суббота, 6 марта 2021 г.

SLEYPNİR (German-skandinav mifologiyası)

    


    Sleypnir-  mifologiyada tanrı Odinin mindiyi, çox sürətli, boz rəngdə, 8 ayaqlı atın adıdır.

    Əfsanəyə görə Asqard tanrıları Vanir və divlərlə olan müharibəyə görə əldən düşüb, məğlub olmağa az qalmış bir daş ustası Blast adında bir div Odinə deyir ki, "bəs mən divarların hamısını yenidən bərpa edəcəyəm, sən də əvəzində ilahə Freyanı, günəş və ayın mülkiyyətini mənə verəcəksən." Tanrılar tərəfindən qəbul edilməz bir təklifi Odin qəbul edir. Təbii ki, işin içində Lokinin barmağı olur. Hər mövzuya qulp olan Loki burda da sakit oturmur və Odinin necə deyərlər saqqızını oğurlayır. Belə ki, Odin divin Asqardın divarlarının bərpasını 6 aydan daha tez təhvil verdiyi təqdirdə təklifi qəbul edəcəyini deyir. Blast da fövqəltəbii gücə malik atı Svadlifari ilə divarların bərpasına başlayır və işi düşündüklərindən daha tez bitirəcəyini görən Odin, əsəbindən Lokini öldürmək istəyir, amma Lokinin heç tükü də tərpənmir. Belə ki, hiyləgər tanrımız Blastı ləngidəcək planını həyata keçirtməyə başlayır. Loki görür ki, işin yarıdan çoxunu at görür və o dəqiqə gözəl bir madyana (dişi at) çevrilir və Svadlifarinin özü ilə uzaqlara aparır. Nəticədə Blast işini bitirə bilmir. Aldadıldığını anlayan div tanrılara baş qaldırsa da Tor öz çəkici ilə divin başını əzir. Növbəti il Loki yanında gözəl bir dayça ilə qayıdır və fövqəltəbii sürətə malik, səkkiz ayaqlı balası Sleypniri Odinə hədiyyə edir.

    Odin bu at üstündə ölülər və dirilərin ölkələrinə baş çəkir. 

    Səkkiz ayaq kompasın cəhətlərini simvolizə edir, Sleypnir həm torpaq üzərində, həm də havada gəzə bilir.Sleypnirin səkkiz ayağı Günəş çarxının səkkiz dəndəsinin rəmzi ola bilər və çox güman ki, Odinin (əvvəllər Odin Günəş tanrısı kimi də qəbul edilirdi) daha qədim forması ilə əlaqəlidir. Sleypnirin bir göz qırpımında hərəkət etmək qabiliyyəti günəş işığı ilə əlaqələndirilir.

    Sleypnir boz rənglidir və dünyalardakı bütün atlardan sürətli və ağıllıdır. Qraninin atasıdırDişlərinə Run əlifbasının sehirli işarələri oyulmuşdur. Sleypnir Manannan Mak Lir və İm Daqda kimi kelt tanrılarının atları ilə müqayisə oluna bilər.

    "Hervarar ok Heiðreks" saqasında"Heiðreks gátur" şeirində Sleypnir və Odinin bir tapmacada adı çəkilir:

Qestumblindi dedi:
"Kimlərdir on ayaq üzərində qaçan o ikilik?
Üç gözü, lakin yalnız bir quyruğu var onların.
Yaxşı, indi bu tapmacanın cavabını təxmin et, Heytrek!"
Heytrek dedi:
"Yaxşıdır sənin tapmacan, Qestumblindi.
Və mən belə hesab edirəm ki, bu, Sleypnir üzərindəki Odindir."

Mənbə: Orhan Öztürk 
https://az.wikipedia.org/wiki/Sleypnir

Комментариев нет:

Отправить комментарий