Erinilər yunan mifologiyasında it başlı, ilan saçlı, yarasa qanadlı mərhəmətsiz qisas ilahələridir. Roma mifologiyasında adları Furi (Furiae -çılğınlar) və Diraedir.
Uranın cinsiyyət orqanı oğlu Kron tərəfindən kəsiləndən sonra axan qan Geyanın (torpaq ana) üzərinə düşür və Erinilər yaranır. Erinilər Ölülər ölkəsində Erobos adı verilən qaranlıq ərazidə yaşayırlar. İlk vaxtlar əllərində məşəl və qamçı ilə təsvir olunsanlar da Homerdən başlayaraq ailədən və ya qohumlardan birini öldürənlərin arxasınca düşən məxluqlar, Ölülər ölkəsində yaşayan cəhənnəm iblisləri kimi təsvir olunmağa başlamışdılar.
Yunan tragediya yazarları Eriniləri "Gəcənin qızları" kimi yad etmiş və 3 nəfər olduqlarını bildirmişdilər. Onların adları:
Allekto (amansız) - Əxlaqi cinayətlərin cəzalandırıcısı
Megera (Megaira- qısqanc)- Xəyanətin cəzası, andı pozanlar və oğurluq
Tisifona (Teisiphona -intiqam alan) - Qatillərin cəzalandırıcısı
Sonrakı dövrlərdə Erinilər xoş sifətləri ilə bilinmişdir, hətta Eumenides (Dostlar) və Semnai ( hörmətedilən) kimi adlarla yad edilmişdilər.
Erinilərin şərəfinə Afinada bir məbəd tikilmişdir, bundan başqa Areiopagus yaxınlığındakı bir mağarada onlara ibadət edilirmiş. Bir də onların şərəfinə hər il Eumenideia adlı bir festival da keçirilirdi. Bundan başqa Erinilərə Maniaia adıyla bilinən Meqapolisdə hörmət edirdilər.
Erinilər, qədim yunan ədəbiyyatının bir çox əsərində tez-tez təkrarlanan Orestes mifində yer alır.
Комментариев нет:
Отправить комментарий