суббота, 30 мая 2020 г.

Afina və Araxne


Mifologiyada "Hörgü nağılı" deyə adlandırılan bir əfsanə haqqında yazacağıq.
Deməli Afina- dünyadakı bütün sənət əsərlərinin, xüsusilə də qadınların işləri, incə, zərif naxışların qoruyucusu idi, hətta Heranın gəlin donunu bilə özü tikmişdir. Lidyanın ən gözəl qızlarından biri olan Araxne isə hörgüdə, toxuculuqda ad-san qazanmışdır. Ümumiyyətlə bu işlərdə çox qabiliyyətli olan yunanlı qadınlar, bu işləri İlahə Afinadan öyrəndiklərini deyib, işləri ilə qürur hissi keçirdirdilər. Həəə əfsanənin odu isinməyə başlasın. Bu gözəl xanımın işləri çox gözəldir, amma bu işin suyunu çıxardır. Yoldan keçən hər kəsə öz bacarığından danışır, işlərini göstərir, gəldikləri ölkələrdə belə işlər görüb -görmədiklərini soruşarmış. Ətrafdakılar da buna deyir ki, "az yaxşı day, dincəl. Afinanın qulağına çatacaq, axırını yaxşı görmürük vallah" deyə bu tərzdə məsləhətlər verirlər. Bunlar təbii ki, Afinanın qulağına çatır, amma özünü bilməməzliyə vurur. Bir gün Araxne mənbələrin birində yazıldığına görə, meşədə oturub toxuculuqla məşğul olurmuş, bunu görən pərilər də canıyanmışdan soruşurlar ki, " Nə gözəldi işdi bu, qəşəng qız. Bunları Afinadan öyrənmisən?" Araxne də dili qurddu kimi deyir ki, " Pah, o kimdi ki, mənimlə yarışsın. Mən toxuculuqda Afina da daxil olmaqla hamıdan üstünəm." Bunu da aravuran Apollonun qarğaları eşidir və gətirib Tanrıçanın ovcuna qoyurlar. Afinanın cin təpəsinə vurur ki, bir insan hansı hünərlə məndən üstün olduğunu deyir. Qəşəngcə qoca licminə girib, gəlir Araxnenin yanına. Araxne həmişəki qayda ilə başlayır özündən danışmağa, işlərini də göstərir. Afina: "Qızım, qocalıq insana sadəcə kədər gətirmir, eyni zamanda təcrübə də bəxş edir. Məsləhətlərimi qulaqardına vurma. Görünür işində olduqca bacarıqlısan, bütün qadın və qızları keçə bilərsən, amma bir Tanrıçanın gücü və sənəti hər şeydən üstündür. Özünü bu qədər böyük görmə." Araxne də "Özümü böyük görmürəm, həqiqəti deyirəm, Afina gəlsin, onunla yarışaram" Afina öz licminə qayıdaraq "Mən buradayam"deyir. İkisi qarşılıqlı başlayırlar toxumağa. İndi belə bir iş var ki, Afina qadın namusunu qoruyan bir İlahədir, hətta bunu izləyən bir adamı belə kor eləmişdi. Bu mövzulu işlərin rəsminin çəkilməsi, toxunmasına icazə vermir. Afina haqqında eşq işlərinə aid heç nə olmadığını bilən Araxne, buynuzunu çobanın çomağına sürtməyə davam edir, belə ki, götürüb Zevsin eşq macəralarından ibarət bir səhnəciyi təsvir etməyə. Afina isə adı verilən şəhər üçün Poseydonla arasındakı döyüşü təsvir etməyə. Bir mənbədə deyilir ki, final mərhələsində Afina qızın bacarığını qəbul edir, ancaq qızın seçiminə çox əsəbləşir və özünü itirərək Araxnenin işini parçalayır. Qarşısındakının həqiqətən də Tanrıça olduğunu bilən Araxne, çox utanır və ordan qaçaraq, özünü asır. Afinanın bu işə ürəyi ağrayır və deyir ki, " Bir halda ki, sən özünü böyük görürsən, bundan belə, həyatının sonuna qədər, tor üzərində öz sənətini icra edərək yaşayacaqsan" və Araxneni bir hörümçəyə döndərir. Beləcə o gündən bu günə hörümçəklərin gözdən iraq yerlərdə tor qurub öz işlərini həyata keçirdiklərinə inanırlar.

Digər mənbəyə görə isə finalda Araxne başını qaldırıb Afinanın işinin möhtəşəmliyini görür və öz dediklərindən utanır,nəticədə özünü asır. Sonrası hər iki mənbədə də yazdığımız kimi davam edir.
#YunanMifologiyası #Afina #Araxne #Hörümçək #Athena #Tanrı #Tanrıça  #God #Greekmythology  #Zevs #Apollon #Toxuculuq #Arakhne

воскресенье, 24 мая 2020 г.

Niulang və Zhinunun eşqi


Salamlar əziz oxuyucular. Bir neçə gündür gözəl bir çin istehsalı olan animeyə baxıram. Animedə baş qəhrəman Tanrılara baş qaldırır və nəticədə möhtəşəm döyüş səhnəsi ərsəyə gəlir. Bu həyəcanla dedim ki, bu məqaləni də Çin Mifologiyasına həsr edim.
Niulang adında kasıb, ancaq xoşbəxt bir igid var idi ki, yanında qoca öküzdən başqa heç nə yox idi. Hər gün tarlada işləyən Niulang evə qayıdanda ev işlərini yerinə yetirirdi.
Bir gün yenə evə qayıdan gənc evə daxil olanda şoka düşür, ev tərtəmiz, paltarlar yuyulub, süfrədə isti yemək qaqaş özü -özünü sillələyir ki, ayə özünə gəl, sonra fikirləşir ki, bəlkə evinə Pəri gəlib? Və bu beləcə davam edib. Bədbəxt axırda təngə gəlir və deyir ki, bu belə getməz. Gözünə döndüyüm evdən həmişəki vaxtda çıxır, evdən çox da uzaq olmayan bir yerdə gizlənib, başlayır evi güdməyə. Çox keçmir ki, bir gözəl qız evinə daxil olub, ev işləri görür. Bu da tay özünü saxlaya bilmir evə daxil olub, "Niyə evimi təmizləyib, mənə kömək edirsən?" deyə soruşur. Qız da həyəcandan qızarır bilmir nə desin. Nəysə cavab verir ki, "Adım Zhinü, çox işləyərək sənə kömək etmək istədim", buna sevinən igidimiz də heç vaxt itirmir və cəsarətlə deyir: "Onda mənimlə evlən, birlikdə işləyib, birlikdə yaşayaq". Utancaq xanımımız da bu təklifi qəbul edir və həyat beləcə davam edib. Cütlüyün bir qızı, bir də oğlu olur. Xoşbəxt günlər, göydə xuruşduğu tutan Tanrıların iki genaralını bunların yanına göndərənə qədər davam edir. Bu generallar Niulanga deyirlər ki, bəs deməzsən arvadın Göy Tanrısının nəvəsidi (bay sabahın xeyir), evdən qaçıb, neçə illərdi onu axtarırıq, əlqərəz qızı qoltuqlarına vurub hooooop göyə qalxıblar. Matı -mutu quruyan Niulang and içir ki, bəs göyə gedib arvadını geri qaytaracaq. ( insanoğlunun da tanrılara bu hərəkəti olmaya da, yaxşı bir atalar sözü var, ayıbdı yazmayım, bəlkə kimsə xatırladı, hmm?)
Niulanq çarəsizlik içində qıvranarkən birdən öküz gəlib deyir: " Qaqa məni öldür, dərimin üstünə min, get səmaya, Zhinu tapacaqsan". Əlacsız qalan igidimiz öküzün dediklərini yerinə yetirir və iki uşağı ilə birlikdə səmaya qalxıb, Göy Tanrının qəsrinə çatır, ancaq kişinin tərsliyi tutur və icazə vermir ki, bu bədbəxtlər görüşsün.( Çin animesində anladığım qədərilə bir çox qaydalar var Tanrılar üçün, bunlardan da biri odur ki, bir Tanrı, bir ölümlünü sevə bilməz, lakin bu yunan, roma, nors mifologiyası üçün keçərli deyil) Uşaqlar o qədər yalvarır ki, kişinin ürəyi yumşalır və icazəni verir. İlahə övladlarını və yoldaşını möhkəmcə qucaqlayır, amma vaxt elə tez qurtarır ki, üzlərini görməyə imkan tapmır. İlahəni aparırlar, Niulang yoldaşını, uşaqlar da analarını buraxmaq istəmədikləri üçün arxasınca qaçırlar. Elə çataçatda Göy Tanrısı saçından bir qızıl saç iynəsi çıxardıb aralarında süd yolu çəkir. O gündən bəri Niulang və Zhinu süd yolundan biri-birilərinə baxmaqla kifayətləniblər. Göy Tanrısı sadəcə Ay təqviminin 7-ci ayının, 7-ci günündə Niulang və Zhinunun qovuşmasına icazə verirmiş. Həmən gün minlərlə quş, süd yolu üzərində bir körpü əmələ gətirir, beləliklə də bu iki aşiq ildə bir dəfə qovuşarlarmış.
Mənbə: Dünya dinləri
Qeyd: Orijinal adları qeyd etmişik.
#Niulang #Zhinu #Çin #Mifologiya #Tanrı

среда, 20 мая 2020 г.

