вторник, 31 августа 2021 г.

ÇİNAR AĞACININ MİFİK HEKAYƏSİ (Yunan mifologiyası)

 Salam əziz oxuyucular və mələzlər ;)...Bu gün istədik ki, kölgəsində oturub dincəldiyimiz bir ağacın mifik hekayəsini sizlərlə paylaşaq.

Deməli, günlərin bir günü tanrı Zevs Olimpdə taxtında əyləşməkdən ürəyi sıxılır və qərara gəlir ki, yer kürəsinə ensin və insanlar arasında gəzsin. Beləliklə də Hermeslə birlikdə insan licminə bürünərək kəndləri, şəhərləri gəzməyə başlayırlar və Firigiya yaxınlarında bir kəndə daxil olurlar. Evlərin qapılarını döyməklərinə baxmayaraq üzlərinə qapı açılmır.  Zevs də açılacaq qapının olacağını bilir və səbrlə davam edir. Ancaq bəxtlərindən heç bir ev onları qonaq qəbul etmək istəmir. Nəhayət tör-töküntü bir ev, tanrılara qapılarını açırlar. Bu evdə Baukis və Filemon adında yaşlı ər-arvad yaşayırmış. Evin sahibləri cəld yemək bişirirlər, qonaqlara əllərini, üzlərini silmək üçün dəsmal verirlər. Sonra Filemon süfrəyə şərab gətirir, bakallar dolub-boşalır, ancaq şərab bitmir ki, bitmir. Vəziyyəti belə görən ev sahibləri anlayırlar ki, onların evlərindəki qonaqlar tanrılardır və elə o andaca tanrılardan onlara qarşı qüsur işlədiblərsə bağışlanmalarını istəyirlər. Tanrı Zevs də deyir ki, bəs məni təqib edin.

Filemon ilə Baukis tanrıların arxasınca bir təpəyə çıxırlar, hansı ki, oradan bütün kənd görünür. Zevs deyir: Kəndə yaxşı baxın. Bu sözlərdən sonra kəndi sel yuyub, aparır, ancaq öz tör-töküntü evləri məbədə çevrilir. Bundan sonra Zevs yenə deyir: "Mənə qarşı göstərdiyiniz qonaqpərvərliyin əvəzini ödəyəcəyəm. Nə arzunuz, istəyiniz varsa, deyin." Bu sözlərdən sonra yaşlı ər-arvad dillənir: "Bir-birimizdən heç vaxt ayrılmamaq və eyni gündə ölmək istəyirik." Zevs də onların istəyini qəbul edir. Yaşlı ər-arvad eyni gündə vəfat edirlər.  Öldükləri yerdən linden və çinar ağacı bitmişdir. Bu iki ağac birləşib tək bir ağac olmuşdur. Rəvayətə görə Berqamedəki bir tərəfi linden, digər tərəfi çinar ağacı olan ağac dünyada sadəcə bir dənədir. 

Mənbə: Dünyadinleri

#mifologiya #yunanmifologiyası #çinar #lendin #ağac #hekayə #rəvayət #tanrı #Zevs #Hermes #Filemon #Baukis #Philemon #Bucis #god #mythology #greek #məbəd #firigiya #ARQONAVTLAR


четверг, 26 августа 2021 г.

HEKET (Misir mifologiyası)

 Heket əntiq Misirdə doğum və bərəkət ilahəsi idi. Qurbağa və yaxud qurbağa başlı qadın kimi təsvir edilirdi. Niyə məhz qurbağa? Misirlilərə görə milyon il əvvəl Nilin suyu gur olmağa başlayanda qurbağalar peyda olmuşdular və ondan sonra quraqlıq çöllər bərəkətli olmağa başlamışdı. Ona görə də qurbağalar bərəkətin və yeni həyatın simvolu sayılırdı. 

Heket kultu Erkən padşahlıq dövrünün sonlarına yaxın yaranmışdır.

İnanclara görə Heket Xnumun yoldaşı idi. Belə ki, O, hər bir insanı dulus çarxında düzəldir və analarının bətninə yerləşdirməmişdən əvvəl onlara həyat verir. Heqet və Xnum Deir el Bahridəki Mortuary məbədində Hatşepsutun doğum sütunlarında təsvir edilmişdilər. Təsvirdə Heketin körpə Hatşepsuta bir anx verdiyi və onun "Ka"sını (ruh) tutduğu əks olunub. 

