyuya bağırır: “Midasın eşşək
qulaqları var!”. Təbii ki, bu boşluqdan ətrafa yayılan səda nəticəsində hamının
hər şeydən xəbəri olur. Əlacsız qalan kral qulaqlarını kəssə də, onlar yenidən
uzanır. Bu hadisədən sonra Midas Apollona yalvarır: Bütün sərvətimi götür, məni
bu lənətdən azad et. Apollon da xahişini qəbul edir, kral Midası Lənətdən xilas
edir və onun canını alır. ( Başın batsın Apollon, kitabı oxusanız bu kəliməni dəfələrlə
işlədəcəksiniz ). Bir başqa mənbəyə görə Midas bərbəri öldürtdürüb, özü də öküz
qanı içərək canına qəsd edir.
Bu hadisənin bir başqa versiyasına görə isə Afina bir gün
çay qırağında qaval çalır, çalarkən də çox çirkin göründüyünü və Hera ilə
Afroditanın ona güldüklərini görür və qavalı bir kənara tullayaraq bu aləti
çalanı cəzalandıracağına and içir. Bundan xəbəri olmayan Marsyas da qavalı
götürür və inanılmaz dərəcədə gözəl çalmağa başlayır, hətta Apollona meydan
oxuyur. Apollon bir şərtlə razılaşır: Qazanan uduzana hər şeyi edə bilər!.
Yarışma başlayır və Marsyas qavalı tərs çala bilmədiyi üçün uduzur, ancaq Midas
qayıdıb nə desə yaxşıdır: “Pəs mən Marsyasın ifasını çox bəyəndim” Apollonun hirs
beyninə necə vurursa Midasın qulaqlarını eşşək qulaqlarına çevirir, Marsyası da
ağacdan asaraq dərisini soyub öldürür. ( Yarışmadı da qadam niyə belə eliyirsən
nccn) Sonra hirsi soyuyur, ona rəhmi gəlir və onu bir çaya döndərir. ( Sonra
Zevs Apollonu Olimpdən qovanda hamı hirslənir )
Hələlik.😁
Mənbə: https://secmehikayeler.com/efsaneler/mitoloji-kral-midasi-nasi-anlatiyor.html
https://en.wikipedia.org/wiki/Midas
https://riordan.fandom.com/wiki/Midas
Özhan Öztürk -Dünya Mitolojisi
Комментариев нет:
Отправить комментарий