Ra -Hissə 3


Bəziləri ağlayır, bəziləri artıq yas tutmağa başlamışdılar ki, deməzsən RA ölür. Nəysə demək olar ki, hamı yığılır RAnın başına, gələnlərin arasında İsis də var idi və atasına müraciət edərək deyir:
"Nədir elə o, ey müqəddəs ata? Yoxsa səni bir ilan sancıb? Öz yaratdıların, sənə qarşı çıxır? Onu öz ovsumumla çıxardıb, sənin qarşında titrəməsini təmin edəcəm."
RA: Həmişəki yolla Misirə gedirdim. Yaratdıqlarıma baxmaq istəyirdim, ilan məni sancdı, amma mən ilanı görmədim. İndi bir alov kimi yanıram, damarlarımda su varmış kimi də titrəyirəm, bir də sifətimdən isti bir gündə qaçan bir insan kimi tər axır.
İsis: Mənə adını de. De ki, ovsunumla səni sağalda bilim. Səni sadəcə bu yolla xilas edə bilərəm.
RA: Mən cənnəti və dünyanı yaradanam. Mən dağları yaradanam. Mən bütün dünyada axan suların qaynağıyam. Mən işıq və qaranlığam. Mən Misirin Böyük çayının yaradıcısıyam. Mən səmada yanan alovam. Səhərləri Khepera, naharda RA, axşam isə Tumam.
İsis: Saydıqlarının gizli adın olmadığını çox yaxşı bilirsən. Adını de və xilas ol.
Bu anda daha da əzab çəkən RA qışqıraraq: Güc adının ürəyimdən İsisin ürəyinə keçməsinə icazə verirəm! Amma əvvəlcə mənə and iç ki, bu adı oğlun Horusdan başqa heç kimə demiyəcəksən və o da əvvəlcə heç bir Tanrıya və heç bir insan demiyəcəyinə dair and içməlidir.
And içən İsisin ürəyinə RAnın gizli adı keçir və deyir: Bildiyim adın gücüylə zəhər RAnın bədənindən sonsuza qədər çıxsın.
Beləliklə də zəhər RAnın bədənindən çıxdı, nəticədə RA dünyada çox qala bilmədi və cənnətdəki yerinə getdi. Hər gün günəş kimi səmada səyahət etdi, yanında isə deyilənə görə səhər Matet, axşam isə Mesektet olarmış, gecə isə Amentinin yerin altındakı dünyasını qayığıyla keçib, Duatın 12 hissədən ibarət təhlükəli ərazilərindən keçirdi və onunla birlikdə dua edən, vacib duaları bilib, deyən ruhları da qayığına mindirirdi. Ölülər də çox vaxt hazırlıqlı gəlirdilər Ölülər kitabından əldə etdikləri bu məlumatları Firon qəbirlərinin divarlarına şəkil kimi çəkmişdilər. Bəzi insanların qəbirlərinə də Ölülər Kitabının bir surəti qoyulurdu ki, bunu oxuyaraq təhlükəsiz geri qayıda biləcəkdilər.
Əlavə olaraq qeyd edək ki, 4-cü Xanədanlıqdan Firon Djedefre vaxtında misirlilər RAnın oğulları kimi bilinirdi. Belə ki, Fironun soyundan doğulan hər uşaq RAnın cisimləşmiş halı kimi qəbul edilirdi.
5-ci Xanədanlıq dövründə RAnın yerinə Osiris keçmişdir.
6-cı Xanədanlıq dövründə Osiris ucaldılmış, RA unudulmağa başlamışdır.
RAnın bilinən bir yoldaşı yoxdur. RAnın Duası adlı ədəbi mətnlərdə 24 fərqli görünüşdə olduğu qeyd olunub vəQartal başlı insan, gecə isə Qoçbaşlı olaraq təsvir edilir, vəziyyətdən asılı olmayaraq hər halında başında günəş halqası var.
Qaranlığı təmsil edən Apep ilanı ilə döyüşmüşdür.
#RA #Apep  #Horus #Isis #Osiris #Duat

Ra -Hissə 2


Xəbərçilər qırmızını boyanı tapıb Helioposa qayıtdılar. Onu da yazaq ki, Heliopolis Ra-nın şəhəridir. Xəbərçilər geri qayıdan da artıq axşam düşmüşdü. Şəhərin qadınları da xəbərçilər gələnə kimi Ranın əmrini yerinə yetirdilər, yəni pivə düzəltmişdilər. Ra 7000 çəlləyin onu gözlədiyi yerə gəldi, o biri Tanrılar da marağa Ranın ətrafına toplaşmışdılar.
Ra: Elephine qırmızı boyanı, pivə ilə qarışdırın.  Əmr yerinə yetirilir. Beləcə pivə ay işığında insan qanı kimi parıldamağa başlayır.
Ra: Hazırladığınız məhlulu Sekhmetin dan yeri ağarmağa başlayanda insanları öldürmək üçün gedəcəyi yerə aparın. Nəticədə axşam -axşam 7000 çəllək tarlaların üzərinə səpildi və beləliklə də yer səthi pivə ilə örtüldü ( məhlulun digər adı yuxu gətirən). Dan yeri ağarmağa başlayanda Sekhmet gəlir və ətrafdakı mənzərəni görəndə elə zənn edir ki, öldürdüyü insanları qanı hər yerə dağılıb. Bundan olduqca ləzzət alan psix Sekhmet qəhqəhə çəkib gülür, həyatın silləsindən xəbəri yoxdu hələ. Deməli öldürdüyü insanların qanı olduğunu düşünərək başlayır bunu içməyə, bu günlərlə davam edir. Nəhayət piyan olan Sekhmet hər şeyi yaddan çıxardaraq, o gün adam öldürmür. Burda Ra meydana çıxır və "Gəl yanıma, mənim gözəl qızım." deyərək qızın adını da dəyişib Hathor qoyur. Hathor sevginin şirinliyinə və arzunun gücünə çevrilir. (Özüm ölüm heç  Krişna da bunu bacarmazdı) İnsanlıq xilas olur, hamı rahat bir ohhh deyir.
  Ra günü-gündən qocalıb əldən düşürdü, amma yenə Firon idi və bu gücü bundan heç kim ala bilmirdi. Nə qədər qoca olsa da gücü hələ sirli adında idi. Kimsə bu şifrəni sındırsaydı bax onda Ra dünyanın hakimi ola bilməzdi.
Geb və Nutun Osiris, İsis, Nephtys və Seth adında uşaqları var idi. Bunlardan ən ağıllıları isə İsis idi. Bir milyon kişidən daha ağıllıydı, müdrikliyi bir milyon əsilzadə ölüdən daha çox idi. (Bənzətməniz çox ürək açandı). Dünyada hər şeyi bilirdi, Ranın adından başqa. Obiri dünyada qayıb qoyulan Ra Misirin torpaqlarından keçəndə başının əsməsini belə saxlaya bilmirdi, çənəsi titrəyir,ağzından helik axırdı. Ağız suyu torpağa düşəndə palçıq yaranırdı və bir gün od parçası İsis bu torpaqdan ilk kobra ilanını yəni Uraeusu yaratdı. Bundan sonra bu ilan Firon və kraliçanın simvolu oldu. Əlqərəz ilana keçək. İsis canı yanmış bu ilanları yetim Ranın keçdiyi yollara salır və tataaaaa ilan Ranı sancır və çəmənliyə girib gözdən itir. Zəhər Ranın damarlarında dolaşdıqca şərqdən qərbə yayılan bir qışqırıq qopur. Tanrılar vəlvələyə düşüb tez Ranın yanına qaçdılar ki, ay başınıza dönüm, pəs nə baş verdi? Niyə elə qışqırersan ölüm? Zarafat bir yana çox əzab çəkən Ra axır ki, dilləndi: Yaratdıqlarım mənə kömək edin! Nəsə mənə ziyan verdi və mən bunun nə olduğunu bilmirəm. ( burda da, kitabda da ürəyim ağrayır. Heyif səndən) Hər şeyi mən yaratdım, amma bu, mənim yaratdığım bir şey deyil. Heç vaxt belə ağrı hissetməmişdim. Mənə kim zərər vurmaq istəyər? Heç kim mənim gizli adımı bilmir və o güc məni ovsuna, cadugərə qarşı qoruyurdu. Alov kimidir, amma alov deyil. Su kimidir, amma su deyil. Bütün barmaqlarım yanarkən, mən titrəyirəm. Sağaltma qabiliyyəti olan, ovsun bacarığı olan, müdrikliyi cənnətə çatan bütün Tanrıları çağırın".
Ardı gələn seriyada :)
#RA #Osiris #Isis #Sekhmet #Hothot #Firon #Misir #Mifologiya #Heliopos #Uraeus

вторник, 19 мая 2020 г.

