IGALUK VƏ MALİNA
Deməli, eskimosların ay tanrısı olan Igalokun bir çox adı var. Kanadanın şimal qütb ərazilərində, Qrelandiyada və Alyaskada bu tanrı Anningan adı ilə bilinir və oradakı yerli xalqlara görə təbiət hadisələrini idarə edən ən üstün ilahi varlıqdır. Demək olar ki, hər şeyə hökm edir.
İndi keçək əsas məsələyə, görək bu kimdi? kimlərdəndir?
İnuit inanclarına görə ( bəs eskimos deyildi? eskimoslara inuit və ya yupitlər də deyilir) gözəlliyi, cəsarəti ilə aləmə səs salan günəş ilahəsi Malina, İgalukun bacısıdır və onu çox istəyir. Bu bacı -qardaşın əfasanəsi xalqlar arasında fərqli olsa da hamısının bir ortaq cəhəti var: Malina Igalukdan sonsuza qədər qaçır.
Əfsanə belə başlayır:
Bacı -qardaş uşaqlıqdan bir yerdə böyüyür, birlikdə deyir, gülür, oynayırlar. Hə onu da yazaq ki, bunlar ölümlü yəni insan idilər və rəvayətə görə şimala yaxın kəndlərin birində yaşayırlarmış.
Bir gün artıq uşaq olmayan Igaluk ətrafındakı qızlara fərqli gözlə baxmağa başlayır və nəzərləri bacısının üzərində cəmləşir. ( Gözün çıxsın deyəcəm, amma mifologiyadı) Düşünür ki, ətrafındakı qızların ən gözəli elə bacısıdır. Bir gün gecəyarısı qadınların çadırına daxil olaraq, zorla bacısına sahib olmaq istəyir,(,,,,,,,,,,,,) ancaq alınmır. Qaranlıq olduğu üçün də Malina bunu edənin sifətini görmür, lakin özünü bir sonrakı gecəyə hazırlayır. Belə ki, yenə eyni şey baş verəndə bacısı əlini lampanın hisinə bulayaraq, adamın (qardaşının) sifətinə yaxır. Lampanı yandırır və bu hərəkəti edənin qardaşı olduğunu görəndə təəccüblənir. Bundan çox utanır və məşəlini də götürərək gecənin qaranlığına doğru qaçmağa başlayır. Igaluk da arxasınca qaçır, bir tərəfdən üzr istəyir ( başına dəysin), digər tərəfdən də bağışlanmağını istəyirdi. Təbii ki, bacısı onu eşitmədi, hər ikisi əllərində məşəl qaçırlar, ancaq qəfildən Igalukun məşəli əlindən yerə düşür və alov sönür, sadəcə bir parıltı qalır. İkisi o qədər qaçır ki, sonda səmaya yüksələrək ay və günəşə çevrilirlər.
İnanclara görə onlar indi cənnətdədirlər, ancaq 2 ayrı otaqda yaşayırlar və sonsuza qədər də ayrı qalacaqlar.
Igaluk yəni ay tanrısı, bacısı Malina yəni günəş tanrısı ilə sadəcə günəş tutulmasında qarşı-qarşıya gəlirlər. Günəşin işığı daha güclü və şəfqətli, Ayın işığı da bir o qədər zəif və soyuq idi.
MƏNBƏ: Book of the eskimos
Qeyd: Orijinal adları qeyd etmişik.
#Eskimos #Inuit #Yupik #mifologiya #aytanrısı #günəşilahəsi #ilahə #tanrı #eskimosmifologiyası #rəvayət #əfsanə
#MALİNA #IGALUK
Комментариев нет:
Отправить комментарий