Niflheim - Dumanlar dünyası. Dünyalar arasında ən qaranlıq və soyuq olan Niflheim Doqquz dünyanın ilkidir, bəzilərinə görə sonuncusudur və Ginnungagapın şimalında yerləşir. Ərazisində dayanmadan qaynayan 3 quyu vardır ki, bu quyular da əjdaha Nidhug tərəfindən qorunur. İlahə Hel tərəfindən idarə edilən bu dünya bir neçə hissədən ibarətdir ki, bunlardan da biri Naströnddur. Bu dünyanın şimalında qalalar var ki, bunlar da günahkarlar üçün zəhərlə doludur. Belə ki, cəza alanlar burda. işgəncəyə məruz qalır və Nidhug isə qanlarını əmir. Əgər pis insansa, öldükdən sonra ruhun bir başa bura gəlir. Hvelgermir çayı da burada yerləşir.
Muspelheim - Alovlar dünyası. Cənubda yerləşən bu dünya, isti və parlaqdır. Alov divi Sutr tərəfindən qorunur. Keçən məqaləmizdə qeyd etmişdik ki, buradakı alovlar Niflheimdəki buzları əridir və nəticədə həyat var olmağa başlayır. Nors inancına görə Raqnarokda Sutrun orduları Tanrılara hücum edəcək və Tanrı Frey Sutrun alovlu qılıncı ilə öldürüləcəkdir.
Asgard -Tanrıların dünyası. Həyat ağacının lap yuxarısında yerləşir və burada German-Skandinav mifologiyasının Tanrı və İlahələri yaşayır. Asgarddakı Tanrılara AESİR (ASAR), İlahələrə isə ASYNJUR deyilir. Odin Asgardda Tanrıların kralı və Aesirin ən yüksək rütbəlisidir. Asgardın ətrafı böyük və sıx hörülmüş divarlarla əhatələnmişdir. Asgardın qoruyucusu Heimdalldır ( Kitabda hamıyla selfie çəktirən, can dostlarımızdan biridir). Rəvayətə görə Asgard 12 və daha çox hissəyə ayrılmışdır və hər Tanrının öz yeri vardır. Məsələn Odin evi Valhallada, Thorun obası Thrudheim, Baldrın evi Breidablikdədir.
Odin buradakı sarayından bütün dünyaları baxarmış ( heç özünü çox
istəmir aa) və qarğaları Huginn və Munini dünyalara göndərərək baş verənləri
öyrənərmiş.
Asgardda iki vacib məkan vardır: Valhalla və Folkvanqr
Jotunheim- Buzdivlərinin dünyası. Bura Jotunların yəni divlərin dünyasıdır. İki cür div vardır: Dağ divləri və Buz divləri.
Buz divləri Aesirin ən böyük düşmənidir çünki onlar Aesirdən də əvvəl yaranmışdılar və çox vaxt Aeserə və Midgarda hədə qorxu gəlirdilər. Bu dünyanın böyük bir hissəsi buzlarla örtülmüşdür və deyilənə görə buranı Ymir yaratmışdı.
Vanaheim -vanirlərin dünyası. Burada Vanir Tanrı və Tanrıçaları yaşayır. Belə ki, bu Tanrılar German-skandinav Tanrılarının ən qədim qollarından biridir. Bunlar ovsun və sehir ustalarıdır. Əslində buranın necə bir dünya olduğunu, dəqiq harda yerləşdiyini bilinmir. Sadəcə bu Tanrılar Aesirlərin əksinə təbiətlə maraqlanmağı, ona qulluq etməyi çox sevir. Liderləri dəniz tanrısı Njorddur. Belə bir əfsanə də var ki, Aesirlərlə Vanirlərin müharibəsi bitəndə, Asgarda 3 Vanir gələcək: Njord ilə uşaqları Freya ilə Freyr.
- Midgard -İnsanların dünyası. Keçən məqaləmizdən ətraflı oxuya bilərsiniz.
