суббота, 27 марта 2021 г.

Günəbaxan çiçəyi -Clytie və Leucothoe (Yunan mifologiyası)

 


Deməli, bu gün sizlərə Ovidiusun əsərinə qonaq olan hekayədən yazacağıq. Bir hekayənin içərisində iki bitkinin mifik hekayəsi mövcuddur. Ancaq hekayələr mənbədən- mənbəyə dəyişir. 

Əfsanəyə görə Clytie və Leucothoe İran şəhzadələridir. Clytie günəşə aşiqdir, lakin Apollon Leucothoe vurulmuşdur. Apollon şəhzadəni əldə etmək üçün anasının licminə girir və qızın otağına daxil olur. Otaqdakı qızları çıxardır və öz licminə bürünərək  Leucothoe yanına uzanır və gecəni ikisi birlikdə keçirdir. Bundan sonra Apollon şəhzadəyə dəli kimi vurulur (nələr gördük Apollon... gözün doysun). Bu iki aşiq xoşbəxt günlərini yaşayırlar, amma Apollon ona vurulan Clytieyə heç baxmır. Paxıllığından çatlayan bacı isə başlayır bu ikisi haqqında hamıya danışmağa, hətta gedib atalarına da xəbərçilik edir.  Kral ata Orchamus deyilənlərə görə qızı  Leucothoe diri -diri basdırır. Səhərisi gün Apollon gəlir, amma sevgilisini tapmır və baş verənlər ona agah olur. Qızı torpaqdan çıxartsa da sevgilisi çoxdan ölmüşdür. O andaca qızın bədənini Liquidambar orientalis ağacına döndərir. Sonralar ağacdan Apollon məbədlərində buxur kimi istifadə edilirdi. Hətta indi kilsələrdə də bu niyyətlə istifadə edilir. 

Hə... bu arada Clytie isə havalanır. Çünki Apollon, artıq ona heç görünmür. Bütün günü səmada günəşi axtarsa da onu görmür, görəndə də onu təqib etməyə başlayır. Doqquz gün heç nə yemir, içmir, eləcə ağlayır. Nəhayət gövdəsi solğun bir ota, başı isə parpar parıldayan bir çiçəyə çevrilir. Bezmədən həmişə üzünü günəşə tutub, ona baxan, onu görməyəndə isə boynunu bükən Günəbaxan çiçəyi beləcə yaranmış olur.

Digər hekayədə isə günəş tanrısı Helios bir gün özünü çox yorğun hiss edir və Phtya sahilində gəzməyə başlayır ki, anidən bir melodiya eşidir. Musiqi bitəndən sonra onun sahibiylə tanış olmaq istəyən tanrı gözəgörünməz olur və dünya gözəli olan su pərisi Clytieni tapır. Tanrıdan xəbərsiz olan su pərisi yeni bir mahnı mırıldamağa başlayır ki, bu dəm Helios pərinin qarşısına keçir və özünü göstərir. Təbii ki, Clytie çox qorxur, amma tanrı onu sakitləşdirir. O gündən sonra tanrı Helios günəşlə birlikdə arabasını da səmada qoyaraq Clytienin yanına gəlir və birlikdə vaxt keçirdirlər. Ancaq bir gün Clytie yenə ilk qarşılaşdıqları yerdə Heliosu gözləməyə başlayır, amma tanrıdan əsər-əlamət yoxdur. Qız günlərlə tanrını gözləyir. Heydən düşən pəriyə yazığı gələn dəniz tanrısı Thetis, onu günəbaxana döndərir. 


Mənbə: https://www.arkeo-tr.com/bitkilerin-mitolojik-kokeni.html

https://peyzax.com/ayciceginin-gunebakan-ciceginin-mitolojik-hikayesi/

#Günəbaxan #bitki #əfsanə #mifologiya #yunan #yunanmifologiyası #Apollon #Apollo #günəş #Clytie   #Leucothoe #Liquidambar #orientalis #bitkilərinmifikhekayəsi #hekayə #mif  #Helios #Thetis #mythology #god #tree #supərisi #pəri #sunflower 

Комментариев нет:

Отправить комментарий