Başqa bir inanca görə isə Heket Hehin yoldaşı idi. Hər adama həyat bəxş etməzdən əvvəl yaradan da məhz Heket imiş. Heket bəzən də Horusun yoldaşı kimi qəbul edilirdi.

Əntiq Misirdə hamilə qadınları qorumaq üçün Heqetin adına yazılmış ovsunlardan hazırlanmış paltarlar geyinirlərmiş. Hətta orta Krallıqda doğum ərəfəsindəki ayinlərdə fil dişindən hazırlanmış bıçaqlar istifadə edilirdi ki, bununla da şərin qarşısını aldıqlarını düşünürdülər. 

Əlavə olaraq onu da yazaq ki, Heqet dünyaya gələn 3 fironun doğumunu əks etdirən Westcar perqamentində "Xufu və sehrbazlar" hekayəsində 3 fironun doğumuna kömək edərək krallığı qoruduğu bildirilmişdir. 

"Osiris və İsida" əfsanəsində də Horusun yeni bədəninə həyat üfləyən məhz Heket imiş.

Bundan başqa Heket vəfat edən adamın dirilişinə və axirətə getməyinə kömək etmişdir. (Qarışmadığı iş qalmadı)

Mənbə: Din ve mitoloji

#Heket #Heqet #mifologiya #Misir #misirmifologiyası #Khufu #Khunum #heh #Horus #İsis #İsida #Ka #Ba #Hatşepsut #Osiris #Qurbağa #ilahə #tanrı #god #goddess #god #egypt #Nil #nilçayı #firon #mythology #ARQONAVTLAR

понедельник, 16 августа 2021 г.

ROKUROKUBİ (Yapon mifologiyası)

 


Rokurokubi yapon youkailərinin bir növüdür. Adi insan kimi görünsələr də insanlardan fərqlənən iki növləri vardır. Bunlardan biri Nukekubi, digəri isə Rokurokubidir. Belə ki, Nukekubi youkailərinin başları bədəndən ayrılıb, ətrafda gəzə bilir. Bu youkailər bəzən gecə qurbanlarına hücum edir və qanlarını içirlər. Və hekayələrdə o da qeyd olunur ki, əgər baş ətrafda gəzirsə və bu vaxt bədən tərpənirsə, baş yenidən bədənə birləşmir. 

Nukekubi

Rokurokubi isə baş boyundan başlayaraq uzanır və havada süzülür. Bədən tərpəndiyi halda geri qayıdır.

Edo dövründə "insanlar yatarkən boyunları uzanır" kimi əfsanələr yaranmağa başlamışdı ki, sonralar bu özünü "Buya Zokuda", "Kanden Koshitsu", "Yaso Kidan" kimi ədəbiyyatda əks olundu.

"Kasshi Yawa"da belə bir hekayə öz əksini tapmışdır. Belə ki, bir gün evin sahibi qulluqçusunun rokurokubi olduğuna şübhələnir və gecə hamı yatarkən səssizcə otağına gedərək onu izləməyə başlayır. Sonra görür ki, qızın sinəsindən yuxarı ağ bir şey çıxır və getdikcə qalınlaşır, diqqətlə baxanda görür ki, qulluqçunun boynu uzanır və baş da boyunla birlikdə yuxarı qalxır. Evin sahibi çox təəccüblənir və bəlkə də sahibin varlığını hiss edən qız ehmalca yatağında çönür və baş əvvəlki halına qayıdır. Qızın üzünün solğun olmasından başqa qeyri-adi heç nə olmur. Səhərisi gün sahib qızı evdən qovur və qulluqçu hara gedirsə, getsin özünə iş tapa bilmir. 

"Kasshi Yawa"da və "Hokuso Sadan"da bədəndən çıxan ruhların boyun formasında olması psixoloji araşdırmalarda bir növ "ektoplazma" kimi şərh olunur. 

