Biçura - türk və tatar mifologiyasında anbar cinidir. Bayçora olaraq da bilinir. Evlərdə və zirzəmilərdə yaşayır. Qırmızı geyimli qadın qılığında təsvir edilir. Ümumiyyətlə evdə, ocağın arxasında və ya anbar və ya dam altında yaşayır. Heç çəkinmədən səs-küy edər. "Küves" deyilən içkini çox sevir. İnsanların yeyib bitirə bilmədiyi bütün yeməyi o yeyir. Hirslənəndə isə qabları qırıb, yeməyi də tökərək evdən uzun müddət uzaqlaşır.
Bu cin çirkli yerlərdə yaşamağı sevir və təmiz yerlərdən zəhləsi gedir. Buna görə də ondan xilas olmaq üçün ilk şərt evi təmiz saxlamaqdır. Birdən bağırar, gülər, oynayar, zarafat edər, yatan insanı yatağından alıb başqa yerə daşıyar. Çox vaxt evdəki əşyaların yerini dəyişir və ya gizlədir. Ən sevdiyi əşyalar qayçı, iynə, bıçaq, açardır. Gecə bağlı qapıları açır və ya açıq olanları bağlayır. Bəzən də yanğın törədir. Ocaq qalanmayan evləri sevirmiş, ona görə də tatarlar yeni ev tikəndə hər şeydən əvvəl evdə ocaq qalayarlarmış. Hər evdə də hökmən ocaqlar olarmış.
Bay (güclü) və Çor (cin) sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Mənbə: Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011
#mifologiya #türkxalqlarımifologiyası #türk #tatar #cin #Biçura #Bayçura #Bichura #evcini #mythology
Комментариев нет:
Отправить комментарий