вторник, 28 июля 2020 г.

İPƏK QURDU İLAHƏSİ - LEİZU


    İpəyin kəşf edilməsi rəvayəti İmperator Huangdi ( Sarı İmperator  黄帝   ) vaxtında baş verir. 
    Rəvayətə görə Çinin şimal qərbində Xiling adında gözəl və saf bir qız var idi. Bu qızın valideynləri çox xəstə olduğuna görə onların sağlamlığını bərpa etmək üçün Xiling, meşədən meyvələri toplayıb evə gətirər və valideynlərinin güc toplamasına kömək edərdi. Bir müddətdən sonra meşədə meyvə tapa bilmədikdə isə meşənin dərinliklərinə doğru getməyi qərara alır və valideynləri üçün meyvə tapdığına görə çox sevinir. Bu hal günü-gündən daha da çox vaxt alır, çünki meyvələr qurtardıqca meşənin ayaq dəyməmiş yerlərinə gedib çıxır, nəticədə dan yeri ağarmamış evdən çıxır, axşam düşəndə evə qayıda bilirdi. Bir gün gedə bildiyi qədər uzaq yerlərə getsə də meyvə tapa bilmir, o qədər yorğun və çarəsiz idi ki, bir tut ağacının altında oturur və göz yaşını saxlaya bilməyib ağlamağa başlayır. Bu hadisəni cənnətdəki məkanından eşidən Yəşim İmperatoru Xilingin dərdinə şərik olur və bir ipəkqurduna çevrilərək tut ağacının yarpaqlarına qonur, meyvələrini Xiling ağzına düşəcək tərzdə dərir. Xiling bu meyvəni ilk dəfə dadmasına baxmayaraq, yeməli olduğunu başa düşür və sevincək bacardığı qədər toplayaraq valideynlərinin yanına qayıdır. Evdə topladığı meyvələri təmizləyərkən bir tırtılla qarşılaşır və onu meyvələrdən ayıraraq başqa bir yerə qoyur, yarpaqlarla bəsləyir. Beləcə vaxt keçir və yay fəsli gələndə ipək qurdu özünə ipəkdən bir barama toxuyur. Baramanın ün işığında gözəlliyini görüb, onu açır və paltar toxuyur. Bu paltarlar adamı yayda sərin, qışda isə isti saxlayarmış.
    Xiling tut ağacından topladığı və evdə bəsləməyə başladığı tırtıllara ipəkqurdu mənasını verən  蚕 (cán)  adıyla çağırmağa başlayır.
    Xiling ipək haqqında təcrübəsi artdıqca bunu digər insanlara da öyrətməyə başlayır və qısa müddət ərzində xalq daha gözəl paltarlar geyinməyə başlayır.
    Çin xalqının atası olduğuna inanılan Huangdi, Xilingin kəşfindən çox xoşu gəlir və ona Leizu adı verərək onunla evlənir.
    Bir başqa rəvayətə görə isə Çin imperatoru Huangdi bir gün bağçasındakı ağaclara baxarkən, tırtılın tut yarpaqlarını yediyini sonra isə barama toxuduğunu görür və bunu yoldaşı XilingShiyə deyir və onu tədqiq etməsini tapşırır. Kraliça isti çaya düşərkən yumşalan baramadan ip əldə etməyi kəşf edir və ipək istehsalı Çində geniş vüsət alır.
    Əlavə məlumat kimi də yazaq ki, Çin 3000 il ipək əldə etmə texnikasını bütün dünyada gizlədə bilmişdi.

#çin #mifologiya #ipəkqurdu #ipək #ilahə #imperatorHuangdi #Leizu #Xiling

Комментариев нет:

Отправить комментарий