Dişi aslan, firon ənciri, xurma ağacı kimi də tanınan ilahə daha çox inək başlı qadın formasında təsvir edilir. Hathor sözünün mənası "Horusun Evi" deməkdir. İnanclara görə Qoca Horusun yoldaşı, gənc Horusun isə anası idi.
Hathorun dörd ayağı səmanı daşıyan sütunlar, göbəyi isə səmanı simvolizə edən inək ilahənin buynuzları arasında bir günəş ilə Uraeus ( dəyişdirilmiş kobra ilanı) var idi, lakin bəzi təsvirlərdə 2 quş tükü, menat boyunbağı və sistrum (metal zınğırov) da taxdığını görə bilərik.
E.ə 31-ci əsrə aid qədim heroqlif yazıların olduğu Narmer paletindəki (Böyük Hierakonopolis paleti) təsvirlərdə əvvəlcə inək ilahə idisə də 1-ci Xanədanlıqdan başlayaraq səma ilahəsi kimi təsvir edilir və Horusla əlaqələndirilir ki, buna görə "Günəşin gözü" olaraq yad edilmişdir. E.ə III minillikdən etibarən isə ilahə Nut ilə birlikdə Süd yolu ilə əlaqələndirilmiş, "Tufan" və ya "Böyük sel daşqını" kimi bilinən Mehturt adı ilə də tanınmışdır.
Mənbələrdə ilahə olaraq Ranın qızı və ya yoldaşı kimi təsvir edilmişdir. Hathoru yunanlılar Athyr adı ilə Afrodita, Romalılar isə Venus kimi qəbul etmişdir.
Qədim misirlilər Süd yolunu səmada axan nil çayına bənzədirdilər və döşlərindən süd axan müqəddəs inək Hathor tərəfindən yaradıldığına inanırdılar.
Thebes qəbiristanlığının qoruyucusu olan Hathor eyni zamanda axirətdə həyatı təmin edən bir ilahə idi.
Dini mərkəzləri Dendera və Kusae idi. Şöhrəti Suriyaya qədər yayılan ilahə burada " Firuzəyi Xanım" kimi bilinib və ona oğlu İhi və ya Ahi ilə birlikdə ibadət ediblər.
#Hathor #misir #mifologiya #misirmifologiyası #egypt #mythology #tanrı #ilahə #god #goddess #denderaməbədi #məbəd #kleopatra #horus #hor #horusungözü #horuseyes #günəş #Ra #sun #uraeus #firuzəyi #firuzəyixanım #ibadətgah #thebes #afrodita #venus #narmerpaleti #menat #sistrum #mehturt
Комментариев нет:
Отправить комментарий