четверг, 24 сентября 2020 г.

EŞQ VƏ EVLİLİK TANRISI- YUE LAO (ÇİN MİFOLOGİYASI)


    Çin mifologiyasında Yue Lao ( 月老 ) və ya Yue Xia Lao Ren (月下老人) olaraq da yad edilən, ay işığında insanlara görünən -Eşq və Evlilik tanrısıdır. Hərfi tərcüməsi "Ayın altındakı yaşlı adam" deməkdir.
    Uzun ağ saqqallı, sarı rəngdə imperatorluq cübbəsi geyinən və mehriban bir adam kimi təsvir edilən Yue Lao yanında həmişə cütlükləri bağlamaq üçün qırmızı ip gəzdirir.
    Əfsanəyə görə Tanq xanədanlığı zamanında Wei Gu adında bir gənc məyus-məyus küçədə gəzirmiş, o qədər gəzir ki, gedib digər bir şəhərə çatır və gecənin qaranlığında bir qocanın kitab oxuduğunu görür. Yaxınlaşdıqca kitabda yazılanları başa düşmədiyini görüb qocadan soruşur ki, bəs kitab hansı dildə yazılıb ki, mən heç nə başa düşə bilmədim. Qoca da cavabında bildirir ki, kitaba axırıncı evlilikləri və nişanları qeyd edir. Elə bu vaxt küçədən bir qoca nənə nəvəsi ilə keçirmiş yaşlı adam onlara baxır və deyir ki, bax o balaca qız gələcəkdə sənin yoldaşın olacaq. Wei Gu adamın sarsaqladığını düşünür və yerdən bir daş götürərək qızı alnının ortasından vurur. Aradan uzun illər keçsə də Wei Gu həmin gecə baş verənləri yaddan çıxartmır. Gecə-gündüz işləyərək Xiangzhounun rəhbərliyində hökumətdə sözü keçən bir rəhbər olur. Bir müddət qubernator üçün işlədikdən sonra mükafatlandırılır, bu mükafat həm də xeyirxah işlərlə məşğul olduğuna görə də təqdim edilir. Beləliklə Wei Gu qubernatorun gözəl, tərbiyəli, təhsilli qızı ilə evlənir. Toy gecəsində səbəbkar görür ki, qız alnındakı bandı çıxartmaq istəmir və inad edir ki, onu çıxartsın. Bandı çıxartdıqdan sonra Wei Gu görür ki, qızın alnında bir yara izi var. Elə o andaca keçmişi xatırlayır və bütün əhvalatı yoldaşına danışır və diz çökərək ondan üzr istəyir. Qız da Wei Gunu bağışlayır. Beləliklə də bu əhvalat bütün Çinə yayılır.


    Yue Lao həm də eşq tanrısı idi. Bu tanrıya dua etdikdən sonra biləklərinə qırmızı bir ip bağlayırlar.

Mənbə: Orta Ülke

#Çin #mifologiya #çinmifologiyası #eşqtanrısı #evliliktanrısı #YueLao #yaşlıadam #hekayə #əfsanə #ARQONAVTLAR

вторник, 22 сентября 2020 г.

TOT ( Misir mifologiyası)


    Tot ( Tehuty, Djehuty, Tahuti, Zehuti, Techu, Tetu) Misir tanrılarından biridir. Misirdə çox sevilən bir tanrı olduğu üçün haqqında  xeyli rəvayətlər vardır. Belə ki, bəzi rəvayətlərə görə Tot Radan bir yumurta düzəldib və ondan yaranıb, bəzilərinə görə isə özü-özünü yaradıb.

    Əvvəllər ay və günəş Horusun sağ və sol gözü kimi düşünülürdü. Əfsanəyə görə Horusun sol gözü yəni Ay Seth ilə döyüşdə çıxardılmışdı ki, bunu da Tot bərpa etmişdi. Ümumiyyətlə misirlilər ay deyəndə Totu nəzərdə tuturlar çünki hilal şəklindəki ay ibis quşunun dimdiyinə bənzəyir.

    Tot yazı, tibb, sehrbazlığı və müdrikliyi təmsil edir. Musiqi icad ediləndən sonra daha çox sevilib və ilahə Hathor ilə əlaqələndirilib. Müdrik tanrı katiblərin və yazılı mətnlərin də qoruyucusudur. Ona görə də yazıçılar günə bir damla mürəkkəb axıtmaqla ( Totu şərəfləndirmək üçün) başlayırdılar. Maatın yanında ölülərin qərarlarını qeyd edən katib vəzifəsində olmuşdur. "Tərəzilərin sahibi", "Tarazlıq Tanrısı", " Tarazlığın Ustası" kimi ləqəblər verilmişdi. Tot yoldaşı Seşatın köməkliyi ilə tanrılar kitabxanasını qorumuşdur. Tanrıların da katibi olduğuna görə " İlahi bədənlərin sahibi", " Tanrılar Birliyi Katibi", " Ranın səsi", "Ranın məsləhətçisi" kimi  tanınmışdır. Ranın gecə səfərlərində günəş qayığında əyləşirdi. Yerin altında isə "Mağaraların Ərazisi"ni qeyd edər, günahkarlara cəza verib, digər dünyada isə Ranı təmsil edərdi. Buna görə də yoldaşlarından biri də Maat olmuşdur. 

