понедельник, 8 марта 2021 г.

Dosojin - yol və sərhədlərin tanrısı (Yapon mifologiyası)

 Dōsojin (道祖神)- Kanto və ona yaxın ərazilərdə ibadət edilən Şinto tanrısının adıdır. Bundan əlavə Sae no Kami və ya Sai no Kami (障の神・塞の神)Dōrokujin (道陸神)Shakujin (石神)  adları ilə də bilinir. İnanclara görə Dosojin yerləşdiyi ərazinin böyüyüdür, ona görə də Dosojin o ərazilərdə yaşayanları və yolçuları xəstəlikdən, təbiət hadisələrindən və pis ruhlardan qoruyur. Dosojin böyük qaya və ya dirək üzərinə oyulan cütlükdən ibarət olur. 

Dosojinlər bəzən yol kənarındakı kiçik məbədlərə yerləşdirilirlər ki, bu zaman ona "Hokora" deyirlər.

Bundan başqa inanclara görə Dosojinlər axirətlə dünya arasındakı əlaqəni qoruyurlar. O, kəndlərin kənarında qoyulmuş böyük qayalarla təmsil olunur. Qayaların uzanmış forması səbəbiylə onu doğuş, uşaq və ailə xoşbəxtliyi ilə əlaqələndirirdilər. Nəticədə o da öz növbəsində uşaqları qoruyan bodhisattva olan Jizo ilə əlaqələndirildi. 

15 yanvarda keçirilən Yaponiyanın məşhur alov festivalı olan Nozawa Onsen Dosojin də Dosojin festivalı kimi bilinir. 

Bununla yanaşı gündəlik həyatın axışında olan evli bir cütlüyü simvolizə edir və insana onların möhtəşəm harmoniya ilə yaşadıqlarına dair təəssürat yaradır. 

Dōsojin daş işarələrinin mənşəyi qeyri-müəyyəndir və dəqiq tarixi yoxdur. Lakin buddizm Hindistana gətirildikdən sonra Jizonun səyyahlar və zəvvarların təməlinə çevrildiyi məlumdur. Buna görə də Dasojinlər Hindistan və Cənub-Şərqi Asiyada həcc yollarına və dağ keçidlərinə heykəl şəklində rəhbərlik etməyə başladı.

Mənbə: 

Комментариев нет:

Отправить комментарий