Tonalpohualli
Atstek (Aztek) mifologiyası və ya Atstek dini, Tolteklərin süqutundan sonra 13- 16 əsrlərdə Meksikada formalaşan ən vacib mədəniyyətlərdən olan Atsteklər (Aztek) tərəfindən inkişaf etdirilmiş, əfsanə, inanc və ənənələr bütünüdür. 100-dən çox tanrılarıyla çox tanrılı bir panteona sahib olan Aztek dininə, bu ərazinin mifologiyası, inancları, mədəniyyətləri təsir etmişdir.
Əfsanəyə görə Atstek xalqının nəsli Aztlan olaraq bilinən bir yerdəndir, 7 Nahuatlakadan sonuncusu cənuba gedib və "Aztek" adını götürür. Digər mənbələr isə xalqın kökünü Chicomostoca (7 mağaranın yeri) və ya Tamonachana ( bütün mədəniyyətlərin formalaşdığı yer) bağlayırlar.
Əfsanəyə görə Meksika/Atstekləri onların tanrıları olan Huitzilopochtli yönləndirirmiş. Belə ki, göldəki bir adaya çatanda kaktus bitkisinin üzərinə bir qartal qonur və bu mənzərə onlara yerləşəcəkləri ərazinin kihanətini xatırladır. Beləliklə də Tenochtitlan şəhərini bu ərazidə qurmuşdular. Bu gün Meksikanın mərkəzindəki ada.
Yenə bir əfsanəyə görə meksikalılar Anahuac məcrasına gələndə digər xalqlara nisbətən daha az inkişaf etmiş bir xalq idi, ancaq buna baxmayaraq bu xalq qədim Toltecdən bacardıqları qədər adət-ənənə, məlumat, mədəniyyət öyrəndilər.Atsteklərə görə Toltec xalqı bütün mədəniyyətlərin yaradıcısıdır.
Fərqli mədəniyyətə yiyələnib, bunu öz mədəniyyəti ilə birləşdirdikdən sonra ortaya bir neçə yaradılış əfsanəsi çıxarmışdırlar.
Yaradılış əfsanəsi 1:
Bu günki dünyadan əvvəl yaşanılan və hamısı da fəlakətlə sonlanan 4 çağ var imiş. Buna görə bu gün yaşadığımız çağ Nahui -Ollin, 5-ci çağ və ya 5-ci fəlakətdən, günəşə çevrilən bir tanrının qurbanı nəticəsində xilas olmuşdur. Bu əfsanə əntiq Teotihuacan şəhəri ilə əlaqədardır ki, Atsteklər ora çatanda onsuz da şəhər tərk edilmiş və dağılmışdı.
Yaradılış əfsanəsi 2:
Dünyanı Ometeotlın uşaqları əkiz tanrılar Tezcatlipoca və Quetzalcoatl yaratmışdır. Tezcatlipoca dünyanı yaradarkən şikəst qalmışdır. Quetzalcoatla " Ağ Tezcatlipoca" da deyilir.
Yaradılış və kainat Atstek panteonu üçün olduqca vacibdir. Panteondakı bütün ilahi varlıqlar 13 təbəqədən ibarət səmada və 9 təbəqədən ibarət yer altındakı dünyanın fərqli yerlərində ortaya çıxırlar.
Atstek inancına görə tanrılar gözlə görülə bilməzdi. Onları ya yuxularda, ya da kihanətlərdə görürdülər. Bundan başqa hər mərasimdə, bayramda ortaya çıxan, tanrıları təmsil edən, tanrıları yamsılayan, Atsteklərin tanrıları görməsini təmin edən Teixiptla var idi. Teixiptla tanrıya və ya hadisələrə görə dəyişə bilir, bundan başqa bir insan, formaya salınmış taxta və ya daş ola bilərdi.
MƏRASİM:
Atsteklərin mərasimləri dini olduğu qədər sosial statusa da malik idi. Bütün mərasimlər 2 təqvimə əsasən keçirilirdi: Tonalpohualli (365 günlük təqvim-20 gündən ibarət 18 ay və 5 uğursuz gün) və 260 günlük( 20 gündən ibarət 13 dövrə) başqa bir təqvim. Mərasimlər 3 mərhələyə bölünürdü: hazırlıq, qurban və tanrıların bəslənməyi. Hazırlıq günlərində oruc tutulur, saflaşdırma ayinləri keçirilir, mahnılar oxunur və bu qurban mərhələsi ilə davam edirdi. Burda qurban edilən insanlar ya əsirlər, ya da kölələr idi. Hər mərasimin özünə məxsus qurban etmək tərzi var idi. Belə ki, bir çox Atstek mərasimlərində baş kəsmə və yandırma halları mövcud idi. Qurbanların ürəyi çıxarılır və qidalanmaları üçün tanrılara təqdim edilirdi. Niyə insan qurban edilirdi? Atsteklər kainatın tarazlığını qorumaq, Günəşi və ya başqa bir tanrını yeniləmək və ya gücləndirmək məqsədi ilə insan qurban edirdilər.
Atsteklərin qərb dünyasında Codic deyə bildikləri maral dərisi və ya aqava bitkisinin liflərindən hazırlanmış kağızlara yazılan dini mətnləri məbədlərində qorunurdu. İspanların bu mədəniyyəti yox etməsindən sonra sadəcə Codex Borbonicus, Codex Borgtav, Codex Fejervary-Mayer və Codex Cospuno kimi nümunələri bu günə qədər gəlib çıxmışdır.
Atstek xalqının müqəddəs yerləri:
Aztlan qəhrəmanlar diyarı, Ölülər diyarı Miktlan, Miktlanın 9 pilləsindən ilki Apanoayan, dumanlı dağ Popokatepetl, ilk cənnət Tlalokan, müqəddəs yaquar təpəsi Tehuantepek, orta cənnət Tlillan -Tlapallan, ən uca cənnət Tonatiuhikhan və insanın yaradıldığına inanılan Tomoankhan.
Qeyd: Aztec- azərbaycanca Atstek. Digər adları orijinal olaraq qeyd etmişik.
Mənbə: "Encyclopedia of Religion" Second Edition, editor in chief: Lindsay Jones, Thomson-Gale, 2005; I, Aztec Religion, s. 715-720.
Dünya Mitolojisi -Özhan Öztürk
Комментариев нет:
Отправить комментарий