mozaika üstündə Kephalosu qaçırdan Eos motivi
Kephalos-
Afinanın qurucularından oln Erechtheusun qızı Prokrislə evliykən, ova çıxdığı
bir vaxt EOS tərəfindən qaçırılır. Bu qardaş namuslu bir kişi kimi əvvəllər EOS
qarşı dirənir amma iş-işdən keçdiyini görüb taleyi ilə barışır. Bu münasibətdən
Phaethon ilə Hesperos ( axşma ulduzu, Venera planeti) yaranır. 8 il birlikdə
olduqdan sonra Kephalos axır ki, evinə qayıdır, ancaq Proklis kişinin sədaqətinə
inanmır. Bir gün yoldaşı yenə ova gedəndə, başlayır onu təqib etməyə. Elə onda
fələyin silləsini yeyir. Belə ki, ov dalınca qaçan Kephalos elə bilir ki, gizlənən
onun ovudur və onu nizəylə vurur. Son nəfəsini yoldaşının qollarında verən
Proklis yoldaşından evliliklərinin üzərinə and içməsini istəyir ki, o bir də
heç vaxt EOSun yanına getməyəcək ( arvadın hikkəsinə bax ey). Proklisi öldürən
silah da, elə belə bir nizə deyilmiş, hədəfindən heç vaxt yayınmayan, ovsunlu
bir nizədir. Burda bir mifik hekayə də var. Proklisin bir vaxtlar əfsanəvi bir
heyvanı varmış. Bu heyvanın bacarığı isə heç vaxt ovunu əldən buraxmazmış. Adı
Laelapsdır. Həmin bu it əfsanəvi Teumesios tülküsü tutmaq istəyərkən ölür.
Ovunu heç vaxt əlindən qaçırtmayan it, heç vaxt tələyə düşməyən tülkünün
arxasınca düşərkən ikisi də uduzur və daşa çevrilir. ( hekayəylə nə əlaqəsi
var? Yazıblar. Mən də yazdım)Nəysə qayıdaq məsələyə. Arvadının ölümündən özünü
günahlandıran Kephalos yaşadığı yeri tərk edib, uzağa Sisam ( Samos) adasına
gedir. Məyus olmasına baxmayaraq yenə də ailə həyatı qurur, özüdə kiminlə?
Boeotia ərazisindəki, Orkhomenos kralı Minyasın qızlarından biriylə ki,
qaynaqlara görə adı Klymenedir. Bu evliliklə də Odysseusun babası Arkesios
doğulmuş olur. Hekayənin sonunda Kephalos Proklisə qarşı keçirtdiyi vicdan əzabına
görə özünü dənizə tullayıb, ölür.
Troya şəhzadəsi Tithonos
Truva kralı Laomedonun Strymo adlı su pərisindən doğma oğludur. EOS bəyəndiyi
Tithonosla, Ganymedesi Efiopiyaya qaçırdır. EOS Zevsdən sevgilisini
ölümsüzlüyünü istəyir, o da Okay deyir və yaraşıqlı gəncimiz ölümsüz olur. Bunlar
xoşbəxt həyat yaşayırlar amma ildən -ilə Tithonos qocalmağa başlayır, nə olsun
ölümsüzdür. Bədən öz sözünü deyir. Bunu görən EOS buraxdığı səhvi anlayır.
Sevgilisi üçün əbədi ölümsüzlük istərkən, sonsuz gənclik istəmək yadından
çıxıb. Əlində sadəcə heç cürə ölə bilməyən, qocalıb, büzüşüb əldən düşən yaşlı
bir insan qalır. Buna dözə bilməyən EOS sevgilisini bir çəyirtkəyə çevirir ki,
hər gün səmada azad gəzsin.
François Lagrenee (1763) Eos və Tithonos
Bu bədbəxtdən də iki övladı olur: Emathion və
Efiopiyanın kralı olacaq Memnon. Memnon Troya ətrafında Axilleslə döyüşdə həlak olur. Eos
oğlunun cəsədini Həbəşistana gətirmiş, göz yaşları tökərək əbədi yas tutmuş və Zevsdən xahiş etmişdir ki, onu Memnoidə çevirsin
Ona görə bir arzunuz olanda yüz
ölçüb, bir biçin.
Kleitos –Bu sevgili
haqqında elə də çox məlumat yoxdur. Lakin Kleitosun ulu babası, tarixçi
Heredota görə Dionysosa ibadəti başladan adam olub, Argos kralı Melampousdur.
Bu adam heyvanların dilini başa düşməklə yanaşı, qeybdən xəbər verirmiş. Bu
bacarığını da misirlilərdən qazanmışdı. Kleitos EOS tərəfindən qaçırıldıqdan bir
müddət sonra ölür və ona ölümsüzlük bəxş edilir. ( Tay noldu bu)
Orion üçün ayrıca məqalə həsr etmişik. Astrey haqqında da keçən məqalədə qısacıq məlumat vermişik.
#Orion #Zevs #EOS #Tithonos #Kephalos #Kleitos #Troya #Odissey
#Orion #Zevs #EOS #Tithonos #Kephalos #Kleitos #Troya #Odissey
Комментариев нет:
Отправить комментарий