четверг, 26 декабря 2019 г.

Delfi kahini və kihanətləri

Əgər Rick Riordanın kitablarını oxumağa başlayacaqsınızsa, lənətə gəlmiş kihanətləri oxuyub, ürəyinizi tutacaqsınız, sonra da mən səhv anlayım nolar deyə dua edəcəksiniz? Hə, bir də Delfi kahininə qəşəngcə söyəcəksiniz. (Əvvəlcə kitabı oxuyun) 
Deməli Qədim Yunanıstanda insanlar gələcək haqqında məlumat almaq üçün Delfi kahininin yanına gəlirdilər. O vaxtlar da səyyar kahinlərə heç kim inanmırdı, ancaq kimin məbədi vardısa deməli o mükəmməl bir kahindi deyə o mərkəzə üz tuturdular. 
Delfi adı (yunanca Delphoi, mərkəzi) Gaiya və Geya olaraq bilinən torpaq ilahəsinə ibadət etmək mənasını ifadə edir. Tanrıların bol olduğu bir dövrdə hər şeyə baş qoşan Apollonun məbədinin olmaması günah olardı. Və mifalogiyaya görə Apollon anası Letoya hücum edən Pythonu tapır. O ilan Delfidə yaşayırmış, qan tökərək gələcəyi görürmüş. Apollon Delfidə Parnassos Dağının altında Python adlı ilanı oxlarıyla öldürür və onu basdırır. Apollona həsr olunmuş kitabda bu haqqda oxuya bilərsiniz və Apollonun axmaq hərəkətlərinə doyunca gülə bilərsiniz. Əlqərəz bu hadisədən sonra orada - içərisində teatr, xəzinə, geniş salonların olduğu Apollon məbədləri yaranmağa başladı.

 Təbii ki, məkan olaraq da məşhurlaşmağa başladı. İlk Delfi kahininin adı isə Sibil (Sybil və ya Sybilla) olaraq tanınan bir qadın idi. Ümumiyyətlə kahinlərin hamısı qadın idi və olara Pytia deyilirdi. (Nİyə? Cavabını tapsanız şərh hissəsinə yaza bilərsiniz)

Yaxşı pəs bunların kihanətləri heç olmazsa düz çıxırdı?
Bilinən məşhur kihanətlər var.
Farslara hücum etsən, böyük bir səltənəti məhv edəcəksən
Lydialı Croesus çox məşhur, çox varlı və çox güclü bir kral idi. Bir gün o farslara hücum etmək qərarına gəlir və adamlarını Delfiyə göndərir ki, öyrənsinlər görək hücum edim ya yox. Gözünə döndüyüm kahin də deyirki, Farslara hücum etsən, böyük bir səltənəti məhv edəcəksən. Kral Croesus buna çox sevinir və Farslara hücum edir, amma öz səltənətini məhv edir. Yetim Kahinin sözlərini səhv yozubmuş. 
İkinci Kəhanət İstanbulun qurulması ilə əlaqədardır.
Yunanıstanda, Meqaradan yola çıxan Byzas, yeni bir şəhər qurmaq istəyir və kimə müraciət edir? Əlbəttə Delfi kahininə. O da deyir ki, "Korlar ölkəsinin qarşısında yaradacaqsan". Byzasın da beyni error verir, nə deyir a bala bu? -deyə. Nəsə fikirləşə-fikirləşə gəlib çatır indiki Sarayburnuna ordan da indiki Kadıköyə baxaraq deyir ki, "Bu korlar bu qədər gözəl yeri qoyub, düzənlikdə niyə şəhər qurublar?" və anidən Delfinin sözləri dınq edir və İstanbulu harda quracağını anlayır.

вторник, 10 декабря 2019 г.

Kahinlər və onların kihanətləri -1 Dodona kahini

Salam əziz mələzlər. Deməli bu gün sizlərə kitabda bütün bəlaların başlanğıcı olan kahinlər və onların kihanətləri haqqında məlumat verəcəyəm. Bəli KİHANƏT 😆 (lüğətimizi genişləndirək)
Günlərin bir günü Misirdəki Tebesdən iki qara göyərçin eyni anda uçaraq, biri Ammona, digəri isə Dodonaya gəlmişdi. Hər iki quş meşə ağacının budaqlarına qonub özlərini Zevsin rahibləri olaraq təqdim ediblər. Dodonadakı Zevs rahibləri də o gündən başlayaraq meşə ağacına qonan göyərçinlərin cəh -cəhlərini, ağac yarpağından çıxan səsləri və ya budaqlarına asdıqları metallardan çıxan səsləri dinləyərək onların mənalarını açıqlayarlarmış.
Ən qədim və yaşlı kahin Dodona kahinləridir ki, "Apollonun Vəzifələri" kitabında burdan bir xeyli söhbət açılır, hətta Apollona guya kömək edəcək "Dodona meşəsindən bir ox" xarakteri də olduqca maraqlıdır, xüsusilə ləhcəsi 😄 Səni Sənətə Sələsən Apollon :D :D 😁😁
Danışqdıqca, qaşqabaq tökür,
Saçlarını yellədərək, təsdiqləyir başı.
Taleyin möhürünü və tanrının razılığını;
Göylər qorxaraq alar xəbəri-
Və sarsılır Olimpiadanın ən dərin yeri.
Dodona meşəsindən gələn bu kihanətlə yeni bir vəzifə dalınca gedirəm. Görək Tanrılar bu səfər nə hoqqa çıxardıb. Hələlik 😉




