Sobek qədim Misirdə Nil, məhsuldarlıq, cəsarət və timsah tanrısı idi. Qədim Misir torpağında Sobek ən çox hörmət edilən və ən çox qorxulan tanrı idi.
Sobek tez-tez Horus, Ra və Set kimi tanrılarla əlaqələndirilirdi. İnanclara görə timsah başlı tanrı kimi təsvir edilən Sobek davamçılarını pis ruhlardan qoruyurdu. Hətta Fironun ordusu döyüşdən əvvəl güc və cəsarət verməsi üçün Sobekə dua edirdilər.
Deyilənlərə görə Sobekin anası qədim müharibə ilahəsi Neyt, atası isə xaos tanrısı Setdir. Buna görə də bəzən Sobeki Setin elçisi kimi görür və ondan qorxurdular. Bundan başqa Sobekin Horusun oğlu olduğu deyilən mənbələr də var ki, misirlilər buna görə onu yaxşı bir tanrı kimi görürdülər.
Bəzi mənbələrə görə Nil çayını məhz Sobek yaratmışdır. Əgər Nil çayını Sobek yaradıbsa, deməli, çayın nə zaman qalxacağını, nə zaman enəcəyini də məhz Sobek bilirdi, çünki çaya o hökmranlıq edirdi. Nil çayı da Misir üçün həyat deməkdir. Məhz buna görə Sobekə məhsuldarlıq tanrısı kimi də sitayiş edirdilər. Nil təkcə bərəkət gətirirdi? Əlbəttə yox. Nil çayı timsahlarla dolu idi və bu da hər bir misirli üçün qorxu mənbəyi idi. Ona görə Sobekdən qorxurdular.
"Piramida mətnləri" və "Ölülər Kitabı" kimi qədim Misir mətnlərində Sobek timsah başlı insan kimi təsvir edilir. Bu təsvir Köhnə Krallıq dövründə daha çox yayılmışdır. Bəzi təsvirlərdə isə başdan ayağa timsah kimi təsvir edilir. Ancaq Orta Krallıq dövründə insanlar Sobeki tez-tez Ra və Horusla əlaqələndirməyə başlayır və beləliklə də Sobek -Ra görünüşü ortaya çıxır, başının üzərində günəş halqası ilə təsvir olunur. Eynilə Sobek -Horus təsvirləri də vardır.
Orta Krallıq dövründə Sobekin şöhrəti və ehtiramı ən yüksək həddə idi. O tez-tez Horusla birlikdə yad edilir. Çünki qədim misirlilərin belə bir inancı var idi ki, Sobek bir dəfə Horusun dörd oğlunu Nildə boğulmaqdan xilas edib.
OSİRİS VƏ SOBEK
Rəvayətə görə Set Osirisi parçalara ayırır və parçalanmış bədəni Nil çayına tullayır. Sobek Setin bədənini 14 hissəyə parçaladığını bilir və Nilə atılmış parçaları yeməyə davam edir. Bu murdar hərəkətinə görə Sobek tanrı məhkəməsinə çıxarılır və mühakimə olunur. Nəticədə günahlandırılır və cəza olaraq da dili kəsilir. Buna görə də təsvirlərdə Sobek dilsiz göstərilir.
Sobek Köhnə Krallıq dövründə (e.ə 26 - e.ə 21) yarandı və Misirin Şedyet şəhərində çox məşhur idi. Qədim yunanlılar bu şəhəri Shedyet yəni "Timsah şəhəri" kimi tərcümə edirdilər. Ona görə də Sobekin kult şəhəri Krokodolpolis idi. Məhz güman edilir ki, bu şəhərdə Sobekin şərəfinə nəhəng məbəd ucaltmışdılar. Məbədin yaxınlığındakı gölməçədə isə timsah saxlayırdılar. Məbədin timsahı "Sobekin oğlu" və ya "Petsuços" (Petsuchos) kimi hörmətlə qarşılanırdı. Timsahla kral kimi rəftar edirdilər. Ən yaxşı yemək və ətla qidalanır, hətta Sobekdən qorunmaq ümidi ilə qurban da kəsirdilər. Məbədin timsahı öldükdən sonra mumyalanır və yerinə başqa bir timsah qoyurdular. Məşhur yunan tarixçisi Herodotun yazdığına görə qədim misirlilər inanırdılar ki, bir timsahın əlində ölmək, ölümdən sonrakı həyatda ilahi bir məkanda olacaqlarına zəmanət idi. ( Tay heş zad)
Sobekim simvolu timsahdır. Ona görə də Misirdə timsahlarla əlaqəli hər şey ya qorxu, ya da hörmətlə qarşılanırdı.
Sobekin həyat yoldaşı isə ilanlar ilahəsi Renenutet idi. Bu ilahəyə məhsulların keşikçisi kimi baxır və hörmət edirdilər. Mənbələrə görə bu cütlüyün ay və zaman tanrısı olan Xonsu adlı uşaqları var.
SOBEK HAQQINDA ƏLAVƏ MƏLUMATLAR
Deməli, Misirin ilk fironlarından sayılan Firon Hor-Aha Sobekin dindar davamçısı idi. Belə ki, firon Faiyumda tanrının şərəfinə bir neçə məbəd tikdirmişdir.
Orta Krallıq dövründə Sobek Horusun 3 şagirdindən biri kimi təsvir edilirdi. Horusun Triadası.
Sobekə sitayiş və pərəstiş 12-ci sülalə fironları I Amenemhat və I Senusretin dövründə pik həddə çatmışdır. III Amenemhat tez -tez "Şedetli Sobekin sevgilisi" adlandırılırdı. Firon Sobekneferu- Misirin ilk qadını fironuna Sobekin şərəfinə bir ad verilir. Adının mənası isə "Sobekin gözəlliyi" deməkdir.
Orta Krallıq və Yeni Krallıq dövründə inanılırdı ki, fironlar güclərini Sobekdən alırlar.
Sobekin dini mərkəzi Krokodopolis idi. Bura indi Faiyum şəhəridir. Qahirənin yüz kilometr cənub-qərbində yerləşir.
Sobekin başqa məşhur dini mərkəzi isə Kom Ombo idi.
Qədimdə misirlilər nə qədər qorxulu olsa da evlərində timsah saxlayırdılar və düşünürdülər ki, bu timsah evlərinə xeyir gətirəcək və özlərini, təsərüfatlarını pis ruhlardan və pis insanlardan qoruyacaqdır.
Sobek çox xeyirxah, güclü, cəsarətli bir tanrı idi. Bunu misal olaraq Horusun övladlarını xilas etmişdir. Eyni zamanda çox yırtıcı bir heyvandır və tanrı olmasına baxmayaraq bu heyvani hissindən əl çəkə bilmir. Buna misal olaraq Osirisin parçalanmış bədənini yeməyini göstərirlər.
Qədim misirlilər dəfn olunarkən yanlarına həm körpə, həm də yetişkin timsah mumyaları qoyurdular, hətta obiri dünyada Sobekə layiq olmaq üçün timsah yumurtalarını və embrionunu ölü timsahlarla birlikdə basdırırdılar.
Mənbə: Myths and Facts about Seth
#mifologiya #mythology #misir #misirmifologiyası #Egypt #tanrı #ilahə #Sobek #timsah #timsahtanrısı #ilanilahəsi #ilan #Krokodopolis #şəhər #kultmərkəzi #firon #Horus #Ra #Faiyum #Shedyet #Crocodopolis #set #Seth #Nilçayı #çay #Nil #Osiris #Triada #Renenutet #Xonsu #zamantanrısı #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий