bildiyiniz kimi Aesirlərlə Vanirlər qanlı -bıçaqlıdırlar. Günlərin bir günü nə əcəbsə bu iki Tanrı tayfası barışmaq qərarına gəlir. Bu sülh necə təsdiqlənsin? Bəs gəlin bir qazana tüpürək deyə düşünüblər. Beləliklə hər iki tərəfin baş tanrısı qabağa çıxır, böyük ehtimal bunlardan da biri Odindir, əlqərəz iki tanrı bir qazana tüpürür və bu tüpürcəkdən də Kvasir yaranır. Elə yaranır ki, zəkasıyla, sözüylə, danışıq bacarığı ilə hamını heyran qoyur. Bunun müdrikliyi el, aləmə yayılır, bəxti olanlar da öz payını alır bu insandan. Deməli belə bir şayiə yayılır ki, bəs deməzsən div Suttung Kvasirin qanını balla qarışdıranda bir likör hazırlanır, onu da içən pəhhhh o dəqiqə başlayır danışmağa, danışmaqda nə danışmaq ey otur sabaha qədər qulaq as, hikmətindən doymaq olmur söhbətin. Bir mənbədə belə yazılıb, digərində isə yazılıb ki, bu Kvasir el -el, oba -oba gəzərək insanlara öz hikmətindən paylayıb, onların suallarına cavab verərmiş. Elm, təhsil, hikmət mövzularından zəhləsi gedən iki sehrli cırtdan Fjalar və Galar, burda hər iki mənbə birləşir, Kvasiri öldürüb qanını Odhrerir adlı ovsunlu bir qazana axıdırlar. Mövzu da burada bitir. Bir də deyirlər ki, bədbəxt Kvasirin kədərli ömrü, Eddaların bir bölməsini əhatə edən Braga Raedurda ( Braginin söhbəti) bəhs edilir.
Hə bir də onu deyirlər ki, bu içki Slavyanlarda "mayalanmış içki" yəni guya "kvas" içkisidir. ( Deməzsən soyuducudakı Kvasirin qanıymış :D )
Bu arada Magnus Chase kitabını oxuyanınız varsa, içkinin dadına baxdıqdan sonra insan necə olur, bilərsiniz yəqin ki ;)
Mənbə: Dünya mifologiyası
#Skandinav #mifologiya #Kvasir #cırtdan #Odhrerir #Edda #Suttung #odin #vanir #aesir #içki #balşərabı
Комментариев нет:
Отправить комментарий