Ra-Hissə 1


Sadiylə qardaşının minbir əziyyətlə Ra-nı axtarması və nəticədə qarşılaşdıqları görüntü nə yalan deyim məni də alt -üst etdi. Niyəsə tarix dərslərindən Ra, beynimdə başqa tərzdə formalaşmışdı. Rikin 3 kitab ayırdığı Misir mifologiyası ilə tanış olaq ki, kitabları oxuyanda zərbəni hardan yeyəcəyik xəbərimiz olsun.
Əvvəlcə böyük bir qaranlıq və Nun adı verilən böyük bir su qaynağı var idi. Nunun gücü o qədər böyük idi ki, qaranlıqda işıq saçan yumurta ərsəyə gətirdi. Bu yumurtanın da adı Ra idi.
Ra çox güclüydü və istədiyi licmə girə bilirdi. Bu gücü isə gizli adında idi. Gizli ad? Bəli Misir mifologiyasında hər tanrının gücü onun gizli adında olur. Kimsə sənin gizli adını bildisə, vay sənin halına. Özünə istədiyi qədər ad verə bilərdi amma yenə gücü o ilk sirli adda idi.
 "Mən şəfəqdə Kheperayam, naharda Ra, axşam isə Atum". dedi və günəş göyə qalxdı, səmanı keçdi və batdı.
Sonra Ra Shu adını seçdi və ilk külək əsməyə başladı, Tefnu adını qoydu və ilk çay yarandı. Geb adını seçdi və dünya formalaşdı. İlahə Nut olaraq bir ayağı yerdə, bir ayağı üfüqdə səmanı yaratdı. Hapi adını seçdi və möhtəşəm Nil çayı Misir torpaqlarında axmağa başladı və ona bərəkət verdi. Ra dünyada nə görürüksə hər şeyin adını götürdü və hər şey böyüdü, formalaşdı. Axırda insanlığın (yadına düşdü :) ) adını aldı və nəhayət dünyada insanlar yaranmağa başladı.
Ra kişi licminə bürünərək ilk Firon kimi yüz illərlə Misirə hökmranlıq etdi və nəticədə insan bədəni qocalmağa başladı. İnsanlar ondan qorxmağa və qaydalara riayət etməməyə başladılar, bunlar azmış kimi arxasıyca da gülürdülər. ( insan çiy süd əmir ay Ra) " Ra-ya baxın, sümükləri gümüş kimi, dərisi qızılı rəngdə, saçları isə Lapus Lazuli rəngindədir. (daşın adıdır və Fironlar bu daşdan çox istifadə edirdilər). Bunları eşidən bədbəxt Ra əsəbləşməyə başladı, onu çilədən çıxardan isə insanların qaydaları pozması idi. Yaratdığı Tanrıları - Shu, Tefnu, Geb, Nut və Nunı yanına iclasa çağırdı. Bunlar beyin fırtınası etməkdə olsun, insanlar da şit zarafatlarını etməkdə.
İclasdan mətbuəata verilən açıqlama:
Ra : Tanrıların ən böyüyü məni yaradan Nun və mənim yaratdığım Tanrılar, yaratdığım insan irqinə baxın! Görün arxamca nə danışırlar. İndi deyin görüm, mən onlarla nə edim? Çünki tövsiyyələrinizi eşitmədən bu irqi məhv etməyəcəyəm.
Mikrofonu Nun əlinə alır: Oğlum Ra, Tanrılar yaratdığı şeylərdən də çox güclü və qüdrətlidirlər. Qəzəbli gözlərini onlara çevir və onlara dəhşəti təmsil edən qızın Sekhmeti yolla.
Ra: Qorxu indidən düşüb canlarına, dağlara qaçıb gizlənirlər.
İclasın sonunda "Sekhmetlə onlara gözlərindəki baxışı göndər" dedilər və Tanrıların hamısı Ranın önündə alınları yerə dəyəcək tərzdə diz çökdülər və beləcə Ranın gözündəki qəzəbdən İlahə Sekhmet doğuldu. Elə doğulmağıyla ova çıxmağı bir oldu. Raya yuxarıdan aşağı baxan hamını dağlarda tapdı və onları yox etdi. Onunla qarşılaşan kim var idisə, hamısı öldü.
Ra gözünə döndüyüm bir təpənin üzərindən Sekhmetin etdiklərini gördü və qızını yanına çağıraraq dedi: (admin yanındaydın? ahah) Gəl,qızım və mənə əmrimi necə yerin' yetirdiyin haqqında məlumat ver.
Sekhmet dəhşətli aslan səsinə və qurbanların gözyaşına bənzəyən səslə cavab verdi: Mənə verdiyin həyatla intiqamını aldım və qəlbim fərəhlə doldu.
Bundan sonra Nil insan irqinin qanıyla qırmızı axdı və Sekhmet qırmızı ayaqlarıyla Misirdə gəzdikcə torpaq ölməyə başladı. Ra dünyaya baxanda barmağını dişlədi ki, neylədim ala mən? Sekhmeti heç kim dayandıra bilməzdi, Ranın özü belə. Bə nağaraq? Yadlarına düşür ki, ancaq öz istəyi ilə bu işdən əl çəkə bilər. Onda Ra deyir ki, özüm ölüm burda bir fırıldaq işlədəcəm, üz vurmayın.
Ra : "Kölgə kimi səssiz, külək sürəti ilə dünyada gəzəcək xəbərçilər tapın." Ranın istəyi yerinə yetirilir.
Ra: "Deməli gedirsiz Nilin qayalarının üstündən gurhagur axan, Cataract adalarının arasındakı Elephantinə adı verilən adaya və mənə qırmızı torpaq boyası ( dəmirdən əldə edilən təbii boya) gətirirsiniz".

Ardı gələn seriyada :)
Qeyd: Orijinal adlardan istifadə edilib.
#Ra #Sekhmet #Shu # Misir #Mifologiya


среда, 13 мая 2020 г.

Doqquz Dünya


 Niflheim - Dumanlar dünyası. Dünyalar arasında ən qaranlıq və soyuq olan Niflheim Doqquz dünyanın ilkidir, bəzilərinə görə sonuncusudur və Ginnungagapın şimalında yerləşir. Ərazisində dayanmadan qaynayan 3 quyu vardır ki, bu quyular da əjdaha Nidhug tərəfindən qorunur. İlahə Hel tərəfindən idarə edilən bu dünya bir neçə hissədən ibarətdir ki, bunlardan da biri Naströnddur. Bu dünyanın şimalında qalalar var ki, bunlar da günahkarlar üçün zəhərlə doludur. Belə ki, cəza alanlar burda. işgəncəyə məruz qalır və Nidhug isə qanlarını əmir. Əgər pis insansa, öldükdən sonra ruhun bir başa bura gəlir. Hvelgermir çayı da burada yerləşir.


Muspelheim - Alovlar dünyası. Cənubda yerləşən bu dünya, isti və parlaqdır. Alov divi Sutr tərəfindən qorunur. Keçən məqaləmizdə qeyd etmişdik ki, buradakı alovlar Niflheimdəki buzları əridir və nəticədə həyat var olmağa başlayır. Nors inancına görə Raqnarokda  Sutrun orduları Tanrılara hücum edəcək və Tanrı Frey Sutrun alovlu qılıncı ilə öldürüləcəkdir.


Asgard -Tanrıların dünyası. Həyat ağacının lap yuxarısında yerləşir və burada German-Skandinav mifologiyasının Tanrı və İlahələri yaşayır. Asgarddakı Tanrılara AESİR (ASAR), İlahələrə isə ASYNJUR deyilir. Odin Asgardda Tanrıların kralı və Aesirin ən yüksək rütbəlisidir. Asgardın ətrafı böyük və sıx hörülmüş divarlarla əhatələnmişdir. Asgardın qoruyucusu Heimdalldır ( Kitabda hamıyla selfie çəktirən, can dostlarımızdan biridir). Rəvayətə görə Asgard 12 və daha çox hissəyə ayrılmışdır və hər Tanrının öz yeri vardır. Məsələn Odin evi Valhallada, Thorun obası Thrudheim, Baldrın evi Breidablikdədir.

Odin buradakı sarayından bütün dünyaları baxarmış ( heç özünü çox istəmir aa) və qarğaları Huginn və Munini dünyalara göndərərək baş verənləri öyrənərmiş.
Asgardda iki vacib məkan vardır: Valhalla və Folkvanqr

  • Midgard -İnsanların dünyası. Keçən məqaləmizdən ətraflı oxuya bilərsiniz.




Jotunheim- Buzdivlərinin dünyası. Bura Jotunların yəni divlərin dünyasıdır. İki cür div vardır: Dağ divləri və Buz divləri.
Buz divləri Aesirin ən böyük düşmənidir çünki onlar Aesirdən də əvvəl yaranmışdılar və çox vaxt Aeserə və Midgarda hədə qorxu gəlirdilər. Bu dünyanın böyük bir hissəsi buzlarla örtülmüşdür və deyilənə görə buranı Ymir yaratmışdı.