Edo dövrünün sonlarında məşhur yazıçı Cippenşa İkku tərəfindən yazılan "Rekkoku Kaidan Kikigaki Zōshi" (列国 怪 談 聞 書 帖) adlı yomihonda (kitab) qeyd olunub ki, Rokurokubi insandır və ya mələzdir. Bir əfsanəyə görə Oyutsu adlı bir qadın, Enşodan Kaişin adlı bir rahiblə qaçır. Ancaq yolda Oyutsu xəstələnir və xəstəliyi müalicə etmək üçün kifayət qədər pulları olmur. Rahib də əlindəki pulu qıza xərcləmək istəmədiyi üçün Oyutsunu öldürür və onun da pullarını götürüb qaçır. Yoluna davam etmək üçün bir mehmanxanada dincəlmək qərarına gəlir. Gecəni mehmanxanaçının qızı ilə birlikdə keçirdir və yatdıqları yerdə qızın boynu uzanmağa başlayır, üzü Oyutsunun sifətinə bənzəyir və Rokurokubi rahibə onu öldürdüyünü deyir. Səhər açılan kimi etdiklərindən peşman olan rahib əməllərini mehmanxanaçıya danışır. Elə az aşın duzu olmayan mehmanxanaçı da vaxtı ilə arvadını puluna görə öldürür, ona görə də qızı Rokurokubiyə çevrilir. Bundan təsirlənən rahib geri qayıdaraq Oyutsuya bir məzar düzəltdirir və ömrünün sonuna qədər Oyutsunun ruhuna dua edir və hamıya bunun  "Rokurokubi Kurqanı" (ろ く ろ 首 の 塚, Rokurokubi no Tsuka) olduğunu deyir.

Bəzi hekayələrdə Rokurokubinin youkai olmadığı, əslində anormal bədən quruluşuna sahib insanlar olduğu yazılır. Bu haqqda Ban Kokeinin "Kanden Kohitsu" adlı Edo dövründə yazılmış məqaləsinə göz ata bilərsiniz. 

Bundan başqa Rokurokubiyə təkcə ədəbiyyatda deyil, yapon folklorunda da rast gələ bilərik. Məsələn Gifu prefekturasında insanlar bir ilanın rokurokubiyə çevrildiyini gördüklərini deyirdilər.

Onu qeyd edək ki, bu mövzu aktuallığını Bunka və Meyci dövründə də qoruyub saxlamışdır. 

 Rokurokubi klassik kaidanda (ruh nağılları) tez-tez youkai kimi təsvir olunsa da, bəzən sırf əyləncə xatiri üçün yaradıldığını da vurğulayırlar. 

Bunu da yazaq ki, deyilənə görə Rokurokubi gündüzləri normal yemək yesə də, gecə lampa yağı yeyirlərmiş.



Qeyd: Bəzi adları orijinal saxlamışıq. 

Mənbə: https://yokai.fandom.com/wiki/Rokurokubi

#mifologiya #yaponmifologiyası #yaponiya #folklor #Rokurokubi #Nukekubi #youkai #kaidan #Bunko #Meiiji #Meycidövrü #period #Edo #KasshiYawa #HokusoSadan #Cippenşaİkku #列国怪談聞書帖 #yomihon #Oyutsu #rahib #KandenKohitsu #iblis #mythology #japan #ARQONAVTLAR


воскресенье, 15 августа 2021 г.

KAQN (Afrika mifologiyası)

 Cənub -qərbi Afrikanın Buşmen mifologiyasında, Kaqn dünyanı və içindəki bütün insanları və əşyaları yaradan tanrıdır. Bəzi hekayələrdə ölür və sonra yenidən həyata qayıdır. Cagn, Kaang, Kho və Thora da adlanır.

Kanq əvvəlcə yaratdığı insanlarla dostluq əlaqələri qurur, lakin insanlar öz yaradıcı tanrılarına qarşı hörmətsizlik etməyə başlayırlar. Nəticədə Kanq dünyaya ölüm və fəlakət göndərir. Özü isə göylərə çəkilərək səmanın dərinliklərində yaşamağa başlayır. Buşmenlərin inanclarına görə yalnız antiloplar onun harda olduğunu bilirlər. 

İnanclara görə Kanqın gücü onun dişlərindən birində olur və kiminsə gücə ehtiyacı olanda da dişini həmin adama verir. Yer üzərindəki hər şeyin licminə bürünə bilsə də, ən çox dəvədəlləyi (mantis) və ya tırtıl şəklində təsvir olunur. 

Hekayələrdə, əfsanələrdə deyilir ki, Kanq divlərə, şər ruhlara hər zaman qalib gəlir və ölülərin ruhlarının lideri Qauna ilə döyüşməkdə Buşmenləri ruhlandırır. 

