среда, 21 апреля 2021 г.

ŞƏŞƏ (Azərbaycan mifologiyası)

  Salam, əziz oxuyucular. Bu gün ilk dəfə oxuyanda mənə də maraqlı gələn bir şər ruh haqqında yazacağam. Əlimdə olan kitaba görə Şeşe Azərbaycan mifologiyasına aiddir. Hal elədirsə dedim bəs biz indiyənə qədər xoxandan başqa niyə heç nə eşitməmişik. Maşallah mənbələrimiz o qədər çoxdur ki, birini açırsan mini çıxır. Əlqərəz axır ki, bir məqalə ilə rastlaşdıq ki, sən demə Şəşə (Şeşə) talış miflərində daha konkret xarakterizə edilir və ona qarşı tətbiq edilən tədbirlər də daha konkretdir. Nə isə keçək məqaləyə.

    Şeşə və yaxud Şəşə Azərbaycan, türk və tatar mifologiyasında quldur quşun, talış inanclarına görə isə şər qüvvəli mələyin adıdır. Gecə qeyb aləmindən gələrək evdəki qırxı çıxmamış uşağın üzərində keçir və uşaq qapqara kəsilib ölür və yaxud evdəki körpə oğlan uşağının boğazından dimdikləyərək öldürür. Talış inancına görə isə uşaq doğulanın 6-cı günü "Şəşə-şəv" adlanır. Şəş- altı, şəv isə gecə deməkdir. Yəni 6-cı gün uşağı apara və ya öldürən mələyin adıdır. Bu gecədən uşağın sağ-salamat çıxması üçün həmin günün axşamı qadının qohum-əqrəbası uşağın otağına toplaşır və səhərə qədər yatmırlar. Uşağı Şəşədən qoruyurlar. Onlar düşünürlər ki, biz yatsaq, Şəşə gəlib uşağı oğurlayar, öldürər. Şəşə üçün bayırda, əsasən qapının üst dərasərinə yağlı çörək qoyurlar ki, Şəşə gəlib çörəyi yesin, onlardan razı qalsın, uşağa dəyməsin.

    Bu vaxt qadınlar Şəşədən ciddi sürətdə qorxmurlar. Hətta ona nifrət belə etmirlər. Onu yağlı çörəklə aldada bildikləri üçün xoşhal olurlar. Əsas məsələ qadınların hamısının sabahadək yatmamasıdır. Yatmış olsalar, uşağa və ya zahı qadına zərər toxunsa, günahı yatdıqlarına görə özlərində görürlər.

    Şəşəni tutan adam Şəşə anası və ya Şəşə atası sayılır və bu adamlar Şəşənin zərər vurduğu uşağı sağalda bilirlər. Şəşə tutulan kimi öldürülməlidir.

    Bəzilərinə görə yarasa Şəşə quşu olaraq bilinir. Ondan qorunmaq üçün yarasa ölüsünü çöl qapıdan asırlar. Bir də uşağa zərər verməsin deyə adını uşağın yanında demirlər və uşağın bələyinə iynə sancırlar.

Qeyd: Şəkil pinterestdən götürülüb və hekayə ilə əlaqəsi yoxdur. ;) 

Mənbə: https://tr.wikipedia.org/wiki/%C5%9Ee%C5%9Fe

https://avestatalysh.com/2017/04/19/talislarin-%C9%99n-q%C9%99dim-inam-v%C9%99-etiqadlari-%C9%99g%C9%99r-yanagin-qasinirsa/

#mifologiya #Azərbaycan #Azərbaycanmifologiyası #Şeşe #şəşə #sheshe #talış #inanc #talışinancları #şərruh #şər #quş #mythology #Azerbaijanmythology 


Комментариев нет:

Отправить комментарий