Vanaheim -vanirlərin dünyası. Burada Vanir Tanrı və Tanrıçaları yaşayır. Belə ki, bu Tanrılar German-skandinav Tanrılarının ən qədim qollarından biridir. Bunlar ovsun və sehir ustalarıdır. Əslində buranın necə bir dünya olduğunu, dəqiq harda yerləşdiyini bilinmir. Sadəcə bu Tanrılar Aesirlərin əksinə təbiətlə maraqlanmağı, ona qulluq etməyi çox sevir. Liderləri dəniz tanrısı Njorddur. Belə bir əfsanə də var ki, Aesirlərlə Vanirlərin müharibəsi bitəndə, Asgarda 3 Vanir gələcək: Njord ilə uşaqları Freya ilə Freyr.



Alfheim -Elflər yəni Pərilərin dünyası. Asgardın sağında yerləşən bu dünyanı cənnətə bənzədirlər. Buradakı pərilər dünyanın ən gözəl varlıqları kimi qiymətləndirilir. Pərilərə "Qoruyucu Mələklər" deyirdilər. Tanrı Freyr buranın hökmdarıdır. Pərilər təbiətin ikinci tanrı və tanrışalarıdır. İnsanlara müdrikləri və ovsunları ilə hər zaman kömək etmişdirlər. Bundan başqa musiqi və sənətkarlığın da ilham qaynaqlarıdır.


Nidavellir və ya Svartalfheim - cırtdanların və qaranlıq pərilərin yaşadığı dünya. Əslində bəzi mənbələr bu iki dünyanı ayrı -ayrı götürüblər ancaq bir neçə mənbəyə nəzər yetirəndən sonra qərara gəldik ki, biz də bunları birləşdirək. Nidavellir qaranlıq mənasında işlədilir və buradakı mağaralarda və ya qayalıqların altında cırtdanlar yaşayır. Bütün doqquz dünyaya məlumdur ki, buradakı cırtdanlar necə gözəl sənətkarlardır ki, bunu Magnus Chase əsərində Bleatzen obrazında da görə bilərsiniz. Demək olar ki, tanrıların bütün döyüş aksesuarlarını məhz bu cırtdanlar düzəldiblər. Odinin nizəsi, Torun çəkicini misal gətirə bilərik. Bu arada diyarın hökmdarı Hreidmardır.
Nidavellir və ya Svartalfheim mədənlərdən ibarət bir labirintdir.
Svartalfheim qaranlıq pərilərin evləridir dedik. Burada günəş olmur çünki, bu pərilərə günəş dəyəndə daşa dönürlər, buna görə yerin altında yaşayırlar və inanclara görə gördüyümüz qarabasma da məhz onların işləridir. Gecə yatan insanların yanına oturub, qulaqlarına bir şey fısıldayar və beləliklə də onları ovlayarlarmış (bekarlar tayfası)


Helheim -Ölülər dünyası. Burada Loki ilə Angrbodanın qızı olan Hel kraliçadır. Bu dünya haqqında çox məlumat olmasa da, adı çəkiləndə çox müsbət şeylər düşünülür. Rəsmə baxanda adamın ürəyi açılır cənnət məkan :D, nəysə belə ki, ölənlərin ruhları burada rahat həyat yaşayarlarmış. Demişdik ki, müharibədə qəhrəmanca ölənlər Valhallaya, yaşlılıqdan və ya xəstəlikdən ölənlər isə Helheima gedirdilər. Bəzi qaynaqlara görə isə ruhların əzab çəkdiyi bir məkandır.
Bu günlük bu qədər. :)
#Asgard #Midgard #Alfheim #Helheim #Niflheim #Nidavellir #Vanaheim #Jotunheim 

YGGDRASİLL VƏ DOQQUZ DÜNYADAN MİDGARD

Həyat ağacı və ya dünya ağacı olaraq da bilinən, German-skandinav mifologiyasında dünyaları bir-birinə bağlayan, böyük bir Göyrüş ağacı -YGGDRASİLL. İnanclara görə Odin (YGG) doqquz gün, doqquz gecə bu ağacın budaqlarından asılı qalaraq, run əlifbasının sirlərini öyrənmişdir. Buna görə də bu ağaca YGGDRASİLL yəni "YGG-in atı" deyirlər. Ağacın başında xoruz Qullinkambi (qızıl pipik), dünyalar arasında xəbər gəzdirən dələ Ratatosk ( heç dost canlısı deyil),  budaqlarında 4 maral gəzir ki, bunlar da ağacın tumurcuqlarını yeyirlər. Bu marallar dörd küləyi təmsil edir. Adları: Dáinn, Dvalinn, Duneyrr və Duraþrór və bir də adsız qartal bu ağacda yaşayır. Ağacın kökləri isə əjdaha Nidhoggr və digər ilanlar tərəfindən yeyilir. Bu ağacın üç kökündən biri Asgardıın tanrılar evinə, biri Niflheim buzlaqlarına və qaynayan bulaq olan Hvelgermirə, biri də divlərin evi olan Jotunheima uzanır. Onu da deyək ki, bu ağac ilan Yormunqandr tərəfindən qorunur.
Ragnarok yəni cəhənnəm günü gələndə, alov divi olan Sutr ağacı yandıracaq amma Ragnarokdan sonra ağac zədə almasına baxmayaraq yeni həyata can verəcəkdir.
Poetik Eddada üç şeirdə VöluspáHávamál və Grímnismálda ağacın adı çəkilir. Völuspada, 19-cu bənddə völva deyir:
Mən bilirəm göyrüş ağacı orada dayanır.
İqqdrasildir onun adı.
Parıldayan gil torpaqla yuyulan hündür ağac,
Vadilərə damlayan şəbnəmlər oradan gəlir.
“Urðr”un bulağında həmişə yaşıl olaraq qalır.
Odin və qardaşları Ymiri öldürdükdən sonra, başından Göyü, beynindən buludları, sümüklərindən qayaları,qanından isə dəniz və çayları yaratdılar.
Bir gün bu üç qardaş sahildə gəzərkən iki yaş ağacla qarşılaşırlar və qərara gəlirlər ki, bunları bir formaya salsınlar. Beləliklə də Göyrüş ağacından kişi, Qaraağac ağacından isə qadın yarandı. Odin onlara həyat üfürdü, Vili duyğu və zəka, Ve isə görmə və eşitmə bacarığı bəxş etdi.Kişinin adı Ask, qadının adı Embla oldu. Kül və sarmaşıq mənalarını ifadə edirlər. Bunların yaşamaqları üçün də Midgardı yaratdılar. Tanrılar bunlara bitkilərə və heyvanlara qulluq etmək məsuliyyəti verdilər və nəticədə insan irqi özünü dolandıra, eyni zamanda böyük ailələr qurmağa başladılar. Midgard haqqında başqa rəvayətlər də var. İstəsəniz araşdıra bilərsiniz.

Doqquz dünya
1. Asgard
2. Vanaheim
3. Alfheim
4. Midgard
5. Jötunheimr
6. Muspelheim
7. Nidavellir
8. Niflheim
9. Helheim

DİQQƏT! DİQQƏT!
Deməli adında "gard" şəkilçisi deyək də olan iki dünya var. Asgard və Midgard. Bunun mənası "qaydalara əməl edən, inkişaf etmiş irq"dir.
"heim" şəkilçisi ilə bitən dünyalar isə "vəhşi, dağınıq olan" mənasındadır.
Qeyd edək ki, adların bəzisi orijinal adlardır. Azərbaycanca çox az mənbə olduğuna görə özbaşımıza ad vermək istəmədik.
Mənbə: Vikipediya, Rick Riordan "Magnus Chase" silsilə kitabları, oxumaq istəyənlərin nəzərinə Neil Geymanın da "İskandinav mitolojisi" əsərinə göz gəzdirə bilərsiniz. Bu qəbildən Komikslər də adları yadınızda saxlamaq üçün gözəl vasitələrdən biridir.
Bir də qeyd edək ki, hər dünya haqqında əlavə məlumat verəcəyik. Xoş mütaliələr.

German -Skandinav mifologiyası

German -skandinav mifologiyası xristianlıqdan öncə bu xalqların din, inanc və əfsanələrindən formalaşmışdır. Yaradılış əfsanələrinə görə qaranlıq və soyuq Şimal, aydın və isti cənub, ortalarında isə böyük bir uçurum- Ginnungagap vardır. Şimaldakı qaranlıq və soyuq ərazinin adı Nifleheim, cənubdakı ərazi isə Muspell adlanır. Bir gün Muspelldəki qığılcımlar Nifleheimdəki buzları əridir. Əriyən damlalar qığılcımla bərabər uçuruma düşür və burada həyat başlayır. Beləliklə də Nifleheimlə Muspell birləşdi və bu gücdən ilk div olan YMİR, YMİRİN də tərindən digər divlər yarandı.
Əriyən damlaların bir hissəsi də Muspellə çatır və burada AUDHUMLA yəni ilk inək yarandı. Div YMİR böyüyənə qədər bu inəyin südüylə bəslənir. İnək də ətrafında olan duzları yalamaqla bəslənirdi. Bundan başqa inək diliyə həmin duz kristallarını formaya salırdı ki, nəticədə bütün Tanrıların atası olan Buri yaranır. Burinin də Borr adında oğlu olur. Borr da YMİRİN yaratdığı divlərdən birinin qızı olan Besta ilə evlənir. Bu evlilikdən Ve (müqəddəs), Odin (Hiddət) və Vili
 ( arzu/istək) doğulur.
Odin və digər tanrılar artıq yaşadıqları əraziyə sığışmadıqları üçün qərara gəlirlər ki, Ymiri və digər divləri öldürsünlər. Və beləcə Div ovu başlayır. Ymir də daxil olmaqla bütün divlər öldürülür, daha dəqiq desək Ymiri öldürürlər, onun axan qanında da digər divlər boğularaq ölürlər, sadəcə ağıllı Belgermir və ailəsi qaçaraq canlarını xilas edirlər.
#Germanskandinavmifologiyası #Ymir #Audhumla #Odin #Ve #Vili #Borr #Besta #Div #Muspell #Nifleheim #Ginnungagap

вторник, 12 мая 2020 г.