    Deyilənə görə "Ölülər kitabı" və " Nəfəslər kitabı"ndakı ovusunların yazarı Totdur. Bu tanrıya "Həm insan, həm tanrı" titulu verilmişdir. Misir mifologiyasının vacib kitablarından biri də  "Totun kitabı"dır. ( Bu kitaba ayrıca məqalə həsr edəcəyik.) Bu kitaba tanrı kainatın bütün sirrlərini yazmışdır. 

    Çox böyük sehrbaz olan Tot zəkasını Osiris və İsisə kömək etmək üçün istifadə edir. Horusu taxtın varisi kimi qəbul edib, bu döyüşdə hər zaman Horusun yanında olmuşdur. Bundan başqa Anubisə kömək edərək ilk mumyalama ritualını həyata keçirtmişdir.

    Bütün bunlarla yanaşı Tot eyni zamanda 365 günlük təqvimin yaradıcısı idi. Belə bir dənə də rəvayət vardır ki. 360 gün olan təqvimə 5 gün əlavə etmək üçün Ay ilə qumar oynayıb, qalib gəlmişdir. Bu oyunda ilahə Nut da kömək etmişdir. Belə ki, Nut yoldaşı və ya oğlu Gebə hamiləydi, ancaq Ra təqvimdən ona gün vermədi ki, doğum həyata keçsin. Toth Aydan bir hissə qazandı, hardasa 1/72. Bu da 5 günə bərabər olurdu. Beləliklə Nut bu 5 günü Tota verir və bu günlər Osiris, Horus, İsis, Seth, Netpthtys üçün doğum günü olur. 

 Totun bu sahədə olan ləqəbləri: "Ulduzların, dünyanın və göylərin hesablayıcısı", "Zaman və Fəsilləri hesablayan", "Göyləri ölçən və dünyanı planlayan".

    Bütün bunlarla yanaşı Tot çox gözəl natiq idi. Qədim bir rəvayətə görə Ra Tot və Şunu "Ranın Gözü"nü geri qaytarmaqları üçün onun arxasınca göndərir. Başqa bir rəvayətə görə isə su Misirdən gedir və hər yerdə qıtlıq başlayır. Nubya da fürsətdən istifadə edərək insanları öldürür. Bu zaman Ra və Şu pavian ( meymun növüdür) licminə girərək ilahəni axtarmağa başlayırlar. Onu tapırlar, lakin nə qədər dil töksələr də ilahə geri qayıtmaq istəmir. Tot da axırda deyir ki, əgər geri qayıtsa onun şərəfinə gözəl bir şənlik təşkil edəcəkdir.  İlahə nəhayət razılaşır və musiqiçilər, rəqqaslar və pavianların müşaiyəti ilə şəhər -şəhər gəzərək gəlib Nil çayına çatırlar. Su geri qayıdır və Misirdə yenidən bolluq günləri davam etməyə başlayır.

    Seşatla Totun Hornub adında uşaqları olub. Hermopolisdə yoldaşı Nehmauit idi. Ondan da Neferhor adında övladı olub. Yerin altında olarkən Maatın da yoldaşı olmuşdur. Bəzən Astennunun ortağı olmuşdur ki, vaxt keçdikcə Astennu Totun bir hissəsi oldu. 

    Çox vaxt ibis başlı kişi kimi təsvir edilir. Bəzi təsvirlərdə başında yarım ay görə bilərik. Bəzi təsvirlərdə isə Totu Atef tacında, Yuxarı və aşağı Misirin ikili tacında  görə bilərik. "Ranın səsi"olaraq hərəkət edəndə "Ranın Gözü"nü taxırdı. Bir də pavian kimi təsvir edilir və deyilənə görə bu meymun gecə heyvanıdır və səhərdən axşama qədər günəşlə çənə döyür.


 


    Tota ilk ibadət e.ə 6000-3150 aşağı Misirdə başlayıb, son xanədanlıq dövrünə qədər davam etmişdir. 

    Yunanlılar Totu Hermes olaraq düşünürlər. İki tanrını birləşdirib Hermes Trismegistus-"üç dəfə böyük" kimi, Khnum şəhərini də Hermopolis kimi adlandırıblar. 

    James Churchwarda görə Tot- Mu və Atlantika dövründə təktanrılı dini Misirə gətirən Atlantikalı bir müdrik olmuşdur. Hermes -Totdan Tövratda Enok (Hanok) Peyğəmbər, Quranda isə İdris peyğəmbər olaraq bilinir. 

Mənbə: http://www.tarihpedia.com/misir_tanrilar_thot/

#Misir #misirmifologiyası #mifologiya #müdrik #Tot #Toth #Seshat #Seşat #Shu #Şu #Nut #Hathor #RanınGözü #Ranınsəsi #Ra #Osiris #İsis #Horus #Seth #Anubis #təqvim #mumyalama #Maat #Tarazlayıcı #İbisquşu #hilal #ay #günəş #katib #mürəkkəb #yazar #babun #pavian

воскресенье, 20 сентября 2020 г.

SEDNA- SU İLAHƏSİ. ( Eskimos mifologiyası)

 

Eskimos və ya İnuit mifologiyası deyiləndə ağla ilk gələn ilahə Sednadır. Dənizlərin həm qəzəbi, həm də anası olan Sedna yaşadıqlarından sonra olduqca hiddətlidir. Sedna haqqında fərqli rəvayətlər var.