Gözqamaşdırıcı Gleipnir (Qleypnir)

Skandinaviya mifologiyasına əsasən Gleipnir Fendirir zəncirləyən qızılı işıqla alışıb yanan bir növ kəndir idi. 
Skandinaviya tanrıları Fenriri qandallamaq üçün cırtdanlardan heç bir səbəblə qırılmayan xüsusi zəncir hazırlamağı istəmişdilər. Çox fikirləşdikdən sonra cırtdanlar 6 mövcud olmayan anlayışdan Gleipniri hazırlayırlar:
*pişik pəncəsinin səsi
*qadın saqqalı
*dağların kökü
*ayıların vətəri
*balığın nəfəsi
*quş tüpürcəyi
Bütün bu anlayışların vəhtədi əsrlər ərzində Fenriri öz tilsimində saxlayır. Ta ki, Magnus gəlib işləri korlamayana kimi.... 

суббота, 23 ноября 2019 г.

Orionla Artemida


Deməli keçən dəfə Orionun kimliyi, sevdiyi qadın, intiqam almaq istədiyi qaynata və nəticədə kor olmuş gözlərlə Okeanosa gəldiyi haqqında məlumat vermişdik. Onu da qeyd etmişdik ki, Eos ona vurulub, belə olan halda  pəs Artemida hardan çıxdı?😕 Başlayaq....
Helios Orionun gözlərini sağaldır, o da sevgilisi Eos ilə Delos  adasına gəlib ordan da Xiosa gedir ki, qaynatasından intiqam alsın. Çox axtarır amma onu tapa bilmir. Sən demə Hefistos onun üçün yer altında bir mağara tikib, pəs orda gizlənir. Yetim bundan xəbərsiz, Giritə gedir, düşünür ki, yəqin bu qaynata şələ-şüləsini yığıb babası Minosun yanına gedib. Əlqərəz yolda İlahə Artemida ilə tanış olur və bunlar bir-birilərinə aşiq olurlar. Mənim üçün də maraqlı olan bir sual EOS hansı cəhənnəmdəydi? ya da pəs EOS?  simsiz teleqramlar o haqqda heç nə demədilər 😁
Nəysə Artemida gözünə döndüyüm bu gəncin gözlərindəki intiqam qığılcımını söndürdü və özü ilə birlikdə ova çıxması üçün Orionu razı saldı. Hər yerdə qanqal kimi bitən Apollon yuyulmamış çömçə kimi hekayəyə daxil olur. Belə ki, Apollon Orionun EOSla birlikdə olduğunu bilir. Buna görə də sübh, hər gün utana-utana açılarmış. Apollonu birdə Orionun sözləri-"Yerdəki bütün vəhşi heyvanları sadəcə mən-Orion öldürə bilər." qıcıqlandırarmış. Apollon düşünür ki, bacısı da bu sözlərə əsəbləşər, tez gedib eşitdiklərini Artemidanın ovcuna qoyar amma kimin dediyini deməz. İlahə də bu ölümlüyə həddini bildirmək üçün nəhəng bir əqrəbi yerə göndərər. Orion onu görən kimi, ilk mızraqla, sonra isə qılıncla hücum etdi və görəndəki heç nə təsir etmir, özünü tulladı suya ki, Delos adasına üzsün. Məqsədi də EOS-un onu bu vəziyyətdən xilas edəcəyini düşünməsiymiş.(zəmanə tərsinə dövran edir indi-burda deyərlər ey) Elə bu anda Apollon bacısı Artemidaya səslənir "Bu dənizdəki Ortygiyaya tərəf gedən qara məxluqu görürsən? O sənə ibadət edən, Hyperborealı rahib Oposa təcavüz edən, zalımlığı ilə ad çıxardan Kandaon adındakı adamın başıdır. Səndən onu oxunla vurmağını istəyirəm!" dedi. Artemida əslində Kandaon adlı adamı tanımadığı üçün, nişan alıb oxu o başa tərəf göndərir. Artemida ovunun cəsədini dənizdən çıxartmaq üçün yaxınlaşanda onun Orion olduğunu gördü. Təbii ki, Orion ölmüşdü. Artemidanın dünyası dağılmışdı, son çarə olaraq Apollonun oğlu məşhur həkim Asklepiosun yanına getdi, bəlkə dirildər deyə amma Apollon böyük bir ildırım göndərərək onun işini bitirməsinə imkan vermədi. Artemida onu sonsuza qədər əqrəbin qovaladığı ulduzlar arasına qoydu. Bunlar baş verərkən də Orionun ruhu çoxdan Çirişotu Çəmənliklərinə getmişdi.
Bəzi mənbələrinə görə isə əqrəbin Orionu sancdığı üçün öldüyünü qeyd ediblər. Hekayələr çoxdu amma ən çox danışılanı sizlərlə paylaşdıq.
Qeyd edilən mifolojik adların bəzilərini olduğu kimi qeyd etdik.
Hə bir də istəsəniz, şərh də yaza bilərsiniz.
Hələlik 😂

вторник, 19 ноября 2019 г.

