Roma mifologiyasında bəzi mənbələrə görə tanrı Faunusun qızı, bəzilərinə görə isə bacısı və ya yoldaşı olan Bona Dea doğum, şəfa və qadınların qoruyucu ilahəsi idi. Fauna adı ilə də bilinirdi.
Bona Dea insanları sağaltdığına görə məbədinin bağçasında şəfalı otlar olurdu.
İlahə Romadakı kölələr və uşaq sahibi olmaq istəyən qadınlar arasında olduqca məşhur idi.
İlahənin məbədi Aventine təpəsində idi, ancaq ona həsr olunan gizli rituallar isə romalı magistraların (Romada siyasəti əlində tutanlar) evində həyata keçirilirdi. Rituallar 1 may və 4 dekabr (ilki bütün təbəqələrdə olan qadınlar, ikincisi isə yuxarı təbəqənin qadınları üçün idi, bəzi mənbələr isə sadəcə bir tarixi vurğulayır) tarixində baş verirdi və ancaq qadınlar iştirak edirdi. Belə ki, bu zaman kişilərin çəkdiyi rəsmlər, erkək heyvan, hətta ilahənin atası Faunus tərəfindən mərsin ağacı ilə döyüldükdən sonra əldə olunan "şərab" sözü ilə "mərsin" sözünün də istifadəsi qadağan idi.
Tədbir hər il Romanın ən yüksək vəzifəli magistrasının yoldaşı və Vesta bakirələrinin rəhbərliyi altında təşkil olunurdu. Tədbir keçirilən yer hər növ çiçəklərlə bəzədilirdi. İlahə üçün bir taxt (pulnivar) və ilana bənzər bir süfrə hazırlanırdı. Tədbirdə damium adı verilən donuz qurban edilirdi. Yeri gəlmişkən onu da yazaq ki, tədbirdə ilahəyə Damia, rahibələrə isə damiatrix adlanırdı.
Bu festival ərəfəsində tarixdə bilinən bir hadisə baş vermişdir. Belə ki, e.ə 62-ci ildə Publius Clodius Yuri Sezarın evində təşkil olunan tədbirə qadın licmində daxil olmuşdur. Hadisə məhkəməyə qədər gedib çıxır. Nəticədə Publius rüşvətlə işdən canını qurtarır, Sezar isə yoldaşı Pompeadan boşanır və bəhanəsi isə belə olur: "yoldaşım haqqında heç bir şübhə olmamalıdır".
Bona Dea sikkələrin üzərində bir taxtda əyləşən və əlində cornucopia tutan qadın kimi təsvir edilirdi.
İlan ilahənin atributudur.
Mənbə: https://en.wikipedia.org/wiki/Bona_Dea
https://jimithekewl.com/2013/10/08/bona-dea-ayini/
#İlahə #tanrı #mifologiya #Roma #Romamifologiyası #Vestabakirələri #YuliSezar #Sezar #BonaDea #Faunus #Fauna #doğum #şəfa #ilan #Aventine #təpəsi #mərsin #magistras #Damia #damiatrix #mythology #god #goddess #qurban #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий