Yunan
mifologiyasında Helios Hyperion ilə Theia adlı Titanın övladıdır. Bəli, bəli
Selenayla Eos bacılarıdır. Helios bir tərəfdən günəşi təmsil təmsil edir, digər
tərəfdən isə görmə bacarığını, bir dənə də bonus- içilən andların
nəzarətçisidir. Okeanos çayının şərq sahillərində bir villası var. Hər gün
alova bənzər dörd qanadlı atın çəkdiyi arabasıyla saraydan çıxıb səmada gəzər,
axşamüstü də Hesperidlərin ( axşam pəriləri) dünyanın qərb ucundakı ölkəsinə
gedərmiş.. Ora çatan kimi də saf qızıldan düzəldilmiş qabın içərisinə girib, Okeanosun sularında üzərək yenidən öz sarayına gələrmiş. Saqqalsız, yaraşıqlı,
bənövşəyi əbalı bir adam kimi təsvir edilir. Başında isə Günəşin şüalarından
ibarət tac olurmuş. Deməli bütün Yunanıstanda Heliosa ağ at qurban etmək
adətmiş. Onu da yazım ki, zaman keçdikcə Apollon və Hefistosla birləşdirilmək
istənilsə də, Titan olduğu üçün Helios adını qoruyub saxlaya bilmişdir.
Heliosun Roma
mifologiyasında adı Sol (Günəş) və ya Sol İnvictusdur (Fəthedilməmiş Günəş)
Dünyanın yeddi möcüzəsi və Helios?
Rodos adası Helios
inancının geniş yayıldığı bir ərazidir. Korinthisi də bu sıraya qoya bilərik.
Onu da qeyd edək ki, bir Afinalı Helios və ya Selena inancına bağlı deyil. Günəş
tanrısı, ay tanrıçası kimi ilahlar daha çox Helenləşməmiş mədəniyyətlərdə
vacibdir. Məşhur komediya yazarı Aristophanes “Sülh”də (yəqin əsərin adıdır)
Helios ilə Selenanı Fars tanrıları olduğunu deyib. Əlqərəz qayıdaq Rodos
adasına. Dünyanın yeddi möcüzəsindən biri olan Rodos heykəli əslində Heliosun
heykəlidir. Böyüklüyü ilə “colossus” adlandırılan e.ə 292-280-ci illərdə
heykəltəraş Khares tərəfindən ərsəyə gətirilən heykəldə Helios təsvir edilirdi
və heykəlin aşağısında bu sözlərin yazıldığı güman edilir: “Ey Günəş, Dor
qəbiləsindən gələn Rodos xalqı, Başı Olimpə dəyən bu bürünc heykəli, müharibəni
sakitləşdirib, şəhəri düşməndən aldığı qənimətlərlə taclandıranda sənin adına
ucaltdı. “
Mifologiyada deyilir
ki, dörd at tərəfindən çəkilən araba ( quadriga) məhz Helios tərəfindən ixtira
olunmuşdur. Heliosun alovlu atlarına yunanca “Hippoi Helioi”, latınca isə “Equi
Solis” deyilir. Heliosun bu alovlu atları Ovidius tərəfində belə səsləndirilir:
Pyrois (alovlu), Eous, Aethon (yanan) və Phlegon (alovlu). Eosphoros yəni səhər
ulduzu, hər səhər atları səyahətə hazırlayarmış və bu anda Horai adlanan ( dörd
mövsümü təmsil edən) tanrıçalar atlara ambrosia içirdərlərmiş. Tanrıça Tethysdə
günün qapılarını açırmış. Heliosu sarayında anası Theia ilə sarayın qapıçısı
Hesperoslar qarşılayarlarmış. Həə Heliosun sadəcə atları yox, Thrinakia və Erutheia adalarında inək və qoyun sürüləri də
varmış. Thrinakia adası əfsanəvi bir adadır. Aha... Deməli Odissey cadugər
Kirke, kor kahin Tiresiasın kölgəsi tərəfindən xəbərdarlıq edilməsinə
baxmayaraq, adada dincəlmək istəyən adamlarının xətrinə dəymir, hamısına deyir
ki, ala sən öl vurun ki, inəklərə dəymiyəcəksiniz. Onlar da deyirlər ki, əgüb söööbətdi brat, söz verirlər və
birlikdə adaya çıxırlar. Adamlar sözlərinin üstündə dururlar, di gəl ki, bir
dənə külək qopur oralarda, əhli dənizçilər gəmilərinə qayıda bilmirlər. Ac
qalan dənizçilər, əlacsız qalaraq Heliosun bir –iki inəyini kəsib, yeyirlər.