Mənbə: http://www.mythencyclopedia.com/Be-Ca/Cagn.html

#mifologiya #Afrika #afrikamifologiyası #Kaqn #Cagn #Gauna #Qauna #tanrı #god #yaradıcıtanrı #Buşmen #Bushmen #antilop #tırtıl #mantis #dəvədəlləyi #mythology #ARQONAVTLAR


суббота, 14 августа 2021 г.

ƏBƏDƏ (Türk xalqlarının mifologiyası)


 Əbədə türk və tatar mifologiyasında ağac cinidir. Meşələrdə yaşayır və insanlara zərər vermir. Bəzən qoca bir qadın kimi görünür. Meşədə olarkən qurumuş ağac yarpaqlarından gələn səslər onun ayaq səsləridir.

Ebe sözündən törəyib. Mənası qoca qadın deməkdir. 

Mənbə: Türk mitoloji ansiklopedisi.

Qeyd: Şəkil pinterestdən götürülmüşdür. Əslində bir dryadanın görünüşüdür. Məntnlə əlaqəsi mövzu ilə uyğunlaşmasıdır. 

#mifologiya #türkxalqlarımifologiyası #türkxalqları #ağac #cin #ağaccini #meşə #ebede #əbədə #tatarmifologiyası #tatar #qocaqadın #ebe #mythology 

вторник, 10 августа 2021 г.

VALKNUT (German-skandinav mifologiyası)

 


Valknut german-skandinav mifologiyasında ən sirrli simvollardan biridir. "Val-knut" kimi tələffüz olunur. Buradakı "val" (valr) sözü -"ölü", "öldürülən" mənasında; "knut" isə "düyün" mənasındadır. Bir-birinə keçirilmiş üçbucaqdan ibarət Valknut simvolunun xeyli izahı vardır. 

İlk və ən əsası "döyüşdə öldürülən döyüşçülər"i simvolizə edir. 

Digəri isə nəhəng Hrungnirin qəlbini simvolizə etməsidir. Hrungnirin ürəyi çox məşhurdur. Nəhəngin ürəyi üç tərəfli iti bir qayaya bənzədilir. Odin ilə bir şənlikdə olarkən çox içən nəhəngi zəbt edə bilmirlər və nəhayət Tor onu öldürmək məcburiyyətində qalır. Bundan sonra bu işarə Hrungnirin qəlbinə bənzədilir və hrungnishjarta kimi adlandırılır. 

Bir başqa izahatda bildirilir ki, bu işarə Odinin müdrikliyini simvolizə edir. Döyüşən əsgərlərin ağlını və ruhlarını ya düyünləyir, ya da açır. Beləliklə də onların gah döyüşdə qalib gəlməklərini, gah da məğlub olmaqlarını təmin edir. 

Bir başqa mənbə isə qeyd edir ki, Valknut həyatla ölüm arasındakı əlaqəni simvolizə edir. 

Modern həyatda bu işarə logo kimi istifadə edilir. 

Bundan başqa cermen paqanizmi ilə əlaqəli digər simvollar kimi, bəzi ağ milliyətçi qruplar tərəfindən də istifadə edilir.

Mənbə: geekstra.com , Vikipediya

#mifologiya #simvol #valknut #odin #skandinaviya #german #düyün #tanrı #Hrungnir #üçbucaq  #hrungnishjarta #Tor #nəhəng #Thor  #logo #paqanizm #pagan #mythology #symbol #ARQONAVTLAR


GLAİSTİG (Şotlandiya mifologiyası)

 Şotlandiya mifologiyasında Glaistig bir ruhdur. Həmin ruha bəzən maighdean uaine (yaşıl bakirə) də deyirdilər. Bəzən Pan, satir, gözəl bir qadın, bəzən də keçi qadın kimi təsvir edilirdi. Glaistig keçi ayaqlı və qadın başlı olanda həmişə yaşıl paltar geyinərmiş. Qadın görünüşlü olanda isə boz  paltar geyinər və saçları da sarı olarmış. 