BELLONA Müharibə İlahəsi


Müharibə, zəfər, fəth ilə əlaqəli İlahə Bellona, Roma mifologiyasında vacib fiqurlardan biridir. Müharibənin siması olan Bellona, bir əlində qalxan, digər əlində qılınc və ya nizə olan, başında lələkli dəbilqə ilə təsvir edilir.
Qaynaqlara görə Yupiter ilə Jovanın qızlarıdır və Mars ilə əlaqələndirilir. Digər bir mənbəyə əsasən də Bellona italiyalıymış. Belə ki, İtaliyalı bir qəbilə olan Sabine xalqının İlahəsiymiş. Roma inşa ediləndə, Sabinelər bura yerləşiblər və Bellonanı da özləri ilə yeni ölkəyə gətirmişdilər. Bellonaya ithaf olunan ilk məbəd e.ə. 296 -cı ildə romalılar tərəfindən inşa edilmişdir. Bunun da belə bir maraqlı hekayəsi var. Deməli romalılar samnitlərlə döyüşürlərmiş və konsül ( kor ləqəbli) Appius Claudius Caecus and içir ki, bəs İlahənin şərəfinə bir məbəd tikəcək. And yerinə gətirilir və məbəd Kampus Martiusun cənubunda inşa edilir. Kampus Martius Roma Tanrısı Marsa ithaf edilib. Bellona məbədi dövrünün ən önəmli, xüsusilə də müharibə günlərində-məkanlarından biri idi. Müharibədən əvvəl Roma senatorları generallar ilə bu məkanda görüşürlərmiş, həmçinin əgər bir müharibə olacaqsa bu məbəddən elan edilirmiş. Məbədin qarşısında bir sütun var idi ki, bu Roma sərhəddini simvolizə edirdi, məbədin ətrafındakı ərazi isə düşmənin torpağı kimi qəbul edilirdi. Bu sütun üzərindən düşmən torpaqlarına nizə uzatmaq, rəsmi surətdə müharibə elan edilməsi demək idi. Onu da yazaq ki, məbədin torpaqları Romaya aid deyildi, ona görə ölkəyə gələn səfirlərlə də burada görüşülürdü.
Bellonarii adı verilən rahib qrupu da İlahəyə xidmət edirdi. 24 Mart diessanguinis (qan günü) kimi adlandırılırdı. Belə ki, bu gündə insan qanı axıdılırdı ki, Bellonariilər də öz paylarına düşənləri edirdilər. Bu rahiblər öz qollarını, ayaqlarını yaralayar və axıtdıqları qanı yığıb İlahəyə təqdim edərdilər, sonra da müharibədələrmiş kimi qəzəblənmək üçün də öz qanlarını içirdilər. ( İnsan beyni, nə deyəsən)

Hələlik -Yupiter Düşərgəsindən hamıya salam.
#SPQR #Romamifologiyası #Yupiter #Mars #Müharibə #Bellona 

понедельник, 11 мая 2020 г.

Satyr


Persi Cekson silsiləsinə başlayarkən bir ömür yaddaşınızdan çıxmayacaq obrazlardan bir də Satyrlərdir. Satyrlər qulaqları, burunları və quyruqları ilə bir keçiyə bənzəyən, evcilləşdirilmiş mifik varlıqlardır, daha dəqiq desək Daimonlardır. Yunan mifologiyasında Dionisə və Pana köməklik edirlərsə də, Geya və Rheanın, Hermes və Hefistosun yanında da təsvir edilmişdirlər. Satyrlər mifologiyaya görə soy köklərini Oreadlarla (dağ pəriləri) birlikdə olaraq davam etdirirlərmiş. Satyrlər təsvirlərdə daha çox, içən, rəqs edən, ney və ya tütək çalan, pərilərlə əylənərkən təsvir edilirlər.
Yunan mifologiyasında satyrlərə çox bənzəyən və onlarla əlaqəli olan daimonlar, Panes deyilən keçi ayaqlı varlıqlar, Tityri və ya Tityroi adı verilən, fleyta çalan satirlər. Seilenoi və Sileni deyilən yaşlı satirlər və Satyriskoi deyilən uşaq satirlərdir. Ağ saçları və şiş qarınları ilə Silenler Seilenosun oğulları və satyrlərlə Oreadların atalarıdır.
Roma mifologoyasında isə onlara Faun deyirlər.
Onu da qeyd edək ki, məqalələrimizdə hər zaman original adlardan istifadə edirik.
#Satyr #RickRiordan #PercyJackson #Qıvırcıq #Pan #Faun


Günəş Tanrısı Helios


Yunan mifologiyasında Helios Hyperion ilə Theia adlı Titanın övladıdır. Bəli, bəli Selenayla Eos bacılarıdır. Helios bir tərəfdən günəşi təmsil təmsil edir, digər tərəfdən isə görmə bacarığını, bir dənə də bonus- içilən andların nəzarətçisidir. Okeanos çayının şərq sahillərində bir villası var. Hər gün alova bənzər dörd qanadlı atın çəkdiyi arabasıyla saraydan çıxıb səmada gəzər, axşamüstü də Hesperidlərin ( axşam pəriləri) dünyanın qərb ucundakı ölkəsinə gedərmiş.. Ora çatan kimi də saf qızıldan düzəldilmiş qabın içərisinə girib, Okeanosun sularında üzərək yenidən öz sarayına gələrmiş. Saqqalsız, yaraşıqlı, bənövşəyi əbalı bir adam kimi təsvir edilir. Başında isə Günəşin şüalarından ibarət tac olurmuş. Deməli bütün Yunanıstanda Heliosa ağ at qurban etmək adətmiş. Onu da yazım ki, zaman keçdikcə Apollon və Hefistosla birləşdirilmək istənilsə də, Titan olduğu üçün Helios adını qoruyub saxlaya bilmişdir.
Heliosun Roma mifologiyasında adı Sol (Günəş) və ya Sol İnvictusdur (Fəthedilməmiş Günəş)
Dünyanın yeddi möcüzəsi və Helios?

