среда, 2 сентября 2020 г.

ALOV TANRISI - HUEHUETEOTL ( ASTEK MİFOLOGİYASI)

 


Astek inanclarında zamanı tarazlayan tanrı Huehueteotldır (adı yazmaq da ayrı bir zülmdür 😁). 

Huehueteotl adının mənası huehueh - "qədim" və  teotl - "tanrı" deməkdir. Bu tanrı Meksikanın ən qədim şəhərlərindən biri olan Teotihuacanın inkişafından əvvəl yaranmışdır. Qədim mənbələrdə göstərilir ki, bu tanrıya Meksikanın cənub-şərqində yerləşən vacib əntiq bir ərazi olan qədim Cuicuilco qəsəbəsində ibadət edirdilər. Ancaq e.ə 50-ci illərdə buralar tərk edilmişdir. Təriqəti isə ordan Teoityhuacana yayılmışdır. Belə ki, bu ərazilərdə tanrının gildən heykəllərinə rast gəlinmişdir.

Asteklər üçün alov çox vacibdir. Astek dinində Huehueteotl (əməlli əzab çəkirəm :D ) xalqın ocaqlarının alovunu idarə edirdi. Onu da qeyd edək ki, bu xalqların inancında alov, sadəcə yemək üçün vacib deyil, həmçinin dəyişmək və yenilənməyin də simvolu idi. Bu tanrı təkcə alovu deyil, eyni zamanda qocalığın və zamanın da simvolu idi. Çox vaxt qoca və saqqallı təsvir edilirdi. Xiutecuhtli adlı bir tanrıları da var ki, Huehueteotlla vəzifə və öhdəlikləri demək olar ki, eynidir. Tək fərqləri isə onda idi ki, onu gənc və hərəkətli təsvir edirdilər. Xiutecuhtli- alov, günəş tanrısıdır və vulkanları idarə edirdi. O, soyuqdakı istinin, qaranlıqdakı işığın simvolu idi. Florensiya Kodeksində ( əlyazma kitab) qeyd edilmişdir ki, Huehueteotl Xiutecuhtlin başqa bir simasıdır və bəzi anlarda tanrını Xiutecuhtli-Huehueteotl deyə adlandırıblar.



Yeni Alov Mərasimi

Yeni alov mərasimi Huehueteotla həsr edilmişdir və 52 ildən bir həyata keçirilirdi. Bu ayin vaxtı rahiblər ulduzların hərəkətini izləyib, qurbanın ürəyini çıxartmaq üçün lazım olan işarəni axtarırdılar. O işarələri tapdıqdan sonra qurbanın ürəyi çıxarılır və yerinə taxta qoyularaq bədənlərini yandırıb, ərazidəki evlərə paylayırdılar. 

Mənbə: http://www.dinvemitoloji.com/2019/02/aztek-ates-tanrisi-huehueteotl.html


Комментариев нет:

Отправить комментарий