Hel german- skandinav mifologiyasının ən vacib obrazlarından biridir. Loki və dişi div Angrbodanın 3 övladından biri də Heldir. Doğulduğu andan etibarən qardaşları ilə birlikdə "Qiyamətin xəbərçiləri" olaraq bilinirdilər. Belə ki, qardaşları canavar Fenrir və ilan Yormunqandır. Bütün tanrıların və ilahələrin böyüyü Odin, onlardan şübhələndiyinə görə Asqarda gətirmişdi. Ancaq ilahə Helə qarşı bütün tanrı və ilahələrdə nifrət oyanmışdı. Səbəbi isə oradakı hər kəsə ölüm saçan ruh halı, siması və bədəni idi. Çünki doğulduğu gündən bəri Helin sol tərəfi tamamilə ölü və sümükdən ibarət idi, amma sağ tərəfi isə ən gözəl qadın idi. Sağ tərəfdə qapqara saçları var idi, lakin sol tərəfdəki saçları ağappaq idi. Ölü üzündə hər zaman bir kədər var idi və bu hamıya təsir edirdi. Asqardda yaşadığı müddətdə xoşbəxt ola bilməyən Hel nəhayət gedib Odinlə danışır və Asqarddan gedəcəyini və öz həyatını quracağını bildirir. Odin isə ondan "Ölülər dünyasının kraliçası" olmağını istəyir. Helheim deyilən ərazinin kraliçası olacaq və burada xəstəlikdən, qocalıqdan və müharibə xaric ölmə səbəbi ilə ölən ruhları qarşılayacaqdı. Böyük məmnuniyyətlə təklifi qəbul edən Hel cəhənnəmə gedir və oradakı aura onu xoşbəxt edir. Hədiyyə olaraq da Odinə 2 qarğa: Huginn və Munini verir.
Fenrir, Yormunqandr, Hel |
Əslində Hel Asqardı sevir və həmişə ətrafında dostlarının olmağını istəyirdi, ancaq ordakıların münasibəti və Helheimda yaşamağa qismən də olsa məcbur qalması nəticəsində içində yığılan nifrət onu Raqnarok günü "Ölülər ordusunu" döyüşə çıxarmağına gətirib çıxardır.
Hel adı bir çox mədəniyyətlərdə özünü göstərir. Onun adı Helsinski, Holstein, hətta Hollandiya adı üçün belə ilham mənbəyi olmuşdur. İngilis dilindəki "Hell" sözü də Hel sözündən törəmişdir. Belə ki, Hel də yeraltı dünyasının kraliçasıdır.
Hel İggdrasilin köklərindən birinin altında olan Elvidner ( İztirab) adlı sarayında yaşayır. Deyilənə görə kraliça insanların beyinləri və sümük ilikləri ilə qidalanırmış.
Bir əlavə məlumat da yazaq ki, Helin qapısını Garmr adında bir it qoruyur.
#Ölülərdünyası #yeraltı #cəhənnəm #Hel #Hell #tanrı #ilahə #kraliça #god #goddess #Asgard #Asqard #Helheim #Jormunqandr #Yormunqandr #Fenrir #canavar #Loki #Odin #Huginn #Muninn #mifologiya #mythology #skandinav #İggdrasil #Yggdrasil #ağac #Elvidner #div #Angrbod #Raqnarok #Garmr
Комментариев нет:
Отправить комментарий