Brahma Hindu dininin yaradılış tanrısıdır. Vişnu və Şiva ilə birlikdə Trimurtini təşkil edir. Brahma Puranaya görə Manunun atasıdır. Manudan isə bütün insanlıq törəmişdir. Brahma Hindu Vedanta fəlsəfəsində bütün varlıqları əhatə edən və cinsi əlaqədən kənar olan ali ruh kimi qəbul edilən Brahmanla qarışdırılmamalıdır.
Brahmanın həyat yoldaşının adı Sarisvatidir. Ona bəzən Savitri və ya Qayatri də deyirlər. Vak Devi (Natiqlik İlahəsi) olan Sarisvatinin yoldaşı Brahma da Vagiş (Natiqlik və Səs tanrısı) olaraq yad edilir.
Brahma kainatı yaradarkən "OM" (Aum) sözüylə və yaxud səsiylə başlamışdır və bu səs insanda, tanrılarda hər zaman əks-səda verir.
Vedalara görə Brahmanın bir günü 4320 milyon insan gününə bərabərdir.
Puranalarda yazılır ki, tanrı Brahmaya ibadət get-gedə azalmaqdadır. Hindu dininin davamçıları isə düşünürlər ki, onların nemətlərinin azalması insanlıq üçün heç də yaxşı olmayacaq və bu xalqın yaradıcılığının sönməsinə, insanların kədərlərinə qalib gəlmək üçün lazım olan müdriklikdən məhrum olmaqlarına gətirib çıxaracaqdır.
Simvolları:
Dörd üz - dörd vedaya işarədir.
Dörd əl - şimal, cənub, şərq, qərb
Təsbeh - Yaradılış zamanı istifadə edilən maddələrə işarədir.
Kitab - bilgi
Qızıl - Brahmanın qızıldan üzü onun kainatı yaradarkən aktiv bir şəkildə mövcud olduğu inancını simvolizə edir.
Qu quşu - mərhəmət və anlayışa işarədir.
Tac - ali hakimiyyətə işarədir.
Lotus çiçəyi - təbiət və kainatdakı bütün canlıların və digər varlıqların həyati mahiyyətinə işarədir.
Saqqal - Qara və ya ağ saqqal müdrikliyə və yaradılışın əbədi dövrünü simvollaşdırır.
Vedalar - onun dörd çöhrəsinə, baş və qollarına işarədir.
Brahma vahana deyilən bir quşun üzərində təsvir edilir.
Hindistanda Brahmaya sadəcə bir məbəd və iki festival həsr olunub. Bunlardan biri Kartik Purnima, Srivari Brahmotsavam.
Bəs niyə bir məbədi var?
Deməli, Brahma Vajranabh adlı bir şeytanla döyüşür və ona qalib gəlir, ancaq bir canlını öldürdüyünə görə təmizlənməli və vajna adlı ibadəti yerinə yetirməlidir. Həə, gələk əsas məsələyə. Bu ibadəti yerinə yetirməsi üçün bir qadınla birlikdə olmalıydı. Tərs kimi də Sarisvati yanında yox imiş. Brahma da Gujratlı gözəl bir qızla birlikdə olur. Sarisvati də qayıdanda bundan xəbər tutur və çox əsəbləşərək, onu lənətləyərək deyir: Bundan belə dünyanın heç bir yerində Brahmaya ibadət edilməyəcək, sadəcə Puşkarda kiçik bir məbədi olacaqdır. Hətta ürəyi soyumur və həmin kiçik məbədə nəzarət etmək üçün Brahmanın məbədinin göründüyü təpəyə öz məbədini düzəltdirir. Elə o gündən sonra hindular Brahmaya ibadət etmirlər.
Yaşadığı yer Brahmavinda adlı cənnətdir.
Suda doğulduğuna görə ona Narayana da deyirlər.
Brahmanın ləqəbləri: Pracapati (Varlıqların sahibi), Çaturmukha(Dörd üzlü), Ashtakarna(Səkkiz qulaqlı), Pitamaha (baba), Lokeşa (Dünyanın sahibi), Dhatri (Dəstəkləyən), Vidhatri (Dəstəkləyən), Sanat (qədim), Vidhi (Yaradıcı), Vedhas, Druhina, Srashtri...
Mənbə: https://tr.wikipedia.org/wiki/Brahma
#Brahma #din #mifologiya #hindistan #hindu #veda #Sarishwati #ilahə #sənət #yaradılış #tanrı #mythology #hiduizm #trimurti #manu #təsbeh #aksamala #purana #Narayana #VakDevi #kitab #qızıl #Lotusçiçəyi #Vajranabh #saqqal #pushkar #Brahmavinda #Ququşu #vahana
Комментариев нет:
Отправить комментарий