Əfsanələrdə Glaistig həm xoşniyyətli, həm də şər ruh kimi iki obrazda təsvir edilmişdir. Belə ki, bəzi hekayələrə görə Glaistig rəqsləri və mahnıları ilə kişiləri cəlb edib, qanlarını içirlərmiş. Digər hekayələrdə isə Glaistig qoruyucu ruh kimi təsvir edilir. Çobanların, sürünün qoruyucu ruhu kimi qeyd edilir. Yenə həmin hekayələrdə bəhs edilir ki, yerli xalq Glaistigə öz təşəkkürlərini bildirmək üçün inək südünü içi boş bir daşın içərisinə tökürlər. Bir gün yenə həmin xalqdan bir gənc oğlan, daşın içərisinə qaynar süd tökür və nəticədə Glaistigi yandırır. O gündən sonra da o bölgələrdə qoruyucu ruh yoxa çıxır. Bəzi folklorlarda isə Glaistigi körpələrin qoruyucusu kimi də görə bilərik. Belə ki, ata sürüyə nəzarət edir, ana inək sağır, Glaistig isə evdə körpələrə nəzarət edirmiş. 

 #mifologiya #keltmifologiyası #şotlandiya #glaistig #ruh #yaşılbakirə #pan #satir #maighdeanuaine #mythology #folklor #qaniçən

среда, 4 августа 2021 г.

KRATOS (Yunan mifologiyası)

 

"God of war" oyunundakı Kratos obrazı

Yunan mifologiyasında Kratos dözümlülüyün və gücün təcəssümüdür. Kronos Spartada doğulmuş və Pallasla Stiksin övladıdır. Bacıları : Zelus, Nike, Bia birlikdə Zevsin qanadlı gücləri idilər. 

Mifologiyada Kratos haqqında bir-birinə uyğun olmayan əfsanələr mövcuddur. Belə ki, mifoloji hekayələrdən məlumdur ki, tanrılar onu "Güclü Pallas oğlu" kimi çağırırlarmış, amma mifologiyaya əsaslanan oyunlarda Kratos "God of war" kimi təsvir olunduğundan bəziləri onun mələz olduğunu və Zevsin oğullarından biri olduğunu deyirlər. Ancaq bir çox əfsanələrdə Kratos Titan Pallas ilə Stiksin övladı kimi adlandırılmışdır. Hər iki versiya mifologiyada öz əksini tapmışdır.

Kratos Olimp dağında tanrılarla, xüsusilə də Apollon ilə Areslə dostlaşmış və bu, Zevsin hörmətini qazanmağına kömək olmuşdur. Belə ki, Zevsin taxtının qoruyucularından biri də məhz Kratosdur. 

Kratos döyüşə bacıları Nike və Bia ilə birlikdə, bəzən də ədalət tanrısı Dike ilə birlikdə çağrılır.

Bir əfsanəyə görə də Zevs tərəfindən cəzalandırılan Prometeyi dağlara Hefistosun düzəltdiyi zəncirlərlə bağlayan Titanın məhz özüdür. Bəzi qaynaqlarda isə qeyd edilir ki, Prometeyi zəncirləmir, amma qaçmasın deyə başında qarovul çəkir.

#mifologiya #yunanmifologiya #Kratos #Zevs #Apollon  #Ares #şiddət #müharibə #güc #Nike #Bia #Dike #Zelus #mələz #tanrı #Olimpdağı #tanrı #Prometey #Hefistos #titan #oyun #god #mythology #godofwar #Pallas #Stixs #Stiks #ARQONAVTLAR

вторник, 3 августа 2021 г.

POOKAS (Kelt mifologiyası)

 


Pookas Kelt mifologiyasında öz əksini tapan bir çox pəridən biridir. Pooka sözü qədim irland dilindən gəlir və sözün kökü olan "poc" keçi mənasında işlədilir. İrlandiya və Qaller ərazilərində Pookasa həm hörmət edirdilər, həm də ondan qorxurdular. Həmçinin onun licimdən-licmə girən bir ruh kimi görürdülər. Dovşan, at, keçi, qoblin və yaxud it licminə girirdilər. Hansı licmə bürünməyindən asılı olmayaraq, tükləri həmişə tünd rəngdə olardı. Ən çox gözləri sarı rəngdə olan, zərif qara at licminə bürünürdülər. 

Pookas dünyaya fəlakət və şər gətirərdi. İrlandiya ərazilərində gecə özünü göstərər, insanların ən gözəl günlərində fermalarını yandırar və heyvanlarını öldürərdi. Pookasın gəldiyi gecələrdən birində bütün kəndli çıxıb ona tabe olana qədər, kəndə ziyan vurardı. Yığdığı kəndliləri isə gəmisinə mindirib, yoxa çıxardı. İrlandiyanın digər bölgələrində isə qeyd olunub ki, kəndililər ferma və əkin sahələrinə ziyan vurmasınlar deyə, yığdıqları məhsulun bir hissəsini Pookasa ayırırdılar. 