Heliosun Nearia adlı Okeanid pərisindən doğulan qızları Lampetia/Lampetie
(işıq, parıltı) ilə Phaethousa (parlaqlıq) adanın qoruyucularıymış və tezcə
adada baş verənləri atalarının ovcuna qoyurlar. Heliosda birbaşa gedir Zevsin
yanına ki, adam kişi olar, əəəəə. Paa Zevsin beyni çömmürmü, elə təzəcə dənizə
açılan dənizçilərin təpəsinə qəşəng bir ildırım, dənizçilər bir başa Tartorosa
gedir, Odisseydən başqa. Niyə daydayı var? Azca daydaylıq edirlər, belə ki, sağ
çıxan Odissey cəzasını Kalypsonun Adası Ogygiadada çəkir və o adada 7 il
yaşayır.
Heliosun müqəddəs
heyvanları – ağ at, xoruz, bəzi qaynaqlara görə də canavar.
Müqəddəs bitkiləri – qovaq və günəbaxandır.
İndi də Heliosun
qarışdığı işlərdən danışaq.
Helios həm div (Gigantomakhia), həm də Titanlar müharibəsinə (Titanomakhia) qatılmışdır.
Buradakı qəhrəmanlıqları Hefistosu müharibənin ortasında xilas etməkdən, bir də
Kirke ilə bərabər bir divi öldürməkdən ibarətdir. Bundan başqa Persofone qaçırılanda da
Helios bunu eşidir və Demeterə belə deyir: “Vaxt itirmə, çünki artıq
qızını yox, Zevsin qardaşı Aidin özünə gəlin seçdiyi, üçüncü krallığın kraliçasını axtarırsan”. Hə bir də Afrodita Hefistosu Areslə aldadanda, eləmə
tənbəllik qaçıb bunu Hefistosa yetişdirir. Orda da maraqlı tema yaşanır başqa
vaxta qalsın.
Heliosla Poseydon
Korintheyə kim ağalıq etməli üstündə sözləri çəp düşür, bunu da Briareos
düzəldir və nəticədə Kornth boğazı və ətrafı Poseydona, şəhər mərkəzi isə
Heliosa qalır.
Ölümlü və ölümsüz
uşaqları
Ölümsüzlər: Lampetia
ilə Phaethousa, Okeanid Klymeneden doğulan 7 qız (Heliades, Heliadlar) və
Phaethon, Okeanid Perseisdən doğulma Kirke, Krete ya da Perseisdən doğulma
Pasiphae, Okeanid Aiglədən doğulma lətafət pəriləri (Kharites, Graces), Klymene
və ya Ketodan doğulan Astris, Gorgon Aix, Horai deyilən mövsüm tanrıçaları, bir
də Strabona görə Tanrıça Afinada doğulma Rodos daimonları.
Ölümlülər: (nə?)
Kolkhis kralı Aeetes, Kolkhis və Tauros kralı Perses, Heliadai adı verilən 7
Rodos kralı, Rodos şəhzadəsi Elektryone, Elis kralı Augeias, Korinth kralı
Aloios, Andros hökmdarı Thersanon ( dünyada adam qalmadı).
Mənbə: Mifologiya kitabları və məqalələr toplusu.#Zevs #Rodos #Helios #Selena #EOS # Ares # Demetre # Aid #Odyssey #Kalipso #Okeanid #YunanMifologiyasi #Titan #Div
Комментариев нет:
Отправить комментарий