1. Sedna əvvəllər ölümlü bir insan olmuşdur. Atası onu zorla bir balıqçı ilə evləndirir. Yoldaşının yanına çatanda görür ki, əri insan görkəmində bir qarğadır. Qorxaraq atasının yanına qayıdır. Kişi isə istəməyərək də olsa qızınının yenidən qayığa minməsinə icazə verir.  Vəziyyət belə olanda da qarğa onları təqib edərək hücum edir və nəticədə Sedna dənizə düşür. Dənizdə boğulmamaq üçün çırpınan və xilas olmaq üçün tutmağa bir şey axtaran Sednanın əlləri atasının qayığından yapışır. Elə o an da qızını istəməyən ata qayçı ilə Sednanın barmaqlarını kəsir. Beləliklə də Sedna fəryad edərək dənizdə boğulur və sulara qərq olur. Dərinlərə batdıqca da bir ruha çevrilir. Çevrilmə vaxtı atasının kəsdiyi barmaqlar da su itlərinə və balinalara çevrilirlər. Adlivun deyə bilinən yer altı dünyasında hökmranlıq etməyə başlayan Sedna başına gələnlərə görə çox qəzəbli olur. Ay məkanı və Adlivuna gedəcək ruhları yola hazırlayır. Belə ki, bu ruhlar rahatlığın və xoşbəxtliyin hökm sürdüyü Ay məkanına getməzdən əvvəl Adlivun adlanan yerə gedərək öz günahlarından təmizlənirlər.

2. Rəvayətə görə Sedna o qədər gözəlmiş ki, ətrafda ona könül verməyən, evlənmə təklifi etməyən qalmayıbmış. Bu da onları süründürməkdən həzz alırmış. Bir gün Sedna yaraşıqlı bir ovçuya vurulur və atasından xəbərsiz bu oğlanla qaçır. Xoşbəxt günlər çox davam etmir. Çünki yoldaşı gündüzlər insan, gecələr də bir  böyük quş olurmuş. Bundan xəbər tutanda qorxusundan nə edəcəyini bilməyən Sednanın eşqi nifrətə çevrilir və hər gecə ağlamağa başlayır.  Bir gün yenə ağlayarkən uzaqlardan onu axtaran atasının səsini eşidir və qaçıb atasına sığınır. Ata qızını qayığa mindirib  və ordan uzaqlaşmağa başlayanda çox güclü bir qasırğa qopur. Dalğalardan səs gəlir:

- "Sednanı bizə ver!"

Atası da: 

-"Yox verə bilmərəm" deyir.

Çox getmirlər ki, atası qayığın çevriləcəyindən qorxur, ona görə də qızını götürüb dənizə atır. Sedna qayıqdan tutanda da qayçı ilə qızının barmaqlarını kəsir. Sedna dənizdə batır. Qasırğa sakitləşir. 

Həyatını peşmançılıqla davam etdirən ata balıq tutarkən, dalğalar qayıqla birlikdə onu suyun dibinə aparır və bu anda üzünə gülən qızını görür  ovçu yoldaşı ilə birlikdə. Atasını bağışladığını deyən Sedna  ona öz ölkəsində yaşamağı üçün bir yer verir.

Versiyalar çox olsa da  qayığa mindiyi və barmaqlarının kəsildiyi bütün rəvayətlərində mövcuddur.

Mənbə: Sanat karavanı, Din ve mitoloji.

https://en.wikipedia.org/wiki/Sedna_(mythology)

#Sedna #tanrı #ilahə #Eskimosmifologiyası #İnuitmifologiyası #mifologiya #İnuit #Eskimoslar #Azərbaycandili #dəniz #balina #suiti #dənizilahəsi #qarğa #Adlivun #Ayməkanı

XARIBÜLBÜL ( Azərbaycan mifologiyası)

Xarı-bülbül

Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşada belə bir gül var, adına xarı -bülbül deyirlər. Rəvayətə görə bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün qarşısında alçaltmaq imiş.

Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə aləmi tozanaq bürüyər, bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şaxbudaq eləyib yerlə -yeksan edərmiş.

Həmin gün də külək var qüvvəsilə əsirdi, nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:

-Ay zərif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?

Gül inamla cavab verdi:

-Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o, heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.

-Baxarıq!...Sən məhəbbətini sına, mən də gücümü...

Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər hamı ona baş əyirdi, gül isə əyilmirdi. Lakin onun da müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bülbül yanında olsaydı...

    Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü qarşısında ikiqat əyəcəkdi. Bu vaxt bülbül özünü gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün azacıq əyilən qamətini düzəldir. Ancaq gülün xarı -tikanı onun sinəsinə sancılır. Bülbül məhv olursa da, geri çəkilib gülü əyilməyə qoymur. Özünü məhəbbəti uğrunda fəda edən bülbülün canı gülün ləçəyinə hopur. Gülün adı xarı -bülbül qalır. Gülün bir ləçəyi üstə elə bil bülbül yatıb.


Mənbə: Əfsanələr kitabı.

