среда, 21 апреля 2021 г.

HYACİNTHUS və ya SÜNBÜLÇİÇƏYİ (Yunan mifologiyası)

Bu gün kimdən yazacağıq sünbülçiçəyinin gülə çevrilməzdən əvvəl yaraşıqlı bir şəhzadə olmağından və dədəsindən geri qalmayan Apollondan.

Əfsanəyə görə Hyacinthus Sparta şəhzadəsidir. Fövqəltəbii gözəlliyə sahib bu oğlana Apollon həmişəki kimi bir könüldən min könülə aşiq olur. Amma bu ikisi uşaqlıqdan bir yerdə böyüyürlər və bir-birlərinə elə o vaxtlardan aşiq imişlər. Bir gün bu ikisi disk atma oyunu oynayırlar. Apollonun atdığı disk ya küləyin təsirindən, ya da daşı sıyırdığından gedib Hyacinthusun başına dəyir və şəhzadəmiz oradaca can verir. Apollon buna çox pis olur. Aşiq olduğu bir insanın bu halda olmasına ürəyi tab gətirmir və istəyir ki, sevdiyi adam gül kimi xatırlansın. Hyacinthusdan axıb torpağa qarışan qan bir sünbülə çevrilir. Bu çiçəyin ləçəklərində Apollonun fəryadını (Al) və ya Hyacinthus adının baş hərfini görmək mümkündür άκινθος'. Apollon elə fəryad qoparır ki, onun gözündən axan yaşlar çiçəyin ləkəli görünməyinə səbəb olur. Tanrımız 3 gün yas saxlayır. 


Bəzi yazarlar Hyacinthus ölüm səbəbini başqa cür yazırlar. Belə ki, guya Zephyros Apollondan intiqam almaq istəyir çünki Zephyros da oğlana vurulur, sevgidə Apollona məğlub olar, ona görə də bu yetimi öldürür, bəziləri isə yazır ki, Boreas da Hyacinthusa aşiq olur və onu qısqanclıq zəminində öldürür. Onu da qeyd edək ki, Zephyrosla, Boreas külək tanrılarıdır. Guya Apollon başqa istiqamətdə atdığı diski külək tanrısı elə edir ki, disk gəlib Hyacinthusun başına dəyir. 

Hər il Amyklae şəhərində Apollonun şərəfinə keçirilən Sparta festivalı Hyakinthianın adı ilə anılır. İlk gün oruc tutulur, Apollon məbədinin içərisində olan Hyacinthusun məzarının önündə heyvan qurban edilir, ikinci gün isə musiqilərlə bol əyləncələr və idman oyunları keçirilirdi. 


Mənbə: Özhan Öztürk makaleleri

https://www.2mi3.com/adonishyacinthus


#HYACİNTHUS  #SÜNBÜLÇİÇƏYİ #mifologiya #yunan #yunanmifologiyası #sünbül #çiçək #Apollon  #Apollo #tanrı  #Zephyros #Boreas #Sparta #festival #məbəd #eşq #sevgi #love #mythology #god 

Комментариев нет:

Отправить комментарий