Nəhənglərinin ana vətəni

Biraz da məkanlarla tanış olaq.
Gördüyünüz mənzərə Jotun nəhənglərinin vətəni Jotunheimdir. (Yotunxeym)
Rəvayətə əsasən Jotunheim Midgardın şimalında Æsir (Asar) tərəfindən Bergelmir və onun sülaləsi üçün yaradılmışdı. Jotunheim-i Asgarddan İvinq çayı ayırır. Hökmdarı Trimdir. Jotunheimin əsas əhalisi Jotunnlar (yotunlar) əsas məskəni isə Utqardlardır. Bundan əlavə Jotunheimin "Dəmir meşə" və "Daş dağlar" adlı əraziləri də mövcuddur. Mengladın evi Gastropnir, Tiasinin evi Trimxeym də burada yerləşir. 


понедельник, 18 ноября 2019 г.

Dünyavi İlan

Dünyavi İlan Jormungandr.

Jormungandr (Yormunqand) tanrı Loki və Anqrboda nəhənginin övladıdır. Fenrir və Hellin qardaşıdır.  (Balta Abbas və Alexin də qardaşıdır 😀).  Canavarlar kateqoriyasına daxil olan Jormungandr yaşıl gözlərə və ilanvari xarici görünüşə malikdir. Digər adı Dünyavi İlandır.
Jormungandr Lokinin ortancıl oğludur. Odin tərəfindən dənizə atılaraq orada böyüyür, uzanaraq dünyanı sarır və sonunda öz quyruğunu dişləyir. Jormungandrın zəhəri o qədər qüvvətlidir ki, ağzını açan kimi Maqnusun paltarı əynində əriyir.
Biz Jormungandr ilə ilk dəfə "Yay qılıncı"  kitabında tanış olmuşuq.

воскресенье, 10 ноября 2019 г.

Aleks yoxsa Aleks?

Maqnus Çeyz və Torun Çəkici kitabından yaxşı tanıdığımız (və ya tanımadığımız .... ups spoiler) Aleks Fierro genderflüiddi və transgenderdi (biz onu daha çox qadın obrazında görürük).

Anası Skandinaviya tansırı Loki... bəli bəli düz oxudunuz ANASI 😀 (Səbəb? çünki Loki cild dəyişdirmək üzrə mütəxəssisdir). Atası isə naməlum şəxsdir. Qardaşları sırasına Fenrir, Yormunqand, Vali, Narvi, Sleypnir, bacıları sırasına isə balta Abbas khe khee Samirə Əl Abbas demək istədim və Hella aiddir. Həə nə deyək Aleks ailə cəhəhdən çox da populyar deyil... nəisə.
Aleks Valhallada yaşayan eynxeriylərdən biridir. Gözlərindən biri açıq qəhvəyi digəri tünd qəhvəyidir. Saçları tünd olsa da Aleks onları gözqamaşdıran yaşıl rəngə boyayır.
Aleks Bostonda yaşayırdı. Ölümündən sonra isə Samirə tərəfindən seçilərək Valhallaya aparılır və orada eynxeriyə çevrilir. Bu obrazla Torun çəkici və Ölülər gəmisi kitablarında daha yaxından tanış olmaq olar.

пятница, 8 ноября 2019 г.

Buynuzlu AKTEON

Akteon kimdir? Kitabı diqqətlə oxuyanlara səslənirəm yəqin ki Artemidanın əsəbləşəndə nələrə qadir olduğunu çox gözəl xatırlayırsınız...

🤔🤔🤔🤔
Akteon kiçik tanrılardan olan Aristeyin oğludur. Anası  Avtonoyadır. Silahı ox və yaydır.
Günlərin bir günü Akteon ova çıxır və təsadüfən eşitdiyi qızların gülüş səsi onu yolundan döndərir. Akteon səsin hardan gəldiyi marağı ilə  səs gələn istiqamətdə gedir. Çatanda isə Artemidanın öz nimfaları ilə buluqda çimdiyini görür. İlahi zəhmdən qorxub qaçmaq əvəzinə özünə söz keçirməyi bacarmayaraq baxmağa davam edir (təbii ki, gözəl qızların bulaqda çimməsi hər gün rast gəlinəcək mənzərə deyil, özüdəki hələ Artemidadırsa... 😋). Artemida Akteonun onları güddüyünü görür və çox qəzəblənir. Akteonun yalvarışlarına məhəl qoymayaraq onu marala çevirir. Qorxub qaçmağa çalışan Akteon isə öz ov itləri tərəfindən parçalanaraq ölür. Bu hadisə Koferon dağının yamacında baş verir.
Akteonla biz ilk dəfə Olimp qəhrəmanları "Olimpin qanı" kitabında tanış olmuşuq.