Buz divləri Aesirin ən böyük düşmənidir çünki onlar Aesirdən də əvvəl yaranmışdılar və çox vaxt Aeserə və Midgarda hədə qorxu gəlirdilər. Bu dünyanın böyük bir hissəsi buzlarla örtülmüşdür və deyilənə görə buranı Ymir yaratmışdı.
Vanaheim -vanirlərin dünyası. Burada Vanir Tanrı və Tanrıçaları yaşayır. Belə ki, bu Tanrılar German-skandinav Tanrılarının ən qədim qollarından biridir. Bunlar ovsun və sehir ustalarıdır. Əslində buranın necə bir dünya olduğunu, dəqiq harda yerləşdiyini bilinmir. Sadəcə bu Tanrılar Aesirlərin əksinə təbiətlə maraqlanmağı, ona qulluq etməyi çox sevir. Liderləri dəniz tanrısı Njorddur. Belə bir əfsanə də var ki, Aesirlərlə Vanirlərin müharibəsi bitəndə, Asgarda 3 Vanir gələcək: Njord ilə uşaqları Freya ilə Freyr.
Alfheim -Elflər yəni Pərilərin dünyası. Asgardın sağında yerləşən bu dünyanı cənnətə bənzədirlər. Buradakı pərilər dünyanın ən gözəl varlıqları kimi qiymətləndirilir. Pərilərə "Qoruyucu Mələklər" deyirdilər. Tanrı Freyr buranın hökmdarıdır. Pərilər təbiətin ikinci tanrı və tanrışalarıdır. İnsanlara müdrikləri və ovsunları ilə hər zaman kömək etmişdirlər. Bundan başqa musiqi və sənətkarlığın da ilham qaynaqlarıdır.
Nidavellir və ya Svartalfheim - cırtdanların və qaranlıq pərilərin yaşadığı dünya. Əslində bəzi mənbələr bu iki dünyanı ayrı -ayrı götürüblər ancaq bir neçə mənbəyə nəzər yetirəndən sonra qərara gəldik ki, biz də bunları birləşdirək. Nidavellir qaranlıq mənasında işlədilir və buradakı mağaralarda və ya qayalıqların altında cırtdanlar yaşayır. Bütün doqquz dünyaya məlumdur ki, buradakı cırtdanlar necə gözəl sənətkarlardır ki, bunu Magnus Chase əsərində Bleatzen obrazında da görə bilərsiniz. Demək olar ki, tanrıların bütün döyüş aksesuarlarını məhz bu cırtdanlar düzəldiblər. Odinin nizəsi, Torun çəkicini misal gətirə bilərik. Bu arada diyarın hökmdarı Hreidmardır.
Nidavellir və ya Svartalfheim mədənlərdən ibarət bir labirintdir.
Svartalfheim qaranlıq pərilərin evləridir dedik. Burada günəş olmur çünki, bu pərilərə günəş dəyəndə daşa dönürlər, buna görə yerin altında yaşayırlar və inanclara görə gördüyümüz qarabasma da məhz onların işləridir. Gecə yatan insanların yanına oturub, qulaqlarına bir şey fısıldayar və beləliklə də onları ovlayarlarmış (bekarlar tayfası)
Helheim -Ölülər dünyası. Burada Loki ilə Angrbodanın qızı olan Hel kraliçadır. Bu dünya haqqında çox məlumat olmasa da, adı çəkiləndə çox müsbət şeylər düşünülür. Rəsmə baxanda adamın ürəyi açılır cənnət məkan :D, nəysə belə ki, ölənlərin ruhları burada rahat həyat yaşayarlarmış. Demişdik ki, müharibədə qəhrəmanca ölənlər Valhallaya, yaşlılıqdan və ya xəstəlikdən ölənlər isə Helheima gedirdilər. Bəzi qaynaqlara görə isə ruhların əzab çəkdiyi bir məkandır.
Bu günlük bu qədər. :)
#Asgard #Midgard #Alfheim #Helheim #Niflheim #Nidavellir #Vanaheim #Jotunheim
Комментариев нет:
Отправить комментарий