Ragnarok yəni cəhənnəm günü gələndə, alov divi olan Sutr ağacı yandıracaq amma Ragnarokdan sonra ağac zədə almasına baxmayaraq yeni həyata can verəcəkdir.
Poetik Eddada üç şeirdə Völuspá, Hávamál və Grímnismálda ağacın adı çəkilir. Völuspada, 19-cu bənddə völva deyir:
Bir gün bu üç qardaş sahildə gəzərkən iki yaş ağacla qarşılaşırlar və qərara gəlirlər ki, bunları bir formaya salsınlar. Beləliklə də Göyrüş ağacından kişi, Qaraağac ağacından isə qadın yarandı. Odin onlara həyat üfürdü, Vili duyğu və zəka, Ve isə görmə və eşitmə bacarığı bəxş etdi.Kişinin adı Ask, qadının adı Embla oldu. Kül və sarmaşıq mənalarını ifadə edirlər. Bunların yaşamaqları üçün də Midgardı yaratdılar. Tanrılar bunlara bitkilərə və heyvanlara qulluq etmək məsuliyyəti verdilər və nəticədə insan irqi özünü dolandıra, eyni zamanda böyük ailələr qurmağa başladılar. Midgard haqqında başqa rəvayətlər də var. İstəsəniz araşdıra bilərsiniz.
Doqquz dünya
1. Asgard
2. Vanaheim
3. Alfheim
4. Midgard
5. Jötunheimr
6. Muspelheim
7. Nidavellir
8. Niflheim
9. Helheim
DİQQƏT! DİQQƏT!
Deməli adında "gard" şəkilçisi deyək də olan iki dünya var. Asgard və Midgard. Bunun mənası "qaydalara əməl edən, inkişaf etmiş irq"dir.
"heim" şəkilçisi ilə bitən dünyalar isə "vəhşi, dağınıq olan" mənasındadır.
Qeyd edək ki, adların bəzisi orijinal adlardır. Azərbaycanca çox az mənbə olduğuna görə özbaşımıza ad vermək istəmədik.
Mənbə: Vikipediya, Rick Riordan "Magnus Chase" silsilə kitabları, oxumaq istəyənlərin nəzərinə Neil Geymanın da "İskandinav mitolojisi" əsərinə göz gəzdirə bilərsiniz. Bu qəbildən Komikslər də adları yadınızda saxlamaq üçün gözəl vasitələrdən biridir.
Bir də qeyd edək ki, hər dünya haqqında əlavə məlumat verəcəyik. Xoş mütaliələr.
Комментариев нет:
Отправить комментарий