Evelyn de Morgan (1895) Eos
Yunan mifologiyasındakı Şəfəq İlahəsi Eos, günəş təmsilçisi Helios və ay İlahəsi Selena ilə birlikdə Hyperion və Theia adlı Titanların övladlarıdır. Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Qanadlı, başında tacla təsvir edilən EOS, bəzən də qızıldan düzəldilmiş at arabasını səmada sürərkən təqdim edilir. Deyilənə görə çox gözəlmiş. Dedi-qoduyaya görə bu, Müharibə Tanrısı Areslə birlikdə olduğuna görə cigəri yanmış Afrodita bunu qısqanır. Eləmə tənbəllik götürüb Eosu lənətləyir. Lənət də nə lənət. Afroditadan kimə xeyir gəlib ki, əlqərəz lənətə görə EOS yaraşıqlı kişilərə qarşısıalınmaz bir istək ( tövvvvvbə) və eşq duyarmış. Ta taaa beləliklə də Orion ( yadınızdadırsa yazmışdıq) Kleitos, Kephalos və Tithon ilə EOSun eşq macəraları olur. Ax bu paparazilər
Guido Reni (1575-1642) Ares və Eos
Bu şəkildə EOS Kephalusu qaçırdır, hara? necə?
Bu Kephalus bir gün ova çıxır, özü də evlidi ey, nəysə oğlanı götürüb Suriyaya qaçırdır.( temadılar da ) Nəysə bu əlaqədən də "parıldayan" mənasına gələn Phaetron adında oğlu olur.
Bir gündə könlü Astreyaya qonur və ondan aşağıdakı oğlanları doğulur:Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi), bir də çoban ulduzu dediyimiz Eosphoros ( İşığı gətirən) adlı qızı olur ki, Romalılar ona Lucifer deyir.
Bitdi? Əşi hara bitir? Lənət deyirəm ey sənə. Bu gözəl ilahənin ürəyini uzunmüddət məşğul edən biri olur. Bir fani. Troya şəhzadəsi Tithonos. Qızımız bunu da saraydan qaçırdıb Efiopiyaya aparır. Fani sevgilisini itirmək istəməyən EOS, Zevsə yalvarır. Zevs də Tithonosu ölümsüzləşdirir. Bunu da yazaq ki, EOS rəsmi Tithonosla evli olub.
Jean-Baptiste Marie Pierre (1712-1789) Eos və Tithonos
Romalılar bu gözəl ilahəyə Aurora deyirdilər.
Sevgililər çoxdur deyəsən onlara da ayrıca bir məqalə həsr edəcəyik. Hələlik ;) Afroditanın lənətindən uzaq olun.
#Zevs #EOS #Tithon #Hyperion #Theia #Ares #Astrey
Комментариев нет:
Отправить комментарий