Cənnətdəki Meru dağında yerləşən Deva-Purada ( Tanrılar şəhəri), Puşabhasa (Günəş şəfəqləri) adlı sarayda yaşayır.
Tək qalır orda? Yox əşi, ekiz qardaşı Aditya ilə birlikdə qalırmış. Bə bunun ailəsi yoxdur? Bu qədər villası, sürücüsü, sarayı olan adam bekar qalar özü də harda Hindistanda. Yoldaşının adı İndrani, oğlunun adı isə Cayantadır.
Devaların sahibi olduğuna görə Devapati və Meghavahana ( buludda əyləşən) olaraq da bilinən İndra, Svargaloka və ya Swarga adlı cənnətin də sahibi idi. Hindistanın ən qədim dini mətnləri olan Vedik mətnlərdən Rigveda ilahilərinin demək olar ki, çox hissəsi İndraya həsr olunmuşdur ki, başqa heç bir tanrıya bu qədər ilahi mətn həsr olunmamışdır. 1028 ilahi mətndən 250-si İndraya həsr edilib.
İndraya aid ən məşhur əfsanələrdən biri də onun quraqlıq ilanı olan Vritra ilə döyüşüdür.
Bir gün Vritra adında bir əjdaha dünyanın 7 çayını udur və onları öz dağının içində saxlayır və dağın zirvəsinə qalxaraq orada çaylarını qorumağa başlayır. Belə olan halda da insanlar quraqlıqdan əziyyət çəkməyə başlayırlar, bir tikə loxma tapmırlar ki, ağızlarına qoysunlar. Tanrılara dua etməyə başlayırlar. O vaxtlar da daha gənc, cəsur olan İndra deyir ki, "yox ey mən bu insanları xilas etməliyəm". Beləliklə daha da güclənməsi üçün 3 göl boyda soma içir ( gözün doysun) (Soma içkinin adıdır, əlavə məqalə həsr edəcəyik) və keflənir, amma bu halıyla belə dünyanı o ki var sirkələyir və Vritranın üstünə şimşəklər yağdıraraq bəzilərinə görə ilan, bəzilərinə görə əjdahanı öldürür və dağlarda oyuq açaraq suyun yenidən axmasını təmin edir, eyni zamanda günəşi də qaldırıb göyə qoyur ki, nəticədə torpaq yenidən öz bərəkətinə qayıdır. Bu qələbənin sonunda İndraya Vrtrahan yəni Vritranı öldürən deyirlər.
Bir başqa rəvayətdə isə Covid 19-a görə karantinada oturan İndra donuzları seyr edirmiş (mənzərə qalmayıb seyr etməyə) birdən beynində belə bir sual yaranır: Bu donuzlar palçığı niyə bu qədər sevib, ondan bu qədər zövq alırlar? Bütün tanrılara bu sualı mesaj atır, ancaq cavabını heç kim bilmədiyinə görə Tanrıların kralı yerə enir və zibillikdə yaşayan bir donuzun bədəninə girir. Bu hərəkətinin nəticəsində kimliyini unudur. Donuz yoldaşı və çoxlu çoşqaları olur. Həyatından o qədər razı və o qədər xoşbəxt olur ki, bu sevginin yerini heç nə doldura bilməz deyə düşünür.
Gözəl həyatı yuxarıdan izləyən tanrılar da şoka düşür və deyirlər ki, nağaracuq a? Nəysə, onlar da gəlir donuzun yanına və deyirlər ki, " Sən bütün tanrıların kralı və bizlər sənin əmrində olan tanrılarıq." sən öl, mən öldən sonra görürlər ki, donuz özünü donuzluğa vurur, bunlar da eləmə tənbəllik başlayırlar bütün donuzları öldürməyə ki, di get xoşbəxt yaşa. Belə olan tərzdə donuz kədərlənir və yas tutmağa başlayır, tanrılar da donuzun bədənini yarıb İndranı içindən çıxardırlar.
Pis yuxu görən İndra, tanrılar kralının bir donuz licminə girdiyini və bir donuz kimi yaşamağın həyatın bir parçası olduğunu qəbul edəndə qəhqəhə çəkərək gülür və bütün kainatın özü kimi donuz həyatı yaşamağını arzuladığını xatırlayır. (Niyəsə Miyazakinin "Ruhların qaçışı" "Sen to Chihiro no Kamikakushi" animesini xatırlatdı.)
Öz sarayına qayıtdıqdan sonra başından keçənləri digər tanrılara danışır, ancaq donuzların niyə palçığı sevdiklərini heç vaxt anlamır.
Hə yuxarıda qeyd etmişdik ki, qədim vedik tanrı. Bəyəm İndra indi yoxdur?
Biz "Hindistan mifologiyasına giriş" məqaləmizdə dini mətnlərdən, dastanlardan bəhs etmişdik. Bax indi həmən dastanlardan biri olan Ramayanada Vişnunun avatarı olan Rama, İndra ilə döyüşür və ona qalib gəlir, bir də ona İndrasit yəni "İndraya qalib gələn" ləqəbi verirlər. Beləliklə də İndra səhnədən düşür, yerinə yeni tanrılar gəlir.
İndranın ləqəbləri: Megha -vahanası (Buludların üzərində doğulan), Devapati ( Tanrıların şefi), Divas -pati (Atmosferin lideri), Marutwan (küləyin sahibi), Swarga-pate ( Cənnətin sahibi)
Mənbə: Dünya mifologiyası, https://www.dunyadinleri.com/, https://hindistanadair.blogspot.com/
Qeyd: Bəzi adları orijinal qeyd etmişik!
Комментариев нет:
Отправить комментарий