#Azərbaycan #Azərbaycanmifologiyası #mifologiya #Şuşa #xarıbülbül #bülbül #gül #bitkininmifikhekəyəsi #ARQONAVTLAR 


ZEVS və sevgilisi İO

 İo yunan mifologiyasında çay tanrısı İnakhosun qızı və Hera məbədinin rahibəsidir. Günlərin bir günü Zevs bu gözəl rahibəyə vurulsa da rahibə onu rədd edir. ( Ay bala heç olmasa arvadının rahibəsinə tamah salma da) Vəziyyət belə olanda da Zevs qızın yuxularında onu narahat etməyə başlayır. Bu hadisəni İonun kral atası bir kahinə danışır və ondan məsləhət istəyir. Gözünə döndüyüm kahin də deyir: “Kral, ya ölkən, ya da qızın!” Övlad sevgisini vecinə almayan ata, qızını ölkədən qovur. Bunu görə Zevsin İoya ürəyi ağrıyır və ona yaxınlaşmağa çalışır. Yoldaşından şübhələnməyə başlayan Hera da Zevsin yanına gəlir. Zevs İonu qorumaq üçün onu bir öküzə döndərir və and içir ki, bəs vallah, billah mənimlə bu öküz arasında heç nə yoxdur. Hera da özünü bilməməzliyə vurur və öküzü Zevsdən istəyir. Şorgöz tanrımız da ha istəyir mövzunu fırlatsın ( sən Heraya gələ bilərsən?) görür ki, fırlada bilmir məcbur qalıb, öküzü Heraya verir. Hera da qızı Zevsdən uzaq saxlamaq istəyir və qərara gəlir ki, Argos Panoptis adlı yüz gözlü məxluqun yanına qoysun. Yazıq öküz ağaca bağlanır və Argos da bütün günü ona baxır. Yatanda belə 50 gözü yumulu, 50 gözü isə açıq qalırdı. Zevs də bilmir nə etsin, Hermesi çağırır ki, bu məsələni həll etsin. Hermes çoban licminə girərək Arqosun yaxınlığına gəlir və qavalını çalaraq 100 gözün yumulmasına səbəb olur və İonu ordan qaçırdır. Hera bu hadisəyə çox əsəbləşib, Arqosun gözlərini çıxartdırıb, tovuzquşunun lələklərinə taxır. Elə bu? Yox əşi. Hera xanım İonu narahat etməsi üçün bir milçək göndərir. Milçəkdən qaçan İo bir boğazı keçir ki, sonra bu yerə “Bosporus” yəni “ öküz keçidi” adı verilir. Bu yer hal-hazırda məşhur İstanbul boğazıdır. Nə isə. Buralardan keçən İo Prometey ilə qarşılaşır. Qafqaz dağlarına zəncirlənmiş olan Prometey o halıyla belə İoyaya gələcəkdə insan licminə qayıdacağını və soyundan Herakl kimi qəhrəmanın doğulacağını deyir. Prometeyin yanından ayrılan öküz Misirə gedir və orada Zevs tərəfindən insan licminə qayıdaraq Misir kralı Telegonus ilə evlənir.

Bir başqa rəvayətə görə isə İo Misirə gedəndə Hera il Zevs razılığa gəlirlər. Belə ki, Zevs bir də İoya yaxınlaşmayacağını. ancaq onun Zevsdən bir oğlana hamilə qalacağını deyir və Hera da bu şərti qəbul edir. Beləliklə Hera İonu hamilə olaraq insana çevirir. Epophus adında oğlu ilə Misirdə qalarkən xalq arasında söz-söhbət yayılır ki, bəs deməzsən bu ikisi tanrı soyundan gəlib. İoya İsis, Epophusa Apep kimi ibadət etməyə başlayırlar. Epophus ögey atası Telegonusdan sonra Misirin kralı olur və Nil çayının qızı Memfis ilə evlənir, Liviya adında da bir qızları olur.


Yupiterin vulkanlarıyla məşhur peyki İo. Qalileo Qaliley tərəfindən 1610-cu ildə kəşf edilən Yupiterin 4 böyük peykindən biridir.

Qeyd: Orijinal adları qeyd etmişik.

Mənbə: Arsız Sanat.

пятница, 18 сентября 2020 г.

BALDER ( German-Skandinav mifologiyası)

 


Balder Odin ilə Friggin oğlu, ilahə Nannanın yoldaşı, tanrı Forsetin atası olub, döyüşçü olmayan tək tanrı idi. Bu tanrı fövqəltəbii gözəlliyə sahib idi. Həm insanlar, həm də tanrılar tərəfindən çox sevilən Balder işığın, saflığın, sülhün tanrısı idi. Bundan başqa tanrının Hringham adında çox böyük bir gəmisi, Breidablik adında da bir sarayı var idi. Onu da qeyd edək ki, Balder Aesirlidir.

Bir gün yuxusunda öldüyünü görən Balderin əhvalı pozulur. ( Yuxunu görən mənbədən mənbəyə dəyişir: Odin, Balderin oğlu, anası). Çünki Balderin yuxuları hər zaman çin çıxırdı. Bundan xəbər tutan Odin yuxunun həqiqiliyini yoxlamaq üçün tanrı Helin ( cəhənnəm kraliçası) yanına gedir. Gedəcəyi yerə çatanda axtardığı cavabı görür. Belə ki, artıq Ölülər ölkəsində Balder üçün hazırlıq görülürdü. Baş verənləri yoldaşı Friggə danışanda qadın bir çarə axtarır və ana ürəyi bu çarəni tapır. Frigg kainatda canlı, cansız hər şeyə Balderə zərər verməyəcəkləri üzərinə and içdirir. Dünyada sadəcə bir adada bitən balaca öksəotu yaddan çıxır. O da bəzilərinə görə Frigg onun zərərsiz olduğunu, balaca bir bitkinin önəmsiz olduğunu bildirərək and içdirmir ya da qısaca adaya getməyə ərinir. Bundan sonra heç bir yerinə zərər gəlməyən Balderin bədənində dostları məşq edirlər. Qılınc, nizə, daş əllərinə nə keçirsə Balderin bədəninə atırlar ancaq tanrının ruhu belə incimir. Hamının əhvalı yerində olanda qurumsaq Loki mövzudan xəbər tutur. Bir söz-söhbətə görə də bəs bu Frigglə söhbət edir, qadın da bilmədən ağzından qaçırdır ki, bəs deməzsən öksəotuna and içdirməmişəm. Paa lələmin kefi kökəlir. Belə ki, Loki gedib çətinliklə də olsa adanı və həmin bitkini tapır və ondan bir zəhər hazırlayır. Sonra oxun ucunu zəhərə batıraraq Balderin kor qardaşı Hoda verir və oxu atmağına kömək edir. Ox Balderin ürəyinə dəyir və ordaca keçinir. 