Rodos adası Helios inancının geniş yayıldığı bir ərazidir. Korinthisi də bu sıraya qoya bilərik. Onu da qeyd edək ki, bir Afinalı Helios və ya Selena inancına bağlı deyil. Günəş tanrısı, ay tanrıçası kimi ilahlar daha çox Helenləşməmiş mədəniyyətlərdə vacibdir. Məşhur komediya yazarı Aristophanes “Sülh”də (yəqin əsərin adıdır) Helios ilə Selenanı Fars tanrıları olduğunu deyib. Əlqərəz qayıdaq Rodos adasına. Dünyanın yeddi möcüzəsindən biri olan Rodos heykəli əslində Heliosun heykəlidir. Böyüklüyü ilə “colossus” adlandırılan e.ə 292-280-ci illərdə heykəltəraş Khares tərəfindən ərsəyə gətirilən heykəldə Helios təsvir edilirdi və heykəlin aşağısında bu sözlərin yazıldığı güman edilir: “Ey Günəş, Dor qəbiləsindən gələn Rodos xalqı, Başı Olimpə dəyən bu bürünc heykəli, müharibəni sakitləşdirib, şəhəri düşməndən aldığı qənimətlərlə taclandıranda sənin adına ucaltdı. “
Mifologiyada deyilir ki, dörd at tərəfindən çəkilən araba ( quadriga) məhz Helios tərəfindən ixtira olunmuşdur. Heliosun alovlu atlarına yunanca “Hippoi Helioi”, latınca isə “Equi Solis” deyilir. Heliosun bu alovlu atları Ovidius tərəfində belə səsləndirilir: Pyrois (alovlu), Eous, Aethon (yanan) və Phlegon (alovlu). Eosphoros yəni səhər ulduzu, hər səhər atları səyahətə hazırlayarmış və bu anda Horai adlanan ( dörd mövsümü təmsil edən) tanrıçalar atlara ambrosia içirdərlərmiş. Tanrıça Tethysdə günün qapılarını açırmış. Heliosu sarayında anası Theia ilə sarayın qapıçısı Hesperoslar qarşılayarlarmış. Həə Heliosun sadəcə atları yox, Thrinakia və  Erutheia adalarında inək və qoyun sürüləri də varmış. Thrinakia adası əfsanəvi bir adadır. Aha... Deməli Odissey cadugər Kirke, kor kahin Tiresiasın kölgəsi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, adada dincəlmək istəyən adamlarının xətrinə dəymir, hamısına deyir ki, ala sən öl vurun ki, inəklərə dəymiyəcəksiniz. Onlar da deyirlər ki, əgüb söööbətdi brat, söz verirlər və birlikdə adaya çıxırlar. Adamlar sözlərinin üstündə dururlar, di gəl ki, bir dənə külək qopur oralarda, əhli dənizçilər gəmilərinə qayıda bilmirlər. Ac qalan dənizçilər, əlacsız qalaraq Heliosun bir –iki inəyini kəsib, yeyirlər. Heliosun Nearia adlı Okeanid pərisindən doğulan qızları Lampetia/Lampetie (işıq, parıltı) ilə Phaethousa (parlaqlıq) adanın qoruyucularıymış və tezcə adada baş verənləri atalarının ovcuna qoyurlar. Heliosda birbaşa gedir Zevsin yanına ki, adam kişi olar, əəəəə. Paa Zevsin beyni çömmürmü, elə təzəcə dənizə açılan dənizçilərin təpəsinə qəşəng bir ildırım, dənizçilər bir başa Tartorosa gedir, Odisseydən başqa. Niyə daydayı var? Azca daydaylıq edirlər, belə ki, sağ çıxan Odissey cəzasını Kalypsonun Adası Ogygiadada çəkir və o adada 7 il yaşayır.
Heliosun müqəddəs heyvanları – ağ at, xoruz, bəzi qaynaqlara görə də canavar.
Müqəddəs bitkiləri –  qovaq və günəbaxandır.
İndi də Heliosun qarışdığı işlərdən danışaq.
Helios həm div (Gigantomakhia), həm də Titanlar müharibəsinə (Titanomakhia) qatılmışdır. Buradakı qəhrəmanlıqları Hefistosu müharibənin ortasında xilas etməkdən, bir də Kirke ilə bərabər bir divi öldürməkdən ibarətdir. Bundan başqa Persofone qaçırılanda da Helios bunu eşidir və Demeterə belə deyir: “Vaxt itirmə, çünki artıq qızını yox, Zevsin qardaşı Aidin özünə gəlin seçdiyi, üçüncü krallığın kraliçasını axtarırsan”. Hə bir də Afrodita Hefistosu Areslə aldadanda, eləmə tənbəllik qaçıb bunu Hefistosa yetişdirir. Orda da maraqlı tema yaşanır başqa vaxta qalsın.
Heliosla Poseydon Korintheyə kim ağalıq etməli üstündə sözləri çəp düşür, bunu da Briareos düzəldir və nəticədə Kornth boğazı və ətrafı Poseydona, şəhər mərkəzi isə Heliosa qalır.
Ölümlü və ölümsüz uşaqları
Ölümsüzlər: Lampetia ilə Phaethousa, Okeanid Klymeneden doğulan 7 qız (Heliades, Heliadlar) və Phaethon, Okeanid Perseisdən doğulma Kirke, Krete ya da Perseisdən doğulma Pasiphae, Okeanid Aiglədən doğulma lətafət pəriləri (Kharites, Graces), Klymene və ya Ketodan doğulan Astris, Gorgon Aix, Horai deyilən mövsüm tanrıçaları, bir də Strabona görə Tanrıça Afinada doğulma Rodos daimonları.
Ölümlülər: (nə?) Kolkhis kralı Aeetes, Kolkhis və Tauros kralı Perses, Heliadai adı verilən 7 Rodos kralı, Rodos şəhzadəsi Elektryone, Elis kralı Augeias, Korinth kralı Aloios, Andros hökmdarı Thersanon ( dünyada adam qalmadı).
Mənbə: Mifologiya kitabları və məqalələr toplusu.
#Zevs #Rodos #Helios #Selena #EOS # Ares # Demetre # Aid #Odyssey #Kalipso #Okeanid #YunanMifologiyasi #Titan #Div

четверг, 7 мая 2020 г.

EOS və sevgililəri

Keçən məqalədə Eosun lənətindən bəhs açıb, nəticəsində bir çox sevgililəri olduğu haqqında məlumat yazmışdıq. Bəziləri haqında geniş yazıb, bəzilərinin isə adlarını qeyd etmişdik. İndi isə sadəcə adlarını qeyd etdiklərimiz haqqında ətraflı yazacağıq.
mozaika üstündə  Kephalosu qaçırdan Eos motivi

Kephalos- Afinanın qurucularından oln Erechtheusun qızı Prokrislə evliykən, ova çıxdığı bir vaxt EOS tərəfindən qaçırılır. Bu qardaş namuslu bir kişi kimi əvvəllər EOS qarşı dirənir amma iş-işdən keçdiyini  görüb taleyi ilə barışır. Bu münasibətdən Phaethon ilə Hesperos ( axşma ulduzu, Venera planeti) yaranır. 8 il birlikdə olduqdan sonra Kephalos axır ki, evinə qayıdır, ancaq Proklis kişinin sədaqətinə inanmır. Bir gün yoldaşı yenə ova gedəndə, başlayır onu təqib etməyə. Elə onda fələyin silləsini yeyir. Belə ki, ov dalınca qaçan Kephalos elə bilir ki, gizlənən onun ovudur və onu nizəylə vurur. Son nəfəsini yoldaşının qollarında verən Proklis yoldaşından evliliklərinin üzərinə and içməsini istəyir ki, o bir də heç vaxt EOSun yanına getməyəcək ( arvadın hikkəsinə bax ey). Proklisi öldürən silah da, elə belə bir nizə deyilmiş, hədəfindən heç vaxt yayınmayan, ovsunlu bir nizədir. Burda bir mifik hekayə də var. Proklisin bir vaxtlar əfsanəvi bir heyvanı varmış. Bu heyvanın bacarığı isə heç vaxt ovunu əldən buraxmazmış. Adı Laelapsdır. Həmin bu it əfsanəvi Teumesios tülküsü tutmaq istəyərkən ölür. Ovunu heç vaxt əlindən qaçırtmayan it, heç vaxt tələyə düşməyən tülkünün arxasınca düşərkən ikisi də uduzur və daşa çevrilir. ( hekayəylə nə əlaqəsi var? Yazıblar. Mən də yazdım)Nəysə qayıdaq məsələyə. Arvadının ölümündən özünü günahlandıran Kephalos yaşadığı yeri tərk edib, uzağa Sisam ( Samos) adasına gedir. Məyus olmasına baxmayaraq yenə də ailə həyatı qurur, özüdə kiminlə? Boeotia ərazisindəki, Orkhomenos kralı Minyasın qızlarından biriylə ki, qaynaqlara görə adı Klymenedir. Bu evliliklə də Odysseusun babası Arkesios doğulmuş olur. Hekayənin sonunda Kephalos Proklisə qarşı keçirtdiyi vicdan əzabına görə özünü dənizə tullayıb, ölür.
Troya şəhzadəsi Tithonos Truva kralı Laomedonun Strymo adlı su pərisindən doğma oğludur. EOS bəyəndiyi Tithonosla, Ganymedesi Efiopiyaya qaçırdır. EOS Zevsdən sevgilisini ölümsüzlüyünü istəyir, o da Okay deyir və yaraşıqlı gəncimiz ölümsüz olur. Bunlar xoşbəxt həyat yaşayırlar amma ildən -ilə Tithonos qocalmağa başlayır, nə olsun ölümsüzdür. Bədən öz sözünü deyir. Bunu görən EOS buraxdığı səhvi anlayır. Sevgilisi üçün əbədi ölümsüzlük istərkən, sonsuz gənclik istəmək yadından çıxıb. Əlində sadəcə heç cürə ölə bilməyən, qocalıb, büzüşüb əldən düşən yaşlı bir insan qalır. Buna dözə bilməyən EOS sevgilisini bir çəyirtkəyə çevirir ki, hər gün səmada azad gəzsin.
François Lagrenee (1763) Eos və Tithonos

 Bu bədbəxtdən də iki övladı olur: Emathion və Efiopiyanın kralı olacaq Memnon. Memnon Troya ətrafında Axilleslə döyüşdə həlak olur. Eos oğlunun cəsədini Həbəşistana gətirmiş, göz yaşları tökərək əbədi yas tutmuş və Zevsdən xahiş etmişdir ki, onu Memnoidə çevirsin
Ona görə bir arzunuz olanda yüz ölçüb, bir biçin.

