вторник, 28 июля 2020 г.

ARES VƏ AFRODİTA

    Ares məqaləsində yazmışdıq ki, bəs müharibə tanrısının Afroditaya qarşı xüsusi simpatiyası var. Bəs Afroditanın?
    Deməli, hər kəs bilir ki, yunan mifologiyasında Afrodita gözəllik və eşq ilahəsidir. Bu ilahə day özünü yerə-göyə sığışdıra bilmir ki, tay məndən yoxdu heç yerdə Aygün demiş. Belə gözəl xanımın, qozbel, topal çilingər tanrısı Hefistosla da evli olduğunu bilməyən yoxdur. Ay qız adam tapmadılar evləndirməyə? Bu sual mifologiya oxuyan hər bir kəs üçün maraqlıdır. Nəysə qayıdaq məsələyə. Afroditanın qəlbini heç kim ala bilmirmiş, taaa ki, Ares gələnə qədər. Canı yanmış bir gün bahalı hədiyyələr, bir gün ətirli çiçəklər, bir gün gözəl sözlərlə axır ki, bu ilahənin qəlbini ovlaya bilir və bunlar başlayırlar görüşməyə. Bunu da hamıdan gizlədirlər. Nöşün? Deməli, tanrılar qatında belə bir qayda var ki, ilahələr istədikləri qədər, istədikləri adamla, tanrı ilə ola bilərlər, ancaq bir nəfərə bağlı qala bilməzlər, qısaca ürəklərində sadəcə bir nəfəri gəzdirə bilməzlər. ( Yeni cəsur dünyanı xatırlatdı: Hərkəs hərkəs üçündür)  Gizlətməklərinin səbəbi bu idi.
    Ares də yanında həmişə Alectryonu gəzdirərdi. Vəzifəsi də bu idi ki, günəş çıxmazdan əvvəl Aresi oyadardı. Əlqərəz işlər belə güllük-gülüstanlıq davam edir. Bir gün gecə görüşən aşiqlər, qapıya Alectryonu qoyaraq öz işləri ilə məşğul olurlar. Gözünə döndüyüm Alectryonu da yuxu tutur və daş kimi yatır. Bəzilərinə görə Helios, bəzilərinə görə Apollon arabasıyla günəşi səmaya qaldıranda bir də görür ki, bıyyy torbada pişik var ki, indi Heliosu bilmirəm, ancaq Apollonda var o xasiyyət aparır o dəqiqə qoyur Hefistosun ovcuna. Hefistos da əsəbi-əsəbi gedir öz emalatxanasına və dillərə dastan olan qızıldan ipliklərlə tor hazırlayıb, onların gecələrini keçirtdikləri çarpayının üzərinə sərir və Afroditaya da səyahətə getdiyini deyir. Bunun getdiyini görən Ares Afroditayla birlikdə çarpayıya uzanır və süprizzzzzz. Qırılmaz tor bunları qəşəngcə bağlayır. Hefistos içəri daxil olur və bunları da aləmə rüsvay etmək üçün bütün tanrıları da çağırır. Qısaca hamı otaqdadır da. Bəzilərinə görə söhbət burda bağlanır. Belə ki, aşiqlər ayrılırlar və bir daha görüşmürlər (yalansa). 
Guillemot, Alexandre Charles (1786-1831) – Mars and Venus Surprised by Vulcan

    Digər qaynaqlara görə isə Hefistos gözünə döndüyüm qayıdıb Aresə deyir ki, bəs səni xilas edərəm bir şərtlə ki, Zevsə göndərdiyin bahalı hədiyyələrdən mənə də göndərəcəksən. Bu sözdən sonra Zevsin sifətini görmək lazımdır o ayrı məsələ, ancaq oğlunun bu təklifindən iyrənir və deyir ki, mən bu məsələyə qarışmıram və çıxıb gedir. Otaqda olan tanrılardan biri Poseydon isə Afroditanı bu halda görəndə ona vurulur və deyir ki, "mən Aresə kəfiləm, əgər o sənə hədiyyələri verməzsə, söz verirəm Afroditayla evlənib, onun borcunu ödəməyə indidən hazıram." (hamısı qeyrət ağacıdı eyy) Beləcə xilas olan Ares Troyaya, Afrodita isə bakirəliyinə qovuşması üçün Paphosa gedir.
    Qəşəng bir sual, yetim Alectryona nə oldu?
    Deməli, tordan azad olan kimi Ares bir başa bu bədbəxtin yanına gedir və niyə onu oyatmadığını soruşmaq istəyir və görür ki, lələm 70-ci yuxudadır ey. Qəzəbindən onu bir xoruza çevirir və hər gün səhər günəşdən qabaq banlaması üçün belə deyək də kodlaşdırır. Zarafat bir yana cəzası bu olur.
 Hələlik. Hə bir də şərh yazmaq istəsəniz utanmayın ;)
Mənbə: Bu hekayəni bilməyən yoxdur :) 

#Yunanmifologiyası #mifologiya #Ares #Afrodita #Hefistos #Eşq #İlahə #Tanrı #Cəza #Alectryo #Poseydon  #Apollon #Helios #Günəştanrısı #qızıltor #Zevs

Комментариев нет:

Отправить комментарий