воскресенье, 7 февраля 2021 г.

İlk insanı yaradan NÜWA (Çin mifologiyası)

    Günlərin bir günü Nüwa yer kürəsində gəzməyə başlayır və ilk dəfə tək olduğunu hiss edir. Dünya olduqca gözəl yer idi, lakin eyni zamanda tənha idi. Buna görə ilahə Nüwa qərara gəlir ki, dünyada yaşayacaq canlılar yaratsın. Birinci gün gildən toyuq, 2-ci gün it, 3-cü gün quzu, 4-cü gün donuz, 5-ci gün isə bir at yaradır və onlara nəfəs verir. Heyvanlar o dəqiqə ilahənin ətrafında qaçmağa başlayırlar. İlahə yaratdıqlarının qəribə davranışlarını görür və təbiətin tənzimlənməsi üçün daha böyük heyvanlar yaratmağa başlayır. lakin nə qədər böyük yaradırsa yaratsın, heyvanlar ağıldan və bilikdən məhrum idilər. 

    Bir gün çay qırağıda dincələn ilahə suda öz əksini görür və qəfildən özü kimi gözəl, ağıllı varlıqlar düzəltmək istəyir. Beləcə yaxşı sarı gildən gözəl və güclü bir heykəl düzəldir, onlara quyruq əvəzinə ayaq bəxş edir, günlərini həsr etdiyi heykələ nəfəs üfürür və beləliklə də "Yang" nəfəsini alan ilk müdrik kişi yaranır. Sonra isə əvvəlkindən daha zərif və balaca olan, "Ying" nəfəsini alan qadını yaradır və ona nəfəs verir. İlk yaratdıqlarına baxdıqca sevinən ilahə günlərini yeni heykəllər yaradıb, onlara nəfəs verməklə keçirdir. Etdiyi işdən çox yorulan və taqəti qalmayan ilahə başa düşür ki, dünyada yaşayacaq və mədəniyyətlər quracaq insanları yaratmağa nə vaxtı, nə də gücü çatacaq. Beləliklə ilahə Nüwa bir dağın zirvəsinə qalxır. Burada əvvəllər insan düzəltdiyi gildən bir hovuz düzəldir və həsirdən düzəltdiyi ipi hovuza salıb -çıxardır və başının üstündən silkələyir. Nəticədə ətrafa sıçrayan gildən kobud, zəif insanlar yaranmağa başlayır. Beləcə sarı gildən və ilahənin öz əlləri ilə düzəltdiyi insanlar nəcib və müdrik oldular, həsirdən yaradılanlar isə sadə və yoxsul oldular. 

    İlahə Nüwa bir neçə müddət sonra bir problemlə qarşılaşır. Belə ki, bütün kişi və qadınlar yaşlandıqca ölməyə başlayırdılar. Həyatı davam etdirmək üçün ilahə Nüwa qərara gəlir ki, insanlar ailə qurub, gələcək nəsilləri yetişdirməlidir. Buna görə də ilahə, insanlara sığınacaq düzəltməyi, meyvə və toxum yığmağı və ovçuluğu öyrətdi. 


#mifologiya #çinmifologiyası #çin #Nüwa #ilahə #tanrı #insanınyaradılışı #insan #ilkinsan #ying #yang #nəfəs #gil #qadın #kişi 

Комментариев нет:

Отправить комментарий