Kleitos –Bu sevgili haqqında elə də çox məlumat yoxdur. Lakin Kleitosun ulu babası, tarixçi Heredota görə Dionysosa ibadəti başladan adam olub, Argos kralı Melampousdur. Bu adam heyvanların dilini başa düşməklə yanaşı, qeybdən xəbər verirmiş. Bu bacarığını da misirlilərdən qazanmışdı. Kleitos EOS tərəfindən qaçırıldıqdan bir müddət sonra ölür və ona ölümsüzlük bəxş edilir. ( Tay noldu bu)
Orion üçün ayrıca məqalə həsr etmişik. Astrey haqqında da keçən məqalədə qısacıq məlumat vermişik.
#Orion #Zevs #EOS #Tithonos #Kephalos #Kleitos #Troya #Odissey

Şəfəq İlahəsi EOS

Evelyn de Morgan (1895) Eos

Yunan mifologiyasındakı Şəfəq İlahəsi Eos, günəş təmsilçisi Helios və ay İlahəsi Selena ilə birlikdə Hyperion və Theia adlı Titanların övladlarıdır. Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Qanadlı, başında tacla təsvir edilən EOS, bəzən də qızıldan düzəldilmiş at arabasını səmada sürərkən təqdim edilir. Deyilənə görə çox gözəlmiş. Dedi-qoduyaya görə bu, Müharibə Tanrısı Areslə birlikdə olduğuna görə cigəri yanmış Afrodita bunu qısqanır. Eləmə tənbəllik götürüb Eosu lənətləyir. Lənət də nə lənət. Afroditadan kimə xeyir gəlib ki, əlqərəz lənətə görə EOS yaraşıqlı kişilərə qarşısıalınmaz bir istək ( tövvvvvbə) və eşq duyarmış. Ta taaa beləliklə də Orion ( yadınızdadırsa yazmışdıq) Kleitos, Kephalos və Tithon ilə EOSun eşq macəraları olur. Ax bu paparazilər 
Guido Reni (1575-1642)  Ares və Eos

Bu canıyanmış lənətdən sonra daha aktiv bir həyat yaşayır. Belə ki, hətta sevgililərini qaçırdıb başqa yerdə öz eşqlərini davam etdirirlərmiş. 
Bu şəkildə EOS Kephalusu qaçırdır, hara? necə?
Bu Kephalus bir gün ova çıxır, özü də evlidi ey, nəysə oğlanı götürüb Suriyaya qaçırdır.( temadılar da ) Nəysə bu əlaqədən də "parıldayan" mənasına gələn Phaetron adında oğlu olur.
Bir gündə könlü Astreyaya qonur və ondan aşağıdakı oğlanları doğulur:
Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi), bir də çoban ulduzu dediyimiz Eosphoros ( İşığı gətirən) adlı qızı olur ki, Romalılar ona Lucifer deyir.
Bitdi? Əşi hara bitir? Lənət deyirəm ey sənə. Bu gözəl ilahənin ürəyini uzunmüddət məşğul edən biri olur. Bir fani. Troya şəhzadəsi Tithonos. Qızımız bunu da saraydan qaçırdıb Efiopiyaya aparır. Fani sevgilisini itirmək istəməyən EOS, Zevsə yalvarır. Zevs də Tithonosu ölümsüzləşdirir. Bunu da yazaq ki, EOS rəsmi Tithonosla evli olub.

 Jean-Baptiste Marie Pierre (1712-1789) Eos və Tithonos

"Gül barmaqlı" Şəfəq Okean sahilindəki evindən hər səhər günəş doğsun deyə səmaya qalxarmış. aaa bu arada mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Tay heş zad.
Romalılar bu gözəl ilahəyə Aurora deyirdilər.
Sevgililər çoxdur deyəsən onlara da ayrıca bir məqalə həsr edəcəyik. Hələlik ;) Afroditanın lənətindən uzaq olun.
#Zevs #EOS #Tithon #Hyperion #Theia #Ares #Astrey

Hekatenin müqəddəs heyvanları



Keçən məqaləmizdə qeyd etdik ki, Hekatenin bir neçə müqəddəs heyvanı var ki, onların da özünəməxsus hekayələri mövcuddur. Müqəddəs heyvanları çox olsa da, aralarından iki -üç heyvan haqqında mifik hekayə mövcuddur.
Porsuq: Porsuq haqqında iki hekayə qeydə alınıb. İlk hekayəyə görə Gale adında bir cadugər varmış və bu canıyanmış çox şəhvətpərəstmiş. Hekate buna o qədər əsəbləşirki, axırda onu bir porsuğa döndərir.
İkinci hekayə də isə deyilir ki, Heraklın anası Alkmenenin Galinthias adında bir rəfiqəsi var idi. O vaxtlar Alkmene Herakla hamiləymiş. Yadınızdadırsa demişdik ki, Prometey Zevsə bir sirr açmışdı. Bu sirr də gedib Heranın qulağına çatırmı. Adam aşını –işini bilməlidir deyib, başlayır həmişəki kimi öz planını qurmağa. Hera Alkmenin başına min oyun açır. Bütün tanrıçaları yığır Alkmenin başına ki, imkan verməyin bəs Herakl dünyaya gəlsin. Ağrımayan başına yaylıq bağlayan rəfiqəsi də buna dözmür gedib hamıya deyir ki, Zevsin nur kimi oğlu doğuldu. İlahələr şoka düşəndə Alkmenini bir neçə dəqiqəlik yaddan çıxardırlar və bu boşluqda Herakl dünyaya gəlir. Heranın cin təpəsinə vurur, eyni zamanda tanrıçalarında ki, sən insandakı hünərə bax, bizi aldatdı. Beləliklə Galinthiası porsuğa çevirirlər. Ayə niyə porsuq? Bəs keçmişdə porsuqların əcaib tərzdə bala dünyaya gətirdiyinə aid söz-söhbət gəzirmiş ona görə. Hekatenin də buna yazığı gəlir və onu özünün müqəddəs heyvanı elan edir.
İt: Hekatenin itlərlə,xüsusilə də dişi itlərlə əlaqəsini bu mifik əfsanəylə əlaqələndirirlər. Truva kralı Priamosun yoldaşı, kraliça Hekabe ( Hecuba) Truva döyüşündən sonra şəhər təslim olarkən uşaqlarını ölü tapır və səhərə qədər fəryad edərək ulayan dişi itə çevrilir. Bəzi əfsanələr  kraliçanın öləndən sonra itə çevrildiyini qeyd edir. Bu hadisədən sonra da Hekate iti öz yanına alır. Mifologiyada Hekatenin itini həm doğuşu təmsil etdiyini, həm də Ölülər ölkəsinə gedərkən rəhbər kimi təsvir edirlər.
İlan: Hekatenin heyvanlarından biri olan ilan, cadugərin “khthonia (yerin altından gələn) sifətini təmsil edir. Taxtda əyləşən təsvirlərində Hekatenin taxtının hər iki tərəfinə ilan təsvirləri işlənmişdir.
 Barbatus balığı- qırmızı rəngdə olub, yeri gələndə leş yeyən, adının mənalarından biri də  "qan içici" olan Barbatus Balığı Hekatenin qaranlıq üzlərindən birini təmsil edir.
Mənbə: Mitloji kitabları.

вторник, 5 мая 2020 г.