Hekayədən çıxan nəticə nədir?
Artemidaya çimməyə mane olmaq olmaz 😂

четверг, 7 ноября 2019 г.

Küləklərin atası...

Akvilon Yunan tanrısı olan Boreyin Romalaşmış formasıdır. Boreydən fərqli olaraq o daha sərt, dəqiq və vahiməlidir. Eləcədə Borey ilə müqayisədə Akvilon qəhrəmanlara və onların tapşırıqlarına daha çox can yandırır.
Avster haqqında məlumat verərkən Akvilonun onun qardaşı olduğunu qeyd  etmişdik. Bəli, Akvilon da ilahə Avrora və titan Astreyin oğludur. Yoldaşı isə Orifiya esab olunur. Xiona və boreadlar onun övladı, Favoniy, Avster, Volturn isə qardaşlarıdır. Avsterin əsas silahı onun sehri hesab olunur. Evi Kanadanın Kvebek şəhərindəki Borun sarayıdır.
Biz  Akvilon ilə ilk dəfə "Aidin evi" kitabında tanış oluruq. Hadisələr belə cərəyan edir ki, Borun sarayına gəlmiş Ceyson Qreys Bor ilə söhbət edərkən öz döyməsini ona göstərir. Bunu görən Borey dərhal cildini dəyişərək Akvilona çevrilir. Beləliklə də Boreydən heç gözü su içməyən Ceyson Akvilon ilə dil tapmağa başlayır.
Boreydən fərqli olaraq Alvilonun saqqalı yoxdur. O al üzlü Roma paltarında başında şaxtadan donmuş dəfnə yarpaqlı tac canlanır. qılınc yerində isı roma qılıncı olan qladius asılıb.

среда, 6 ноября 2019 г.

Gilavar yoxsa Avster?

Avster (Auster) Roma mifologiyasında Cənub küləyi və Yay tanrısı olaraq tanınır. Yunan mifologiyasından isə biz onu Not olaraq tanıyırıq.
Biz Avsterlə ilk dəfə Olimp qəhrəmanları silsiləsinin "Aidin evi" kitabında qarşılaşırıq. Kitabda o Ceyson Qreysə küləyin istiqamətini təyin etməklə bağlı məsləhər verir.
Roma mifologiyasında cənub küləyi qışda duman və yağış, yayda isə sağlamlığa ziyan vuran və quru olan külək gətirir. 
Avster ilahə Avrora və Astrey titanının övladıdı. İlk əsrlərdə onun həyat hekayəsinin necə cərəyan etməsi barədə çox da məlumat yoxdur. Bildiyimiz və Avsterin öz dilindən eşitdiyimiz budur ki, o Misir hökmdarı Belin məhsulunu məhv etmiş və onun bütün dəniz donanmasını suda batırmışdır.
Avster təqribən 3 m boylarında, ağ saçlarında dumandan tac dalğalanan, buladdan olan saqqalında isə daim şimşəklər çaxan bir tanrıdır. Sinəsinəki leysan yağışların ardı-arası kəsilmir. Ceyson hətta onu bir qədər islanmış Santa-Klausa da bənzədir.
Avster xaraktercə çox ləngdir. O heç vaxt, heç yerə tələsmir. Söhbət əsnasında çox zaman sözü dəyişərək özlüyündə maraqlı olan hekayələrdən danışmağa başlayır. Silahı küləkdie. Evi isə Afrikanən şimal sahillərində yerləşir.
 Akvilon, Favoniy və Volturnus Avsterin qardaşlarıdır.


вторник, 5 ноября 2019 г.

Abelyar və Eloiza

Abelyar kimdir?

Apollonun sınaqları silsiləsinin 3-cü kitabından tanıdığımız Abelyar Qrifon quşudur. O, öz dişisi olan Elioza ilə birlikdə Veysteyşndə yuva qurub. 
Abelyar Britomartidaya məxsus qrifondur. O, yabaniləşməyən nadir qrif quşlarındandır. Xarici görünüşcə şir boyda olan Abelyar açıq qəhvəyi rəngli dəriyə, narıncı qanadlara, qızılı-bəyaz yala malikdir, qartal başlıdır. 
Abelyar və Eloiza fransız filosofu olan Pyer Abelyar və onun sevgilisi eləcə də, gizli yoldaşı olan Eloizanın şərəfinə adlandırılmışdır. Onların faciəvi həyat hekayəsi ədəbiyyatda xüsusi maraq kəsb edir.

четверг, 5 сентября 2019 г.

