вторник, 30 марта 2021 г.

Ukko (Finland mifologiyası)

 Ukko (qoca adam) səmanın, havanın və məhsulların tanrısı idi. Finland mifologiyasının ən bilinən tanrılarından biridir və fincə ildırım mənasında olan "ukkonen" (kiçik ukko) və ya "ukonilma" (Ukkonun havası) sözləri onun adından gəlir.  Kalevalada (epik dastan) göydə olan hər şeyin tanrısı olaraq "ylijumala" (üsttanrı) adı ilə də bilinir. 

Ukkonun kökü Baltların Perkons adındakı ildırım tanrısı və ya daha qədim Finland səma tanrısı olan İlmarinen adı ilə əlaqədardır.  Bundan başqa Tor da Perkons ilə əlaqədardır.  Ukko səma tanrısı İlmarinin yerinə keçəndə İlmarinen də dəmirçi qəhrəmana və ya qaya tanrısına çevrildi. İlmarinen Kalevalada göydəki ulduzları düzəldib, sehrli dəyənək olan Samponu qurur. 

Ukkonun silahı şimşəyə döyülmüş çəkic, balta və ya qılıncdır. Ukko yoldaşı Akka ilə evlənəndə şimşək qasırğa baş vermişdi. Tanrı belə qasırğaları buludların arasından arabası ilə keçəndə də yarada bilirdi. Ukkonun çəkici Vasara qayığa bənzər daş bir balta idi. Bundan başqa inanclara görə Ukkonun daş başlı silahları var idi, hansı ki, bir -birinə sürtərkən şimşək yaradırdı. 


Şamanlar hər zaman daş baltaları yığırdılar, çünki inanırdılar ki, onlar şəfa və güc verirdilər. 

Gürzə öz  duruşuna görə şimşəyin simvolu hesab edilirdi. 

Quşarmudu ağacı Ukko üçün müqəddəs sayılır.

Xristianlıqdan əvvəl Ukkonun şərəfinə yaz-yay festivalı keçirilirdi ki, ona Ukon juhla deyilirdi. Festivalda gələn ilin daha bərəkətli olması üçün bəzi rituallar həyata keçirilirdi. 

Mənbə: https://en.wikipedia.org/wiki/Ukko


#mifologiya #Finlandiya #Fin #Ukko #tanrı #Akka #ilahə #god #goddess #Kalevala #Sampon #İlmarinen #Perkons #qasırğa #şimşək #ildırım #şaman #quşarmudu #ağac #müqəddəs #çəkic #balta #Vasara #Ukonjuhla #festival #mythology

Комментариев нет:

Отправить комментарий