Türk və Altay mifologiyasında Abra və Yutpa yeraltı ilanlarıdır. Abura/Apra və Yutma/Utma kimi də tanınırlar.
Abra və Yutpa yeraltındakı böyük dənizdə (Tengiz) yaşayan, iki nəhəng ilandır. Görünüşcə ilan, əjdaha və timsaha bənzəyirlər. Bu məxluqların adı həmişə birlikdə çəkilir. Haça quyruqlu və dörd ayaqlıdırlar. Gözləri mis rəngidədir. Ayaqları isə qızıldandır. Yaşıl baldırlı, ağ sinəli, qayıq kimi çənələri vardır. Onu da qeyd edək ki, çənələri çox güclü imiş. Deyilənlərə görə Erlikin sarayını qoruyurlar və onun xidmətçiləridirlər. Bəzi mənbələrə görə Toybadım çayının sahillərində yaşayan dəhşət məxluqlarıdır. Fili birnəfəsə uda bilirlər. Ker Abra, Ker Yutpa, Ker Arat, Ker Doydu adlı dörd yeraltı canlısı bəzən birlikdə yad edilir. Bəzən isə bu dördlünün eyni varlıq olduğu düşünülür.
Altay şamanları yaşıl parça üzərinə naxışlarla Abranın şəklini işləyib, paltarlarının üzərindən asırlar. Abranın başı bayquş tükləri, gözləri mis düymələri, ayaqları ilə qırmızı parça ilə bəzədilir. Sonra buna 9 qotaz əlavə olunur.
Şamanın paltarının bir küncünə taxılan, dörd ayaqlı, haça quyruqlu, pis ruhlardan qoruduğuna inanılan, qara parçadan lentlər isə Yutpanı təmsil edir.
Altaylı şamanlara görə Abra yaxşılığı, Yutpa isə şəri təmsile edir.
#Yutpa #Abra #mifologiya #türk #altay #türkxalqları #Tengiz #yeraltı #məxluq #haçaquyruq #ilan #əjdaha #timsah #Erlik #xeyir #şər #şaman #şamanizm
Комментариев нет:
Отправить комментарий