Bütün dünya yasa qərq olunur. Yenə bəzi mənbələrə görə Odin, bəzilərinə görə isə Frigg deyir:

"Hamımızın işığı, zəkanın qaynağı Balderimiz öldü, ancaq onu qaytarmaq üçün Niflheimə gedib Helə yalvara bilərik. Əgər Hell onu geri aparmağımıza icazə versə, werglid də ödəməyə hazırıq."

Qəhrəman Hermod qışqıraraq cavab verir: " Qardaşım üçün ölülər ölkəsinə getməyə hazıram. Buna əmin ola bilərsiniz ki, Balder öz işığı ilə bizi yenidən nura qərq edəcək. Söz verirəm!"  

Min bir əziyyətlə Niflheimə gələn Hermod Hellə hər şeyi danışır. O da deyir: " əgər bütün kainat onun üçün ağlasa onda Balder Asgarda qayıda bilər."

 Hermond sevincək Asgarda qayıdıb, xəbəri çatdırır. El-aləmə səs salırlar. Ağlamağa hamı ağlayır, lakin bir div qadın Thokkun qatır inadı tutur, nə qədər dil töksələr də ağlamır. O da deyirlər ki, Lokiymiş, sadəcə licmini dəyişibmiş. Əlqərəz Balder Ölülər ölkəsinə gedir. Tanrı dəfn olunarkən yoldaşı Nanna da kədərindən vəfat edir və ikisini Balderin gəmisinə qoyurlar. Odin oğlunun üzərinə əyilərək qulağına bir şey pıçıldayır və əlindəki üzük Draupniri çıxardıb sinəsinin üstünə qoyur. Gəmini itələmək üçün div Hyrrokkibdən kömək istəyirlər və canavarının üzərində gəminin yanına gələn div, gəmini dənizə tullayır.

İnanışa görə Raqnarokdan sonra dünya öz külündən doğulacaq, o zaman Balder yenidən həyata qayıdacaq.

Bəs canı yanmış Lokinin axırı necə oldu?

Tanrılar onu tutub, yaxşıca əzişdirirlər və ardı Loki məqaləsində qeyd olunacaq.

Hələlik ;) 


#Balder #Bald #Baldur #Odin #Frigg #Hermod #Draupnir #Thokk #Hell #Niflheim #Ragnarok #Hyrrokky #Loki #öksəotu #mifologoya #germanskandinav #skandinavmifologiyası #Hringham #tanrı #Asgard #Aesir

среда, 9 сентября 2020 г.

Kral Midas

 


Əgər Rik Riordanın "Apollonun vəzifələri" kitablarını oxuyursunuzsa, milyon faiz Kral Midasla da tanış olmusunuz. Az aşın duzu olmayan Apollon və ondan geri qalmayan Midasın mifologiya qarışıq həyəcan verici əhvalatlarını oxumaq da ayrı bir ləzzət edir. Hətta bu silsilənin "The last Hero" kitabında Midas demişdir:

"Hökumətlər məhv olar. Ölülər dirilər. Nəhənglər Olimpə hücum edər, ancaq qızıl hər zaman dəyərini qoruyar!"

Kimdir bu Midas?

Bir gün Frikya kralı Gordios ölür. Hamı yasdadır, məmurlar təlaş içərisindədir çünki Gordios bir mirasçı təyin etməmişdi. Nə edək, necə edək deyən məmurlar qərara gəlirlər ki, getsinlər kahinin yanına. Kahin də gözünə döndüyüm deyir ki, bəs şəhərə arabasıyla daxil olan ilk adam bu ölkənin kralı olacaqdır və ta taaaa kasıb ailədən olan, xəstə anası və meşədə işləyən atası ilə günlərdir yol gələn Midas şəhərə daxil olur. Beləliklə tarixdə Frikyanın ən tanınmış 2 kralından biri Midas kral elan edilir. Frikya kralları ya Gordios, ya da Midas olaraq yad edilirdi. Onu da deyək ki, kral Midasın zamanında Frikya çiçəklənmə dövrü keçirdir. Bol-bərəkətli, güclü bir dövlətə çevrilir.

Toxunduğum hər şey qızıla çevrilsin.

Deməli, bir gün Dionisin çox istədiyi Silenos ( qoca satirlərə verilən addır ki, bu satir yaşlı bir musiqi ustasıdır) bəzi qaynaqlara görə meşədə, bəzilərinə görə isə Midasın gül baxçalarında yuxuya gedir. Bunu tapıb Midasın yanına gətirirlər və kral da onu necə deyərlər krallara layiq qarşılayır. Bir neçə müddət sarayda qalan Silenosun xətrinə heç kim dəymir, yediyi önündə, yemədiyi arxasında olur. Bu Dionisin qulağına çatır və Silenosun arxasınca Midasın sarayına gəlir. Dionis: "Bu yaxşılığının qarşılığında məndən nə istəyirsən?" deyir və

Midas: "Toxunduğum hər şey qızıla çevrilsin ki, çox zəngin olum" cavabını verir.

