Misir mifologiyasında Amat (Ammut, Ammet, Ammit, Amam, Amemet, Amemait) Maatın salonunda yaşayırdı. Qədim Misirdə Duatda ölülərin qəlbləri Anubis tərəfindən ölçülürdü. Tərəzinin bir gözündə ölənin qəlbi, digər tərəfində isə Maatın bir lələyi olur. Əgər qəlb lələkdən yüngül olarsa, yeraltı tanrısı Osiris o adam haqqında qərar verirdi, yox qəlb tükdən ağır olurdusa o zaman ürəyi də, ruhu da Amat yeyirdi və Aaruya getməyinə imkan vermirdi.
Misirlilər Amata ibadət etmirdilər və onu bir ilahə kimi qiymətləndirmirdilər. Bədəni ilə ön ayaqları aslanın, arxa ayaqları begemodun, başı isə timsah kimi təsvir olunurdu. Misirlilərin gözündə Amat şeytana bənzər bir məxluq idi.
"Sümük yeyən", "Ürək yeyən", "Böyük ölüm" kimi ləqəbləri vardır. Bəzi adət-ənənələrə görə isə Amat alovlu kölgədə gözləyərək, dəyərsiz qəlbləri yemək əvəzinə bura atırdı. Ağır günahkarların qəlblərini yeyir və mədəsində əridirdi.
#Amat #Ammit #mifologiya #misir #misirmifologiyası #məxluq #Anubis #qəlbyeyən #Maat #Duat #yeraltı #Osiris #tərəzi #ruh #mythology #egypt #aslan #begemot #timsah #əfsanə #leopar
Комментариев нет:
Отправить комментарий