Bunu da yazaq ki, Pooka və ya Pookas insan dilində sərbəst danışa bilirdi. Belə ki, qurbanının adını çağırar, əgər o evdən çıxsa sürükləyib aparır, çıxmasa, onda evinə ziyan vurardı. 

Pookas qara atıyla kəndləri gəzib, hansı cəzalandırmalıdır deyə qərar verərdi. Buna görə də qədimdə Şotlandiyada xalq tanımadıqları qarageyimli atlıdan qorxar, hətta onları öldürərdilər. 

Púca, Phooka, Pwwka, Pooka, Puka, Phouka, Púka, Pwca, Bucca, Pouque kimi adlarla tanınırlar.

Bunu da əlavə olaraq qeyd edək ki, İrlandiyada demək olar ki, xeyli insan inanır ki, Şekspirin "Yay gecəsində yuxu" əsərindəki "puck" əslində pookadır. 

Mənbə: Dünya dinleri və Carrolİrishgifts

Qeyd: Şəkil pinterestdən götürülmüşdür. Pookasla əlaqəsi məqalə ilə uyğunlaşmasıdır. 

#mifologiya #irlandiya #kelt #keltmifologiyası #Pooka #Pookas #qoblin #pəri #şotlandiya #galler #gal #qaller #at #Şekspir #puck #inanc #mythology #irish #ARQONAVTLAR

понедельник, 2 августа 2021 г.

FREYR (Skandinav mifologiyası)

 

Freyr skandinav mifologiyasında dəniz tanrısı Njordun oğlu, eşq ilahəsi Freyanın isə qardaşıdır. Freyr günəş, yağış, sülh və bərəkət tanrısı idi. Pərilərin lideri olaraq da bilinən tanrıya bəzən Yngvi-Freyr də deyirdilər. Yeri gəlmişkən onu da yazaq ki, Freyr bir vanir idi və elflər məkanı olan Alfheimrın hökmdarı idi. 

Freyr Gullinbursti (qızıl kürklü) adlı bir qabana minərdi. Bundan başqa cırtdanların onun üçün hazırladıqları, istədiyi vaxt kiçilib cibinə sığışacaq Skidbladnir (taxta bıçaqlı) adlı gəmiyə və sehirli at olan Blodighofi (Qanlı toynaq) adlı ata sahibdir. 

Freyra xəbərçisi Skirnir, arıların qoruyucu ilahəsi Beyla ilə yoldaşı Byggvir xidmət edirdilər. 

Kült mərkəzi Uppsala idi. Freyr haqqında ən məşhur əfsanədə deyilir ki, Freyr nəhənglərdən olan Gerdə vurulur və onunla evlənir. Yoldaşına sehirli qılıncını əmanət edən Freyr, Beli adında bir nəhənglə döyüşmək məcburiyyətində qalanda, bir maralın buynuzundan istifadə edərək, onu öldürür. 

Völuspa dastanına görə Freys Raqnarokda alov nəhəngi Surtr tərəfindən öldürüləcək, lakin sonra yenidən dirilib, yeni dünyada vacib bir tanrı olacaqdır. 

Nəsir Eddada yazılır ki, ən məşhur tanrılardan biri olaraq ona bağların və tarlaların bərəkətli olması üçün çoxlu dua edirdilər. Bundan başqa yeni ilin yaxşı keçməsi üçün Yule festivalı ərəfəsində onun şərəfinə sonargöltr (kəfalət donuzu) qurban edirdilər. Bu paqan ənənənin bir hissəsi bu gün də İsveçrədə davam etməkdədir. 

FREYRIN QILINCI

Freyrın qılıncı sehirli qılıncdır və öz-özünə də döyüşə bilir. 


#mifologiya #skandinaviya #Freyr #tanrı #Freya #Njord #ilahə #nəhəng #div #Raqnarok #yulefestivalı #YngviFreyr #Gullinbursti #qaban #Skidbladnir #gəmi #sehr #cırtdan #elf #pəri #Alfheimr #Blodighofi #qılınc #Uppsala #nəsiredda #edda #sonargöltr #Gerd #god #goddess #mythology #nors