Hekate


Bu günlərdə Witcheri oxuyuruq. Birdən dedik ki, biz Hekate haqqında məlumat verməmişik. Belə, tanış olun qarşınızda ikinci nəsil Titan olan -Cadugərliyin, Ovsunların, ay, gecə, ruhların, yolqovşaqlarının tanrıçası Hekate və ya Hecate. Aşıq Hesiodosa görə Titan Perses ilə astrologiya və kihanətlə əlaqələndirilən Asterianın tək övladıdır Hekate.
Hekateni Artemidaya bənzədirlər və özünəməxsus əfsanəsi yoxdur. Bütün insanlığa xoşbəxtlik, idman oyunlarında da qələbə bəxş edərmiş. Gəncliyin simvollarından biri kimi çox məşhur idi. Vaxt keçdikcə, xüsusilə də xristianlıq dövründə Hekate Ovsun İlahəsi kimi təbliğ edilmişdir, hətta qaranlıq işlərin hamısını Hekatə ilə birləşdirmişdilər. Bu gün isə Hekate deyəndə Cadugərlik ağlımıza gəlir. ( hardaaaaaan, hara) Hekatenin məşəl gəzdirməsini, onun Ölülər ölkəsi və qaranlıqlarla əlaqəsi kimi yozublar. Apollonius Rhodius, Argonauticada Hekateni "Brimo" kimi çağırır. Brimo da gecələr əlində məşəllə gəzən yeraltı sakini ( nyktipolis khthonie) və ölülərin kraliçasıdır (anassa eneroi) və bu gecə gəzərkən ətrafında itlər uluyarmış.( Hekatə hər axşam masazırdadır deyəsən). Cadugər Medeanın ovsun gücü də Hekatedən gəlir. Belə ki, bir çox məşhur qəhrəmanlara kömək edən kahin Tiresias da Hekatə ilə mesajlaşırmış. Hə bir də deyirlər ki, cadugər Kirke və Aeetes ( bəlkə İgness də :D) bitkilərə aid hər şeyi Hekatedən öyrəniblərmiş. Bu qaynaqlarda yazılır ki, Kolkhis kralı Aeetes Hekatenin yoldaşı, Kirke də qızlarıymış
Necə təsvir edilir?
İki əlində məşəl tutan qadın kimi təsvir edilir, hətta geyimi ilə də Artemidaya bənzədilir. Heykəl sənətində yolqovşaqlarının ilahəsi kimi təsvir edilir. Necə? Üçlü formada "triple" və ya "trimorphos" kimi. Burda da bəzi inanışlar var, belə ki, Qədim Misir mədəniyyətinin təsir etdiyi Hermes Trismegistus inancındakı əntiq Yunan mətnlərində və ya Antikitenin ovsunlardan bəhs edən papiruslarında Hekate üç başlı olaraq təsvir edilir: İt, At və İlan. Bəzən də Qaban və inək başlarına sahib Hekatə təsvirləri də vardır.
Üç sifətli təsvirlərdə isə guya Hekate -Artemida -Selena üçlü şəklində təsvir ediliblərmiş. Day bu üç mövzusu haqqında nələr yoxdu ki, əli qələm tutab yazıb da. Deməli bu üçlü bu gün "gənc qız-ana- yaşlı qadın" kimi götürülür, bəziləri hilal, yarımay, bütöv ay kimi götürür, bəziləri isə üç ilahi krallığı təmsil etdiyini qeyd edir.
Ən qədim Hekate heykəllərində İlahə tək simalıdır. Pausanias ilk üç simalı Hekate heykəlini e.ə. V əsrdə memar Alkamenes tərəfindən düzəldildiyini deyir.
Hekatə ibadətinin ən vacib mərkəzlərdən biri qədim Lagina şəhəridir və ya kəndidir.
Zevs Hekateyə hər üç krallıqda ( Yeraltı, səma, su) hakimiyyət vermişdir. Aaa nöşün? Belə deyək də Titanlarla müharibədə Olimplilərin yanında olan tək -tük Titanlardan biri də Hekatə olmuşdur, buna görə də Zevs ona çoooox hörmət edir və "bacımsan nə istəyirsən edə bilərsən" azadlığını verir. Bundan başqa Divlərlə döyüşdə də Klytiosu məşəli ilə yandırıb öldürmüşdür ki, bu hərəkətilə də könülləri fəth etmişdir. Hə bir də Demeterin qızının tapılmasında köməklik edib. ( ayrıca məqalə həsr edəcəyik)
Hekatenin simvolları ikili məşəl, it, at, ilan, qaban, inək, porsuq ( off kitabda iyləndik də) və açarlardır. 
Həə yadımdan çıxmamış yazım ki, Scyllalar (Ulayan dəniz canavarları və Kerberus) Hekatenin soyundan gəlir.
Hekate Deipnonu
Hekateyə və ruhu rahatlığa qovuşmayan ölülərə Afinada ayda bir dəfə, aysız gecədə keçirilən yemək mərasiminə Deipnon ( günü ən möhtəşəm naharı, şam yeməyi) deyilir. Deipnon gecəsi  yeni ayın ilk günü hesab edilir və Noumenia (yeni ay) deyə adlandırılan bu gecədə, şam yandırılır, hər yerə çiçəklərdən hörülən çələnglər asılır və şərabla, çörəklə qeyd olunur. ( Coco animasiyasında bu mənzərini görə bilərsiniz) Noumenia gecəsindəki kiçik xətt kimi görünən ay Agathos Daimon yəni "yaxşı ruhlar" gecəsində hilal şəklində olur.
Bu gecəni keçirməkdə əsas məqsədlərdən biri də həm ev əhalisini şərdən təmizləmək, həm də intiqam almaq istəyən ruhları sakitləşdirməkdən ibarətdir. Hekate bu gecədə yerin altından çıxartdığı pis ruhlara çiy yumurta, soğan, sarımsaq, balıq və gecəyə məxsus bir çörək təqdim edir. Bundan başqa bəzi qaynaqlarda Romalıların hər ayın 29-nu, yunanlıların isə Avqustun 13-ü ilə 30 noyabrın arasındakı günlərini Hekateyə həsr edirlər. Hətta bir dənə sayt da var ki, ora daxil olub öz nəzrinizi də verə bilərsiniz.
http://www.neokoroi.org/
Roma mifologiyasında adı Triviadır.


суббота, 2 мая 2020 г.

Tenqu

Yapon mifologiyasında qırmızı sifətli, incə, uzun burunlu, yarı insan, yarı quş, qanadlı bir cinlə və ya kamiylə qarşılaşsanız bilin ki, siz hiyləgər, insanları aldadan bir dağ cini olan Tengu ilə qarşılaşmısınız. Qeyd etdik ki, sifəti qırmızı olur, yadda saxlayın ki, yaşıl, bəzən qara rəngdə də olur ki, uzun burnu və ya dimdiyi iti dişlərlə əhatələnir. Tengular insan və heyvan licminə girə bilirlər və ağızlarını tərpətmədən danışa bilir, qanadlarını açmadan bir yerdən başqa yerə uça bilirlər. ( tay denən bizim üç hərflilərdi də )
Tengunun bir neçə növü var:
1. Karasu (qarğa) tengu, Kotengu və ya kiçik tengu- Digər tengulara baxanda daha kiçikdir və üzü qarğaya bənzəyir.

2. Daitengu ( böyük) Tengu- İnsan licmində, qırmızı sifətli və burnu uzundur. Ayağında Geta, əlində isə quş tükündən hazırlanmış, yellədəndə fırtına yaradan ovsunlu bir yelpik olur.
3. Kurama tengu - Kurama dağının tengusudur.
Konoha Tengu, Yamabuşi Tengu, Konşa Tengu və ya Daitengu bunlar isə yuxarıdakıların daha çox insana bənzəyən qohumlarıdır.
Tenguların üstündə çox vaxt qılınc, bo (zopa) və s. əşyalar olur. Deməli yumurtadan çıxıb, dağlarda məskən salan, xüsusilə də Takao və Kurama dağları ilə əlaqələndirilən dağ cinləri- tengularda, elə ənənəvi Yaponiya cəmiyyətinə məxsus iyerarxiya ( təzə tanış oldum bu sözlə) yerləşməsi mövcuddur. Məsələn Karasu Tengu, Yamabuşi Tengunun xəbərçisi və xidmətçisidir. ( Pay atonnan haa)
Bu sistemin başında Kurama dağında yaşayan ağ saçlı Sojobo oturur. 
Bunlar nə yeyir, nə içir?
Yaponiya xalq yaradıcılığında deyilir ki, bəs bu tengular dağlarda gəzən insanları xüsusilə də kibrli və çox qürurlu Buddist rahibləri aldatmaqdan başqa uşaqları da oğurlayarlarmış. Nadir hallarda da insan yeyirlərmiş. Həə bir də kiminsə qızı, yoldaşı yoxa çıxıbsa, deyirlərmiş ki, Tengu oğurlayıb, özünə arvad edib. 
Bunlar tengudu da niyə o qədər silahları var?
Əvvəla deyim ki, Tengular ölümsüzdürlər və döyüş sənətlərində və qılınc istifadəsində də ustadırlar ki, Yaponiya folklorunda ən vacib döyüşçülərdən biri olan "Minamoto no Yoşitsune" qılınc oynatmağı tengu kralı Sojobodan öyrənmişdir.
Yaponca Tengu " Cənnət iti" mənasında olub Çin mifologiyasında Tien Kou "müqəddəs it" sözüylə əlaqələndirilir. A qadan alım bə bayaqdan deyirdin qarğa belə gəldi, qanad elə getdi. İt nəydi? Deyilənə görə Tien Kou eyni zamanda e.ə VI əsrdə Çinə düşən meteoridin də adıdır. Adı zamanla " dağıdıcı güc" deyə səslənməyə başlayıb. Bu da Çin və Koreyadan Yaponiya mədəniyyətinə təsir edən Buddizm vasitəsilə gəlib çıxmışdır. Cinin adı 720 ilinə aid sənədlərdə qeyd olunmuşdur.
Yaponiyada deyirlər ki, Tengunun burnunun uzunluğu ona görədir ki, onun kibrdən zəhləsi gedir. (Gəlsin bizim iş yerinə)
İkegava kəndində Tenguların şərəfinə hər il Noyabr və Dekabr ayları ərzində 400 illik bir ənənəyə sahib "İkegava Kagura" festivalı təşkil edilir.
festivaldan bir görüntü
Tengunun Yaponiya teatrında, incəsənətində, ədəbiyyatında xüsusi bir yeri var. Kökü Şinto və Buddizmə qədər gedib çıxır. Tengu bəzən Sarutahiko, Susano (Sasuke) və Karura adlı tanrılarla da əlaqələndirilir.
Bu yerdə Animedən yan keçmək əgüb olar. Bir çox tengu obrazları var. Birini də biz təqdim edək
dəli tengu deyir, maaşı qoy ortaya, get bu obrazı cosplay et
Mənbə: Özhan Öztürk, Dünya Mitolojisi
Di salamat qalın. Tengulara diqqət 😁
#Yaponiya #YaponiyaMifologiyası #Mifologiya #Tengu #Kurama #Dağ #İkegavafestivalı #Buddizm #Şinto #Sojobo #Tengu