среда, 21 апреля 2021 г.

HURACAN (Maya mifologiyası)

    


 Huracan Maya mifologiyasında şimşək, alov və külək tanrısıdır. Popol Vuhda U K'ux Kaj "Səmanın qəlbi" olaraq bilinir.  Bir ayağı insan ayağı, digər ayağı isə ilan kimi olub, qıvrılan bir yaradılış tanrısıdır. Adının mənası isə "tək ayaqlı" deməkdir. Mayalıların inancına görə dünyanın yaranmasında böyük rol oynamışdır. Tanrıların sevmədiyi insan versiyalarından birinin sel vasitəsilə məhv edilməsi onunla əlaqələndirilir. Torpağın yenidən görünməsi üçün "torpaq" deyərək təkrarlayır və onun dənizdən çıxmasını təmin edir. Həm mayalılar, həm azteklər üçün əkin sahələrini məhv edən qasırğalar çox vacibdir və ona görə bunları idarə edən tanrılar da olduqca önəmlidir. 

    Azteklərin qasırğa tanrısı Tezcatlipoca da bir çox xüsusiyyətlərinə görə Huracana bənzəyir. Tezcatlipocanın mənası "dumanlı ayna" deməkdir. Qeyd edək ki, Huracanın alnında da bir ayna var və ayna dumanlı olduğu təqdirdə deməli, qasırğa və küləklər başlayacaqdır. 



    Təsvirlərdə bəzən bir balta, yanan bir məşəl, siqarla təsvir edilir.

    Huracanın üç tanrı köməkçisi və ya təcəssümü var idi: Kakulha-Huracan (şimşək), Chipi-Kakulha (şimşək çaxması) və Raşa-Kakulha (ildırım izi).

    Huracanın elçisi mifik Vok quşu idi.

Mənbə: wikipedia


Комментариев нет:

Отправить комментарий