Orion

Boiotia Hyrialı bir ovçu olan və ölümlülərin ən yaraşıqlısı sayılan Orion, Poseydon və Euryalenin oğluydu. Xiosdakı ( Saqqız Adası) Hyriaya gələndə Dionisin oğlu olan Oinopionun qızı Meropeyiyə vurulur. Oinopionda deyir ki, bəs qızı sənə verərəm amma gərək bizim elin hər tərəfinə yayılmış vəhşi heyvanları ovlayasan. Qəhrəmanımız da razılaşaraq başlayır heyvanları ovlamağa, hətta  hər axşam öldürdüyü heyvanın xəzini sevgilisinə göndərirdi ta ki, heyvanların axırına çıxana qədər. Əl qərəz krala Merope ilə evlənmək istədiyini bildirəndə, o da başlayır ki, ay dağlarda hələ də aslan var, nə bilim meşədə ayı var. qısaca söhbəti fırladaraq qızıyla evlənməsinə mane olmaq istəyir.  Niyə? bu mifalogiyadı çünki özü də qızına aşiq olmuşdu. ( Ta noldu ey bu)
Orion da o qədər qəzəblənir ki, gedib  o ki var içir və sərxoş olur, sonra da eləmə tənbəllik qızın yataq otağına girir vəə.......+18. Dan yeri ağarmağa başlayanda ata qeyrətə gəlir və Dionisə yalvarmağa başlayır ki, bəs kömək elə namusumu təmizləyim (gör ha namusss) Şərab tanrımız Dionis də gözünə döndüyüm Satirləri göndərir ki, bəs gedin Orionu içirdin. Orion sərxoş olan kimi Oinopion qeyrətə gələrək gəncin gözlərini çıxardır və halsız bədənini dənizin sahilinə tullayır. Bu anda bir kahin bu kor adamın şərqə Heliosun Okeanosdan doğulduğu yerə gedib göz yuvalarıyla onun dənizdən qalxmasını izləyərsə yenə görəbiləcəyini söyləyir, Orion da bunu eşidən kimi qayığa minərək Kiklopların çəkic səslərini təqib edərək Lemnosa gəlir( Lemnos haradı fikrim yoxdu) və Hefistosdan Kedalion adındakı köməkçisinin ona bələdçilik etməsini istəyir. Orionun çiynində oturan (oturmağa yer tapmadı :D) Kedalion Oriona Okeanosa çatana qədər yol göstərdi. Burada Helios Orionun gözlərini müalicə edərkən bacısı Eos da bu gəncə bir könüldən min könülə vurulur və bundan sonra Braziliya serialı başlayır. bu günlük bu qədər.

вторник, 25 июня 2019 г.

Orfeus - Nəğmələrin atası

Həə dedik ki, Orfeus nəğmələrin atasıdır, Apollon tərəfindən lira hədiyyə edilib və ona çalmağı öyrədib. Sevgilisinin arxasınca Tartarosa gedib, ancaq səhvi ucbatından onu həmişəlik itirmişdir.
Ondan sonra Orfeus yenə aləmə gözəl səsiylə nəğmələr oxumağa, məsləhətlər verməyə, Apollona ibadət etməyə davam etmişdir. Bir gün Şərab tanrımız Dionis Trakyanı ələ keçirdib amma bizim Orfeus ona təşəkkür, nə bilim qurban falan deməyib deyə, bunlar da azmış kimi camaatı başına yığıb -pis işlərlə məşğul olmayın- kimi məsləhətlər verib. Bir bonus da əlavə hər gün Pangaion Dağının zirvəsinə çıxaraq Apollona sitayiş edib və deyib :" Sən tanrıların ən yaxşısısan". Burda da Dionis qəzəblənir və anlıq qəzəblə Mainadlara Orfeusu öldürməyi tapşırır. (Belə yerdə deyirlər ey, keçinin əcəli çatanda , buynuzunu çobanın çomağına sürtür 😁 )Gözünə döndüyüm Mainadlar da yoldaşlarının Orfeusun rahib olduğu Apollon məbədinə girməklərini gözləyirlər və əvvəlcədən hazırladıqları silahları da götürüb məbədə hücum edirlər. Məbədi yandırırlar. Mainadlar yoldaşlarını bir -bir öldürüb Orfeusu tuturlar və onu parçalara ayırırlar. Başını isə Hebros Çayına tullayırlar. Baş da nə baş, çayda axıntı ilə gedən baş yenə gözəl nəğmələr oxuyarmış o vaxta qədər ki, Lesbos adasına gəlib çıxır. 
Əvvəldən axıra baş verənləri kədərlə izləyən Müz yəni ilham pəriləri usta şairin parçalanmış bədənini bir araya toplayırlar və cəsədi Olimp dağının ətəklərindəki Leibethraya basdırırlar. Toydan sonra nağara məsəlinə dönən Mainadlar günahlarından azad olmaq üçün əllərindəki qanı Helikorn Çayının sularında yumaq istəyirlər lakin Çay tanrısı qəflətən yerin dibinə girərək çayı qurudur və bu günahı daşımaqdan xilas olur. Mainadları həbs edirlərmi? Yox. Əvəzində Dionis onların hərəsini bir ağaca çevirir. Bu qətliamdan sağ çıxan ərlər isə yoldaşlarının bədənlərinə rahibləri öldürdükləri bəlli olsun deyə döymə etdirirlər ki, bu günlərdə izlərinə rast gəlmək olar kitab müəllifinə görə 😄
Təbiiki, bu mifologiyadırsa bir variant olmaz, gərək beynimiz yansın axı. Orfeusun ölümündə başqa ayıbçı variantlar da var. Guya Orfeus Mainadları zövq və şəhvətə görə qınayır, özü mələkmiş kimi camahatın kişisini də Homoseksuallığa təşviq edirmiş. Bunu görən Afrodita da Dionis qədər hirslənib və onu cəzalandırıb. 
Ətraflı oxumaq istəyən Robert Gravesin "Yunan Mitleri" kitabını  bir vərəqləsin 😋

воскресенье, 23 июня 2019 г.