Dionis də bu istəyi yerinə yetirir. Midas çox sevinclidir. Əlini nəyə vurursa o dəqiqə qızıla çevrilir vəəə axşam düşür, ac mədə yemək istəyir. Əhvalı yerində, zəngin süfrəyə əyləşib, ağzına bir qismət yemək aparanda görür ki, yemək qızıla çevrilib. Həsrətlə yeməklərə baxır, ancaq heç nə edə bilmir. Bu belə davam edir ki, ta ki, çox istədiyi qızını qucaqlayana qədər. Övladının qızıla döndüyünü görən Midas Dionisə bu bəladan azad olması üçün yalvarır. O da cavabında Paktalos çayında çimməyini məsləhət görür. Şərab tanrısının sözünü yerə salmayaraq çayda çimən Midas bu istəkdən azad olur. Onu da qeyd edək ki, bu hadisədən sonra o çayda qızıl tapılıb və bunu da Midasın hadisəsi ilə əlaqələndiriblər.

Bu kral Midasın daxil olduğu məşhur rəvayətlərdən biri idi. İndi keçək 2-yə.

Uzunqulaq Midas.



Mifologiyada şeirin, incəsənətin musiqinin tanrısı olan Apollonla, çəmən tanrısı Pan arasında bir musiqi yarışması təşkil olunur. Bizim bədbəxt Midas da juri heyətində olur. Bilirik ki, satirlər qaval çalar. Pan öz qavalını çalaraq gözəl ahəng bəxş edir dinləyənlərə, Apollon da bundan geri qalmayaraq, öz lirasını bütün alətlərdən üstün tutaraq dinləyənlərə gözəl anlar yaşadır. Hakimlərdən biri dağ tanrısı Tmolos birincilik çələngini Apollona verir, Midas isə çələngini Pana verir. Tanrı Apollon Midasın bu hərəkətinə çox qəzəblənir ( ahh onun egosu) və “ gözəl musiqini ayırd edə bilməyən qulaq insan qulağı ola bilməz, sənə eşşək qulaqları yaraşar” deyərək Midasın qullarını eşşəkqulaqlarına çevirir. Əlacsız qalan kral başına böyük bir Frikya konusu qoyur. Bunu görən xalq da “Midas niyə başına belə bir şey qoyur?” sualını verməyə başlayır.  Həqiqəti isə bircə Midasın bərbəri bilirdi. O da kiməsə deməkdən qorxurdu çünki bilirdi ki, danışsa öləcək. İçində daha çox saxlaya bilməyən bərbər tənha bir yerə gedib, bir quyuya bağırır: “Midasın eşşək qulaqları var!”. Təbii ki, bu boşluqdan ətrafa yayılan səda nəticəsində hamının hər şeydən xəbəri olur. Əlacsız qalan kral qulaqlarını kəssə də, onlar yenidən uzanır. Bu hadisədən sonra Midas Apollona yalvarır: Bütün sərvətimi götür, məni bu lənətdən azad et. Apollon da xahişini qəbul edir, kral Midası Lənətdən xilas edir və onun canını alır. ( Başın batsın Apollon, kitabı oxusanız bu kəliməni dəfələrlə işlədəcəksiniz ). Bir başqa mənbəyə görə Midas bərbəri öldürtdürüb, özü də öküz qanı içərək canına qəsd edir.

Bu hadisənin bir başqa versiyasına görə isə Afina bir gün çay qırağında qaval çalır, çalarkən də çox çirkin göründüyünü və Hera ilə Afroditanın ona güldüklərini görür və qavalı bir kənara tullayaraq bu aləti çalanı cəzalandıracağına and içir. Bundan xəbəri olmayan Marsyas da qavalı götürür və inanılmaz dərəcədə gözəl çalmağa başlayır, hətta Apollona meydan oxuyur. Apollon bir şərtlə razılaşır: Qazanan uduzana hər şeyi edə bilər!. Yarışma başlayır və Marsyas qavalı tərs çala bilmədiyi üçün uduzur, ancaq Midas qayıdıb nə desə yaxşıdır: “Pəs mən Marsyasın ifasını çox bəyəndim” Apollonun hirs beyninə necə vurursa Midasın qulaqlarını eşşək qulaqlarına çevirir, Marsyası da ağacdan asaraq dərisini soyub öldürür. ( Yarışmadı da qadam niyə belə eliyirsən nccn) Sonra hirsi soyuyur, ona rəhmi gəlir və onu bir çaya döndərir. ( Sonra Zevs Apollonu Olimpdən qovanda hamı hirslənir )

Əslində isə Kral Midasın qulaqları normaldan çox böyük idi. Onda assimetrik qulaq xəstəliyi mövcud idi. Xalqından utanan kral başında papaqla gəzirdi ki, bu da söz-söhbətə yola açırdı ki, nəticədə bu günə qədər gəlib çıxan belə əfasanə yaranmışdı.

