Xəbərçilər qırmızını boyanı tapıb Helioposa qayıtdılar. Onu da yazaq ki, Heliopolis Ra-nın şəhəridir. Xəbərçilər geri qayıdan da artıq axşam düşmüşdü. Şəhərin qadınları da xəbərçilər gələnə kimi Ranın əmrini yerinə yetirdilər, yəni pivə düzəltmişdilər. Ra 7000 çəlləyin onu gözlədiyi yerə gəldi, o biri Tanrılar da marağa Ranın ətrafına toplaşmışdılar.
Ra: Elephine qırmızı boyanı, pivə ilə qarışdırın. Əmr yerinə yetirilir. Beləcə pivə ay işığında insan qanı kimi parıldamağa başlayır.
Ra: Hazırladığınız məhlulu Sekhmetin dan yeri ağarmağa başlayanda insanları öldürmək üçün gedəcəyi yerə aparın. Nəticədə axşam -axşam 7000 çəllək tarlaların üzərinə səpildi və beləliklə də yer səthi pivə ilə örtüldü ( məhlulun digər adı yuxu gətirən). Dan yeri ağarmağa başlayanda Sekhmet gəlir və ətrafdakı mənzərəni görəndə elə zənn edir ki, öldürdüyü insanları qanı hər yerə dağılıb. Bundan olduqca ləzzət alan psix Sekhmet qəhqəhə çəkib gülür, həyatın silləsindən xəbəri yoxdu hələ. Deməli öldürdüyü insanların qanı olduğunu düşünərək başlayır bunu içməyə, bu günlərlə davam edir. Nəhayət piyan olan Sekhmet hər şeyi yaddan çıxardaraq, o gün adam öldürmür. Burda Ra meydana çıxır və "Gəl yanıma, mənim gözəl qızım." deyərək qızın adını da dəyişib Hathor qoyur. Hathor sevginin şirinliyinə və arzunun gücünə çevrilir. (Özüm ölüm heç Krişna da bunu bacarmazdı) İnsanlıq xilas olur, hamı rahat bir ohhh deyir.
Ra günü-gündən qocalıb əldən düşürdü, amma yenə Firon idi və bu gücü bundan heç kim ala bilmirdi. Nə qədər qoca olsa da gücü hələ sirli adında idi. Kimsə bu şifrəni sındırsaydı bax onda Ra dünyanın hakimi ola bilməzdi.
Geb və Nutun Osiris, İsis, Nephtys və Seth adında uşaqları var idi. Bunlardan ən ağıllıları isə İsis idi. Bir milyon kişidən daha ağıllıydı, müdrikliyi bir milyon əsilzadə ölüdən daha çox idi. (Bənzətməniz çox ürək açandı). Dünyada hər şeyi bilirdi, Ranın adından başqa. Obiri dünyada qayıb qoyulan Ra Misirin torpaqlarından keçəndə başının əsməsini belə saxlaya bilmirdi, çənəsi titrəyir,ağzından helik axırdı. Ağız suyu torpağa düşəndə palçıq yaranırdı və bir gün od parçası İsis bu torpaqdan ilk kobra ilanını yəni Uraeusu yaratdı. Bundan sonra bu ilan Firon və kraliçanın simvolu oldu. Əlqərəz ilana keçək. İsis canı yanmış bu ilanları yetim Ranın keçdiyi yollara salır və tataaaaa ilan Ranı sancır və çəmənliyə girib gözdən itir. Zəhər Ranın damarlarında dolaşdıqca şərqdən qərbə yayılan bir qışqırıq qopur. Tanrılar vəlvələyə düşüb tez Ranın yanına qaçdılar ki, ay başınıza dönüm, pəs nə baş verdi? Niyə elə qışqırersan ölüm? Zarafat bir yana çox əzab çəkən Ra axır ki, dilləndi: Yaratdıqlarım mənə kömək edin! Nəsə mənə ziyan verdi və mən bunun nə olduğunu bilmirəm. ( burda da, kitabda da ürəyim ağrayır. Heyif səndən) Hər şeyi mən yaratdım, amma bu, mənim yaratdığım bir şey deyil. Heç vaxt belə ağrı hissetməmişdim. Mənə kim zərər vurmaq istəyər? Heç kim mənim gizli adımı bilmir və o güc məni ovsuna, cadugərə qarşı qoruyurdu. Alov kimidir, amma alov deyil. Su kimidir, amma su deyil. Bütün barmaqlarım yanarkən, mən titrəyirəm. Sağaltma qabiliyyəti olan, ovsun bacarığı olan, müdrikliyi cənnətə çatan bütün Tanrıları çağırın".
Ardı gələn seriyada :)
#RA #Osiris #Isis #Sekhmet #Hothot #Firon #Misir #Mifologiya #Heliopos #Uraeus
Комментариев нет:
Отправить комментарий