Orfeus(Orpheus) Bədbəxt aşiq

Salam əziz mələzlər, işimizin çoxluğundan bloga daxil olmurduq. Amma uzun tətillər gəlir və sizə bolluca məlumatlar verəcəyik deyə ümid edirəm. Bu arada boş da oturmadıq, belə ki, Rick Riordanın "Apollonun vəzifələri" adlı kitabını bitirdik. ( Pis və yaxşı xatirələrlə 😕 sonra danışarıq 😟)
Belə bu gün sizə Orfeus haqqında məlumat verəcəyik. Şəkildən də gördüyünüz kimi əlində həmişə lira ilə təsvir olunan bu cavan oğlan bütün nəğmələrin atası hesab olunur.
Bəzilərinə görə Trakya Kralı Oiages və pəri Kalliopenin oğludur, bəzilərinə görə isə Kalliope ilə Apollonun oğludur. Kimin oğludur DNA testi aparmasalar da hamıya bəllidir ki, ölümlülər arasında ən böyük şair və musiqiçidir. Özündən razı Apollon da ona bir lira hədiyyə edir və çalmağı öyrədir. Liradan yüksələn möhtəşəm musiqi ahənginə bir də ozanın məlahətli səslə oxuduğu nəğmələr qarışanda ən vəhşi heyvanlar belə sakitləşir, göydə uçan quşlar onu dinləmək üçün yerə enir, hətta ağaclar və qayalar da sağa-sola sallanaraq musiqiyə qoşularlarmış (Zəlzələnin yaranmasının səbəbi :D) Bu gün də Trakyadakı Zone ərazisində bu musiqiyə qoşulan ağaclar, Orfesun onları qoyduğu fiqurda qalıblar ( nətər yəni ay bala, vallah mən də kitabın yalançısıyam)

Bəs deyirsiniz Bədbəxt aşiq, hanı?
Deməli bir gün Orfeus Misirdən qayıdanda bəzilərinin Agiopa dediyi Eurydikeyə vurulur və onunla evlənib Trakyadakı Kikone yerliləri arasında yaşamağa başlayır. Xoşbəxt günlər davam edərkən Eurydike çəmənlikdə çiçək toplayır və Aristaios adlı bir qaqaş uzaqdan onu görüb təcavüz etmək istəyir. Qadın da qaçarkən otların arasındakı ilanı tapdalayır və ilan da onu çalaraq onu öldürür. Həəə bu anda dillərdə məşhur olan əfsanə yaranır. Orfeus sevgilisini geri qaytarmaq ümidi ilə ölümlülərin yaşayarkən getməyə qorxduğu Tartarosa gedir. (Pəh eşqə bax ey!) Səfər zamanı Thesprotisdəki Aornuma açılan keçiddən istifadə edən Orfeus Tartarosa çatanda lirasını çalır və ətrafa yayılan ahəngli musiqi sadəcə Kharon, Kerber və Cəhənnəmin Üç Hakiminə təsir etməklə yanaşı ruhları lənətlənərək sonsuzluğa qədər əzab çəkməyə məhkum olan məhkumların kədərini bir anlıq da olsa unutdurur. Hətta Ölüm tanrısının mərhəmətsiz ürəyini belə bu musiqilərlə yumuşadır və Tanrı Orfeusun sevgilisinə qovuşmasına icazə verir. Amma Aidin bir şərti var idi: Orfeus Ölülər diyarından yer üzünə çıxıb günəşi görənə qədər onu izləyən sevgilisinə çönüb baxmayacaqdı. Eurydike Orfeusun lirasından çıxan nəğmələri təqib edərək qaranlıq pilləkənlərdən çıxmağa başladı. Orfeus günəş işığını görən kimi yoldaşının hələ də onu izlədiyini bilmək üçün arxaya baxır və hələ günəş işığına çatmayan sevgilisini sonsuzadək itirir.        ( Burda deyirlər ey 7 aylıqsan? Bəxtəvərin balası yaa, o qədər çətinlikdən keç nəysə, qismət döyülmüş )
Bəs sonrası? Ölmədi? Mən olsaydım arxasınca gedərdim  və sair və ilaxır.
Öz başına qayıda bilməzdi gərək vaxtı tamam olardı :D
Ardı növbəti məqalədə ;)
İstifadə edildi: Yunan Mitleri-Robert Graves
Əziz oxuyucular burada qeyd edilən adlar orijiinal adlardır. Sadəcə Orfeusu öz başımıza yazmışıq. ;)

среда, 17 апреля 2019 г.