Hələlik.😁

Mənbə: https://secmehikayeler.com/efsaneler/mitoloji-kral-midasi-nasi-anlatiyor.html

https://en.wikipedia.org/wiki/Midas

https://riordan.fandom.com/wiki/Midas

Özhan Öztürk -Dünya Mitolojisi


воскресенье, 6 сентября 2020 г.

Trimurti ( Hindistan mifologiyası)

 


Trimurti - Hinduizmdə şəxsləşdirilmiş kosmik güclərdir. Hinduist panteonuna daxil olan, 3 əsas tanrının birləşməsinə trimurti deyilir.

Brahma -Yaradıcı.

Vişnu - Qoruyucu.

Şiva - Dağıdıcı. 

Hind Üçlüyü olaraq da bilinən Trimurti (Tanrının "üç forması" mənasını ifadə edir), Tanrılığı üç üzlü bir şəxsiyyət olaraq təsvir edən Hinduizmdə Tanrı'nın ikonografik bir təmsilçisidir. Bu üç üz, Brahma (qaynaq və ya yaradıcı), Vişnu (qoruyan) və Şiva (məhv edən və dəyişmə) ilə əlaqəli olan yaradılış, qoruma və məhv rollarını təmsil edir. Bu üç forma bir ilahinin fərqli yönlərini əks etdirir. Trimurtinin bəzi hissələri, Sabellianizm kimi Xristian Üçlüyünün fikirlərinə bənzəyir, ancaq Krisit üçlüyü "Trimurti" dən çox fərqlidir. Bu Trimurti konsepsiyası, Saivizm və Vaişnavizm kimi digər məzhəblər tərəfindən böyük ölçüdə rədd edilməsinə baxmayaraq, Hindistanda Smartizm təriqətində ən güclü şəkildə qəbul edilmiş bir fikirdir.

Trimurtiyə daxil olan hər bir tanrının haqqında dastanlar, yaradılış mifləri olmasına baxmayaraq, bir tanrının simasında birləşməkləri hələ də tədqiqatçıların maraq dairəsindədir. 

Trimurtinin ikonoqrafik təsvirləri ilk dəfə orta dövrün birinci minilliyinin ikinci yarısında meydana çıxır.  Elephanta adasında (Hindistan, Mumbai yaxınlığında) tapılan Trimurti heykəlinin səkkiz - onuncu əsrlərdə oyulmuşdu. Bu heykəl, Hindistanın cənub və orta hissələrini bu dövrdə idarə edən və Üç Tanrı'nın imicini öz nişanələri olaraq istifadə edən Manyaxetanın (indiki Karnataka) imperatorluq Rəştrakutalarına aid edilmişdir. 

Trimurtinin ortaya çıxmasının, bəlkə də fədailər arasındakı mənəvi rəqabəti minimuma endirmək və birlik və harmoniyanı təşviq etmək üçün dövrün əsas hindu tanrılarını vahid bir universal Tanrı ilə barışdırmaq üçün düşünülmüş bir cəhd olduğu irəli sürülür. Bu baxımdan Trimurti, hindu tanrısı Harihara kimi, Hindu düşüncəsindəki daxilolma və senkretizmə olan dərin təkanı əks etdirir. Üçlüyün yaranmasına qədər Vişnu, Şiva və daha az dərəcədə Brahma, ibadət etdikləri yerdən asılı olaraq müxtəlif adlarla tanınırdılar.  

Trimurti, xüsusən də kosmologiya ilə əlaqəli olaraq bir çox fərqli şəkildə şərh edilmişdir. Belə ki, bu 3 tanrının yer, su və alovu təmsil etdiyinə inanırlar. Yer bütün həyatın yaradıcısı kimi qəbul edilir və bu səbəbdən Brahma olaraq qəbul edilir. Su həyatın təminatçısı kimi qəbul edilir və Vişnu kimi təmsil olunur. Alov həyatı yandırır və ya dəyişdirir və bu səbəbdən Şiva sayılır. Alternativ olaraq, Trimurti'nin üç üzvü, şüurun 3 mərhələsini əks etdirir. Ruhani müstəvidə mənəvi ünsür Brahma, ruhi ünsür Vişnu, fiziki element isə Şiva tərəfindən təmsil olunur. Brahma ruhi müstəvidə intuitiv və yaradıcı düşüncəni əks etdirir, Vişnu zəkadır və Şiva duyğuları təmsil edir. Fiziki müstəvidə göy Brahma, Günəş Vişnu, Ay isə Şivadır. Bir fərdin həyatının müxtəlif mərhələlərinin Trimurti tərəfindən təmsil olunduğu deyilir. Bu mərhələlərdən birincisi, subaylıq və tələbəlik (Brahmacharya Ashram) Brahma ilə təmsil olunur. Bu mərhələdə, Brahmanın tərəfdaşı Saraswati ilə təmsil olunan bilik, fərdin daimi yoldaşıdır. Yetkinlik və ev təsərrüfatlarının ikinci mərhələsi (Grihastha Ashram) Vişnu ilə təmsil olunur. Bu mərhələdə fərd bütün dini və ailə öhdəliklərini zənginlik yaratmaqda iştirak etməklə yerinə yetirir və bundan sonra ailəni davam etdirmək üçün istifadə olunur. Bu mərhələdə sərvət fərdin yoldaşıdır və Vişnunun tərəfdaşı Tanrıça Lakşmi ilə təmsil olunur. Üçüncü mərhələ qocalıq mərhələsidir (Vanaprastha Ashram) və Şiva ilə təmsil olunur. Bu mərhələ həqiqi biliklərə can atan sərt bir həyat üçün maddi dünyadan imtina edir. Qədim günlərdə bu, bir ev sahibinin arvadı ilə birlikdə dünya əşyalarını tərk edərək, Lord Shiva kimi, yalnız vacib əşyaları olan bir meşədə yaşaması üçün vaxt təyin etdi. Son mərhələdə (Sanyasa Ashram) fərd Ali güc (Isvara) ilə birləşməyə can atır. Həyatın üç mərhələsi, eyni zamanda, trimurti kimi, üç tanrının gerçəkdə bir və eyni İsvara olduğu fikrini gücləndirərək, üstün birə çatır. Filosof Şankara (təqribən 788–820-ci illər) Trimurtinin başqa bir kosmoloji şərhini verdi. Onun fikrincə, Şiva Nirguna Brahmanı (və ya xüsusiyyətləri olmayan Brahmanı), Vişnunu Saguna Brahmanı (xüsusiyyətləri olan Brahman) və Brahmanı Kosmik Zehni təmsil edir. Daha çox fəlsəfi baxımdan Brahma, İlahiyatın Yaratıcı Varlıq Zəmini ilə əlaqələndirilir, Vişnu isə İlahiyatın Yaranan Fikri (Logolar, Hikmət və ya Söz) ilə, Şivanın isə İlahiyatın Transformativ Enerjisi (Alov, Nəfəs) ilə əlaqələndirilir. və ya Ruh).

