Qədim Nors dilində Týr olaraq yazılan, Aesir tanrılarından biri olan, Asgardda yaşayan bu tanrı Odinin oğludur. Səma və müharibə tanrısıdır və tanrıların ən cəsurudur. Ləqəbləri: "tək əlli tanrı" və "qurd(canavar) baxıcısı"dır. Bir də ona görə cəsarətli deyirdilər ki, canavar Fenrirə nəzarət etməyi öz öhdəsinə götürmüşdü.
Snorri Sturluson "Nəzm Edda" adlı kitabında yazır ki, canavar Fenrir, Lokinin dişi divdən olma canavar uşaqlarından biridir. Rəvayətə görə belə bir kihanət var imiş: "bu canavarlar bir gün bir araya gəlib, dünyanın sonunu gətirəcəklər." Bunlar da iş-işdən keçməmiş, canavarı hələ balaykən tuturlar, ancaq onu böyütməyi tanrılardan sadəcə Tyr öz öhdəsinə götürür. Tanrılar günü-gündən qurdun böyüdüyünü görürlər və onu zəncirləmək istəyirlər. Belə bir kələk işlədirlər...qurda deyirlər ki, gəl səni zəncirləyək, zəncir nə qədər güclü bağlansa da sən onu qırsan, şöhrətin dünyanın hər tərəfinə yayılacaq. Canavar da razılaşır. Hadisələr tanrıların düşündüyü kimi olmur, belə ki, nə qədər sıx bağlanmağına baxmayaraq, hər dəfə Fenrir bu zəncirləri qırır. Belə olan halda tanrılar gözəl sənətkar olan cırtdanlardan kömək istəyirlər. Biz bunu Fenrir məqaləsindən ətraflı yazmışıq, ona görə keçid alaq məsələyə. İpin incəliyindən şüphələnən Fenrir, zəncirlənməyə icazə vermir, sonra fikirləşir ki, birdən onun cəsarətindən şüphələnərlər, bax onda deyir ki, bir nəfər, xoş niyyətli olduğunuzun sübutu olaraq əlini ağzıma qoysun. Tanrılar şoka düşür və heç biri buna etmir, lakin Tyr bunu qəbul edir və əlini canavarın ağzına qoyur, digərləri də onu zəncirləyir. Zəncirini qıra bilməyən Fenrir Tyrin əlini qopardır. Bu hadisə zamanı bütün tanrılar gülür ( İnsanlığın bu qədər qəddar olmasına heyrətlənməmək lazım, tanrısı belə olandan sonra) sadəcə Tyrdən başqa.
Tiwaz
Bir də Tyr bir neçə kihanət de görmüşdür ki, bunlardan biri Helin iti olan Garmın öldürülməsinin vacibliyi, digəri isə Fenrinin Odini udaraq öldürdüyü kihanətidir.
Yodaşı bərəkət ilahələrindən Zisadır (Cisa).
Həftənin 2-ci günü yəni çərşənbə axşamı adını bu tanrının adından almışdır : Tirsdag.
#GermanSkandinavmifologiyası #Tewaz #Tiwaz #Rune #Run #Tilsim #Tyr #Odin #Fenrir #Loki #div #Kihanət #Cisa #Zisa #Canavar #Nors #müharibə #tanrı
Комментариев нет:
Отправить комментарий