Teseyin Minotavrı öldürdüyü boy

2-ci hissə
Əfsanənin yarısına kimi hadisələrdə ancaq Kritlilər vardısa, bundan sonra Afinalılar da əfsanəyə qatılırlar. Minos və Pasifayanın oğlu Androgeos, e.ə. 566 ildən bəri, dörd ildən bir Afinada keçirilən oyunlarda iştirak edərək bütün yarışların qalibi olurdu. Bu səfər oyunlar qəhrəman kral Laios şərəfinə Thebai şəhərində təşkil olunur və Androgeos da iştirak etmək üçün Afinadan yola düşür (gözün doysun da) vəə yolda Afinalıların sui qəsdi nəticəsində ölür. Bu bir versiyadı
İkinci versiyaya əsasən də Birbaşa Afina kralı Aegeus tərəfindən Marathona Krit öküzü ilə döyüşməyə göndərilən Androgeos, Marathonda öküz tərəfindən öldürülür. Hər iki halda ölür və Afinalıların bu işlə əlaqəli olması iki versiyanın sonu Minosun Afinaya müharibə elan etməsi ilə bitir. Afinalılar məğlub olur və hər il ( bəzi qaynaqlara görə ildə 1 və ya 7 ildən və ya 9 ildən bir baş verdiyini görürük) Minotavra qurban edilməsi üçün 7 oğlan və qız, ümumi 14 cavan göndərmək məcburiyyətində qalırlar. Afinanın bağrı qan ağlayır amma əldən nə gəlir heç nə. Əlqərəz 3-cü il yaxınlaşanda Aegeusun oğlu Tesey (Theseus) qeyrətə gələrək, Minotavrı öldürəcəyini, Afinanın bədbəxt taleyini yenidən yazacağına dair and içir. Burda əfsanə içərisindən əfsanə doğulur. Maraqlı bir mifolojik hekayədir yazacağım.
And içir, hazırlıqlar başlayır. Tesey Kritə gəmiylə gedəcək, qayıdanda isə əgər Minotavrı öldürüb sağ qalıbsa gəmisinə ağ yelkən taxılacaqdı. Yox əgər bu yolda ölübsə onda tayfası Yunanıstana yaxınlaşanda qara yelkən taxacaqdı. Tesey narahat atasını beləcə arxayınlaşdıraraq yola düzəlir. Teseyin işləri Kritdə yağ kimi gedir. Minosun iki qızı Ariadne və Phaedra hər ikisi Teseyi görən kimi bir könüldən min könülə ona vurulurlar. Bax bu məhəbbət Minotavra qalib gəlməkdə Teseyə kömək edir.( ah bu məhəbbət) Qızların böyüyü Ariadne bəzi mənbələrə görə Ariadne Teseye deyir ki, əgər eşqimə qarşılıq verəcəksənsə qalib gəlməkdə kömək edəcək və labirintin çıxışını ona göstərəcək, Tesey də onunla evlənəcəyinə söz verir 

(Dilim dilim olsun dilin) Ariadne Teseyə bir yumaq ip verir ki, başına dönüm labirintdə gəzdikcə iplə yolları işarələ. Nəhayət Tesey o günə qədər 28 Afinalını yeyən Minotavrla qarşılaşır. Qəhrəmanca döyüşən Tesey Minotavrı atasının qılıncı ilə öldürür.


Deməli bizim bu ağıllı qəhrəman atasına verdiyi sözü yadından çıxardar. Onu Sounion Burnunda gözləyən atası Aegeus, limana yaxınlaşan gəminin qara yelkənlərini görəndə elə zənn edir ki, oğlu ölüb və elə ordaca özünü aşağı ataraq canına qəsd edir. O gündən bəri də dənizin adı öz adıyla Aegeus ( Ege dənizi) adlanır. Bu faciənin nəticəsində isə Tesey kral olur.


среда, 13 марта 2019 г.

Minotavr

Bu məqalədə sizə tarix dərslərindən oxuduğum amma heç cürə dərk etmədiyim bir mifik obrazdan bəhs edəcəyəm, qarşılayın-- Minotavr. Kimdi? Kimlərdəndir? Gen dəyişkənliyi? Səbrlə oxuyaq.
Deməli Minotavr başı öküz, bədəni insan şəklində olan Yunan mifik varlığıdır. Əfsanəyə görə Krit (Girit) kralı Minosun oğlu olduğuna görə adı " Minosun Öküzü" mənasına gəlsə də, Minotavrın bioloji atası dəniz tanrısı Poseydon tərəfindən Minosa hədiyyə edilmiş Girit öküzüdür.
  Əfsanəyə görə Minotavrın anası (insan) Pasifaya, günəşi təmsil edən tanrı Heliosun ölümsüz qızıdır. Bacısı Kirke və qardaşı Aeetes kimi Pasifayada da cadugərlik (pharmakeia) gücləri vardı. Məşhur cadugər Medeanın atası Aeetes, əfsanəvi Qızıl Kürkün yerləşdiyi Kolkhis ölkəsinin də kralıdır. Bacısı Kirkə isə Kolkhis şəhzadəsi olan ərini öldürdükdən sonra öz adasına (Aiaia) gedir. Pasifayanın da bəxtində Girit adasının kralı Minosla evlənib Krit kraliçası olmaq vardı. 
  Oğlan evi də qız evindən geri qalmır, belə ki, Minos 2 qardaşı ilə bərabər Krit kralı Asterion tərəfindən böyüdülüb. Qeyd edək ki, Minos da Zevsin Avropadan olan oğludur. Həə Asterion öləndə Martinin yazdığı Taxt Oyunları canlanır və qardaşlarını sürgün edən Minos taxtda əyləşir. Taxt üzərindəki qovğalar zamanı Minos oturub Poseydona dua edir və deyir ki, "Ey Poseydon əgər bu mübarizədə məni dəstəkləyirsənsə, mənə ağappaq bir öküz göndər"(Çox yaradıcı duadır) Poseydon da ağappaq bir öküzü dənizdən Kritə yollayır. Minos bir şey də qeyd etmişdi, əgər qalib gəlsə bu öküzü qurban kəsəcəkdi. Amma Minos heyvanın gözəlliyinə heyran olduğuna görə, öküzə rəhmi gəlir və qurban olaraq heyvanlarından birini kəsi. 