Bu gün Brahma Hindu pərəstişkarları tərəfindən demək olar ki, nəzərə alınmır, Vişnu və Şiva isə kütləvi şəkildə ibadət olunmağa davam edir. Müasir Hindistanda Üçlüyün digər iki tanrısına həsr olunmuş minlərlə məbəddən fərqli olaraq yalnız Brahmaya həsr olunmuş iki məbəd var. 


Lap qədimdə bir mürid ustadından soruşmuşdur:

-Ustad həqiqətən neçə dənə tanrı var?

- 3 milyon!

-Ustad həqiqətən neçə dənə tanrı var?

- 3 yüz min!

- Ustad həqiqətən neçə dənə tanrı var?

- 3000!

-Ustad həqiqətən neçə dənə tanrı var?

- 300!

-Ustad həqiqətən neçə dənə tanrı var? 

-3!

-Ustad həqiqətən neçə dənə tanrı var?

- 1 tanrı var övlad. Həqiqətdə sadəcə bir tanrı var!


QEYD: Hər üç tanrıya ayrıca məqalə həsr edəcəyik.

Mənbə: https://www.newworldencyclopedia.org/entry/Trimurti



среда, 2 сентября 2020 г.

ALOV TANRISI - HUEHUETEOTL ( ASTEK MİFOLOGİYASI)

 


Astek inanclarında zamanı tarazlayan tanrı Huehueteotldır (adı yazmaq da ayrı bir zülmdür 😁). 

Huehueteotl adının mənası huehueh - "qədim" və  teotl - "tanrı" deməkdir. Bu tanrı Meksikanın ən qədim şəhərlərindən biri olan Teotihuacanın inkişafından əvvəl yaranmışdır. Qədim mənbələrdə göstərilir ki, bu tanrıya Meksikanın cənub-şərqində yerləşən vacib əntiq bir ərazi olan qədim Cuicuilco qəsəbəsində ibadət edirdilər. Ancaq e.ə 50-ci illərdə buralar tərk edilmişdir. Təriqəti isə ordan Teoityhuacana yayılmışdır. Belə ki, bu ərazilərdə tanrının gildən heykəllərinə rast gəlinmişdir.

Asteklər üçün alov çox vacibdir. Astek dinində Huehueteotl (əməlli əzab çəkirəm :D ) xalqın ocaqlarının alovunu idarə edirdi. Onu da qeyd edək ki, bu xalqların inancında alov, sadəcə yemək üçün vacib deyil, həmçinin dəyişmək və yenilənməyin də simvolu idi. Bu tanrı təkcə alovu deyil, eyni zamanda qocalığın və zamanın da simvolu idi. Çox vaxt qoca və saqqallı təsvir edilirdi. Xiutecuhtli adlı bir tanrıları da var ki, Huehueteotlla vəzifə və öhdəlikləri demək olar ki, eynidir. Tək fərqləri isə onda idi ki, onu gənc və hərəkətli təsvir edirdilər. Xiutecuhtli- alov, günəş tanrısıdır və vulkanları idarə edirdi. O, soyuqdakı istinin, qaranlıqdakı işığın simvolu idi. Florensiya Kodeksində ( əlyazma kitab) qeyd edilmişdir ki, Huehueteotl Xiutecuhtlin başqa bir simasıdır və bəzi anlarda tanrını Xiutecuhtli-Huehueteotl deyə adlandırıblar.



Yeni Alov Mərasimi

Yeni alov mərasimi Huehueteotla həsr edilmişdir və 52 ildən bir həyata keçirilirdi. Bu ayin vaxtı rahiblər ulduzların hərəkətini izləyib, qurbanın ürəyini çıxartmaq üçün lazım olan işarəni axtarırdılar. O işarələri tapdıqdan sonra qurbanın ürəyi çıxarılır və yerinə taxta qoyularaq bədənlərini yandırıb, ərazidəki evlərə paylayırdılar. 

Mənbə: http://www.dinvemitoloji.com/2019/02/aztek-ates-tanrisi-huehueteotl.html