среда, 22 июля 2020 г.

HORUS KİMDİR?


    Hor- Neolit dövründən Greko-Romen dövrünədək ibadət edilən ən qədim və ən vacib tanrılardan biri olub, qartal və ya qartal başlı insan kimi təsvir edilən Günəş və Müharibə tanrısıdır.

    Misirlilərin Hor və ya Heru dedikləri, yunanlıların Horus kimi çağırdıqları tanrı Misirin baş tanrısı idi. ( "Ra" məqaləsinə göz ata bilərsiniz) Bu tanrı yuxarı Misirdə yerləşən Nekhen ( Hierakonpolis) şəhərinin qoruyucusu olmuşdur və Horusun məşhur olduğu vaxtlarda fironlar məhz bu tanrının dünyadakı təmsilçisi daha dəqiq desək dünyadakı görüntüsü idilər. Har -pa -neb -taui ( İki diyarın tanrısı) adıyla da bilinən Horus bəzi qaynaqlara görə səma tanrısı Nut ilə yer tanrısı Gebin oğludur, ancaq həm bizim oxuduğumuz Kane xronologiyasında, həm də ənənəvi qaynaqlara nəzər salanda görürük ki, Horus İsis və Osirisin oğludur ki, "Ra" məqaləsində də belə qeyd etmişdik. Bir başqa mənbədə yazılır ki, Horus Hothorun oğlu və ya əri kimi qəbul edilib.
    Hörüklü saçları, ağzında bir barmağı ilə uşaq görkəmində təsvir edilən Horusun bu işarəsini yunanlılar "sus" işarəsi kimi qəbul edib, səhvliklə bu tanrını "səssizlik tanrısı" kimi qəbul etmişdilər.
    Qədim Krallıq (e.ə 2513-2191) zamanında Osirisə sitayiş yayıldıqca, Horus İsis və Osirisin oğlu olaraq qəbul edilmişdir. Onu da qeyd edək ki, İsis Osiris öləndən sonra ovsunların köməyi ilə hamilə qalmışdır və Horus doğulduqdan sonra da anası tərəfindən Chemmisdə böyüdülmüşdür. Burda belə bir rəvayət var ki, Horus doğulandan sonra İsisin atası Tot, qızına uşağı Sethdən qorumağını deyir və ona güclü ovsunlar öyrədir. İsis evdə tək qalarkən Horun yanında olan 7 əqrəbə deyir: " Uşağım və mən dünyada tək qalmışıq. Yoldaşım öldüyünə görə, kədərim Misirdəki insanların kədərindən daha çoxdur. Üzünüzü torpağa çevirin və məni oğlumla birlikdə onu rahat böyüdə biləcəyim gizli bir Xyerə aparın." əqrəblər də onu Nilin deltasındakı papirus bataqlığındakı bir adaya aparırlar. Belə ki, İsis yemək axtarmağa gedəndə Horusu papirus bitkilərinin arasında gizlədirdi. İsis oğluna deyirdi :" Qorxma mənim sevimli Horum, mənim şanlı oğlum! Atamla birlikdə səni yaradılan hər şeyin sahibi olmağın üçün şərdən qoruyacağıq. Nə su, nə də torpaq sənin üçün qorxulu olacaq. Nə ən zəhərli ilanın sancması səni öldürəcək, nə də ən güclü aslan səni əzə biləcək. Sən Osiris ilə İsisin uşağısan və vaxtı çatanda, atan kimi hər şeyin sahibi sən olacaqsan!". Bir gün evə qayıdanda görür ki, Horusu əqrəb sancıb və ölüb. Dərhal uşağının üzərinə əyilir atasının öyrətdiyi ovsunlu sözləri deyərək Horusu həyata qaytarır.( Onu da yazım ki, Hz.İsanın doğumunu Horosun doğumu ilə eyniləşdirirlər. Demək olar ki, ikisinin də doğumunda oxşarlıq çoxdur. Bəlkə???? ;)) 

    Anasının hiyləgərliyi ilə əmisi Sethə qalib gəlib, sağ gözü günəş, sol gözü isə ay olduğuna inanılan Horusun cisimləşmiş halı Re - HarakhetyHoremakhet adıyla tanınırdı. Bunu da əlavə edək ki,yeni ölmüş bir insanın ruhu Horusun hüzuruna çıxır və yenidən doğuşa haqq qazandığını sübut etmək üçün, ömür vəfa etdikcə etdiyi bütün yaxşı əməlləri ona danışırdı yəni ölərkən getdikləri ilk yer Horun hüzuru idi.
    Yunanlılar Horusun qocalmış halını Haroeris, gənc halını isə Harpocrates (uşaq Hor) və ya Harsiesis (İsisin oğlu) adlandıraraq onu Apollonla eyniləşdirmişdilər.
    Horus Behdet və ya Horbehudet -Horusun günəş diski formasındakı halına verilən adlardan biri olub, Edfu Horusu və ya Horus behdety adları ilə də bilinirdi.

    Horusun daş oymaları Cippi adlanır və bu tilsim kimi istifadə edilirdi.
    Horusun oğulları:
Horusun 4 oğlu olduğu qeyd edilir. Bunlar: 
1. İmset ( insan)
2. Hapi ( Pavian, meymun növüdür)
3. Duamutef ( çaqqal)
4. Kebeçsenef ( qartal) 
    Bu oğullar da elə -belə adamlar deyil. Belə ki, bir tərəfdən İsisdən olduqlarını, digər tərəfdən isə lotos çiçəyindən doğulduqlarını inanılan günəş tanrılarıydı. Anubis onlara mumyalamanı öyrədib, Osirisi və bütün kişilərin dəfnini onlara tapşırmışdı. Bir də iç orqanların qoruyucusu kimi də tanınırlar. (Günəş hara? Cənazə hara? Elə bil hər dəfə Hor onlara bir vəzifə verib də)
    Bu da ayrıca məqalə həsr edəcəyimiz Horusun Gözü
Qeyd: Bəzi adlar orijinal qeyd olunub.
Mənbə: Dünya Mitolojisi -Özhan Öztürk, 
Dünya Mitolojisi - Donna Rosenberg

#Mifologiya #Misir #Misirmifologiyası #Seth #Horus #Hor #Heru #Tot #İsis #Osiris #ovsun #tilsim #Cippi #HorusunGözü #Lotosçiçəyi #GünəşTanrısı #Nut #Ra #Anubis #Mumyalama #qartal #şahin #Hothor #papirus #HorusBehdet #MüharibəTanrısı

Комментариев нет:

Отправить комментарий