Odinin Asgardda yaşadığı evin adı Valaskialfdır və evində Hlidskialf adında bir taxtdı var ki, burdan bütün Doqquz Diyara nəzarət edir. Huginn (düşüncə) və Muninn (yaddaş) adında iki qarğası var və bunlar dünyada nə baş verirsə hamısını Odinə danışırlar. ( Vikingdə şahid olduğumuz kimi) Bundan başqa yanında iki dənə də canavar: Freki ( yırtıcı) və Geri ( acgözlü) var.
Bu arada Odin istədiyi vaxt qartala çevrilirdi. Belə bir əfsanə də var ki, Odin dillərə dastan bal şərabını Suttungdan oğurlamaq istəyir. Belə ki, Odin, divin qızının könlünü alır (yaramaz) və qız da icazə verir ki, o baldan bir az içsin. Gözünə döndüyüm Odin 3 qurtumda qazanı boşaldır və qartala çevrilərək aradan çıxır. Suttung bunu bilir və o da qartal licminə bürünərək Odinin arxasınca düşür, elə tutmağına az qalmış Aesirdəki tanrılar səmadakı Tom Kruzlu əkşııın səhnəsini görürlər və eyvana nə ki qab-qacaq, qazan, çömçə varsa yığırlar və iyrənc bir hadisə Odin içdiyi bal şərabını qaytarır. Beləliklə də şair olmaq istəyənlərə paylanılacaq günə qədər bal şərabı, Aesir sarayında saxlanılır. Bu hadisədən sonra şeir sənətinə "Odinin kəşfi" və ya " Odinin içkisi" deyilirdi. Hətta bu hekayə ilə əlaqəli olan və Odini göstərən 3 buynuz, 3 qurtumda içdiyi şərabla əlaqələndirilir. ( "Bal şərabı"məqaləmizə göz gəzdirə bilərsiniz)
Bir əlavə də yazaq ki, hərkəsin atası olan Odin, Ask və Emblanı yəni Adəm və Həvvanı yaratmışdır.
Birdən çox adı ola Odinin deyilənə görə 200 dənədir. Bunlardan bəziləri:
Alföðr (Hər şeyin atası), Valföðr (Öldürülmüşlərin atası), Hangaguð (Asılmışların atası), Haptaguð (Əsirlərin tanrısı), Farmaguð (Yüklərin tanrısı), Baleyg (alov gözlü), Har (ulu), Herjan (müharibə tanrısı), Thridi (üçüncü) Ygg (qorxunc) və s.
Bunu da bilirik ki, Odin Ragnarok günü üçün döyüşçü toplayır və bunu Valkyriləri (məqaləsinə göz gəzdirə bilərsiniz) ilə həyata keçirdir, belə ki, qəhrəmanca döyüşənləri Valkirelər Valhallaya aparır. ( Serialda kral deyir: Siz ananızın qarnından bir fikirlə doğulursunuz. Necə edək ölək ki, Valhallaya gedək.)
Niyə Odinin bir gözü var?
Odin heç bitməyəcək bir müdriklik axtarışındadır. Həyata aid bütün sirrləri öyrənmək istəyirdi. Hətta runları (əlifbadır) kəşf etmək üçün nizəsi ilə özünü yaralayıb, 9 gün, 9 gecə heç nə yeməmişdi və özünü İqdrasilin budaqlarından başı aşağı asmışdı. Run əlifbasını da elə bu ağacın budağından hazırlamışdı.
Bir gün Odin İqdrasilin kök hissəsində olan Mimisbrunnra (Mimirin quyusu) gedib, quyudan çıxan suyu içmək qərarına gəlir. Oralarda da belə söz-söhbət var ki, bəs kim bu quyudan su içsə, müdrikliyi əldə edəcəkmiş. Odin Mimirdən icazə istəyir,ancaq quyunun qoruyucusu olan Mimir də "sudan içməzdən əvvəl nəyisə qurban etməlisən" cavabını verir. Bundan sonra Odin gözlərindən birini çıxarıb, quyuya tullayır, Mimir də əlindəki buynuzu quyunun suyu ilə doldurub, Odinə verir. Beləliklə Odin, axtardığı müdrikliyə bir gözünü qurban verməklə nail olur.
Simvolları:
Hədəfindən yayınmayan nizəsi Gungnir. Cırtdan Dvali tərəfindən düzəldilib. Aesirin xəzinələrindən sayılır.
Hər 9-cu gecədə yeni 8 üzüyünü dünyaya gətirən üzük Draupnir.
8 ayaqlı atı Sleipnir. (Lokinin uşaqlarından biridir)
ƏLAVƏ MƏLUMATLAR:
Odin məbədlərində insan qurban edilirdi.
İngilis dilindəki "Wednesday" (Çərşənbə günü) "Woden's Day" (Odinin günü) deməkdir.
Qeyd: Adların bir çoxunu orijinal halda qeyd etmişik.
Mənbə: Vikipediya, Geekstra.com
#Odin #germanskandinavmifologiyası #mifologiya #WodensDay #Draupnir #Sleipnir #Gungnir #Mimir #YGGDRASIL #Frigg #Thor #Fenrir #Runəlifbası #AskEmbla #Balşərabı #Valhalla #Valkyrie #Suttung
Комментариев нет:
Отправить комментарий