Poseydon da Minosun onu aldatdığına görə çox əsəbləşir və əvvəllər sakit olan öküzü, qəzəbli bir öküzə döndərir. (Mustafasını de görək )
  İllər beləcə keçir, Minos Pasifaya ilə evlənir, 6 uşaqları olur. Amma Poseydonun hirsi hələ də soyumayıb. Poseydon intiqam almaq istəyir və bunu Pasifayaya ilə həyata keçirtmək istəyir. ( Tanrı da braziliya seriallarına çox baxıb, eh ay Persi) Belə ki, Kraliçanın ürəyinə Öküzlə çiftləşmək arzusunu salır. (Neynir ala bunlar 😳) Bədbəxt kraliça, qarşısını ala bilmədiyi bu arzu qarşısında nə edəcəyini bilmir və birdən ağlına ixtiraçı sənətkar Dedal (Daidalos) gəlir və ondan kömək istəyir. O da eləmə tənbəllik taxtadan düzəltdiyi inəyin üstünə heyvan dərisi qoyur, beləliklə də hərəkət etmə qabiliyyətinə malik inək automatonu(robotu) ixtira edir. İçində Pasifaya olan bu inək Öküzə yaxınlaşır 18+😵😵, inəyin içindəki Pasifaya bir tərəfdən yoldaşının günahının cəzasını çəkir, digər tərəfdən də öz təhlükəsizliyini qorumuş olur.

Əsl adı elə köhnə kral Asterion olan öküz başlı Minotavr bu əlaqədən dünyaya gəlir.
  Dünyaya göz açan canavar körpə Minotavrı Pasifaya əvvəllər digər uşaqlarından ayırmır (ana ürəyi) ona canı könüldən analıq edir, amma uşaq böyüdükcə sözün əsl mənasında buynuzları çıxır və vəhşiləşir. Bir müddətdən sonra lap əndazədən çıxır belə ki, insan ətiylə qidalanır. Minos da bilmir neyləsin, axırda dərdini Delfi kahinlərinə danışır (ah bu kahinlər) onlar da deyir ki, Minos bala get bir dənə labirint inşa etdir, Minotavrı da labirintin ortasına qoy. Minos kahinlərin dediklərinə əməl edir və sənətkar Dedal (Daidalos) yenə səhnəyə çıxır. Bu səfər ona indiyənə qədər eşidilməyən, tikilməyən böyüüüüük bir labirintin inşa edilməsi tapşırılır. (Ah kitabda o labirintdən nə çəkdik) Dedal və oğlu İkarosun Minosun Knossostakı sarayının qarşısında bənzərsiz məşhur Krit labirintini inşa edirlər. Labirintə girib Minotavrın olduğu yerə çatmaq, sonra qayıdıb çıxmaq olduqca müşgül bir məsələdir, imkansız dərəcədə çətindir. Ona görə də Minotavr heç vaxt bu labirintdən çıxa bilmir.
1ci seriyanın sonu...............
Hələlik
Mənbə: Üzümünü ye bağını soruşma Dionisin qəzəbinə də tuş gəlmə. Məlum düşərgədə direktorumuz odur.😇

понедельник, 11 марта 2019 г.

Kerber məşhur üç başlı it

Kerber Yunan mifologiyasında Yeraltı Dünyasının tanrısı Aidin üç başlı itidir. Kerberin vəzifəsi həm yaşayanları Aidin ölkəsinə girməklərinin həm də əfsanəvi Stix çayının digər tərəfinə keçmiş, ayağı Ölülər Dünyasına dəyən ruhların bir də ordan çıxmaqlarının qarşısını almaqdır. Anası Exidna atası Tifon olan bu iti Hesiodos öz Teoginasiyasında 50 başlı təsvir etsə də, hamı tərəfindən şərti şumda kəsilərək üç başlı qəbul edilmişdir. Əfsanəyə görə mifik qəhrəman Herakla verilən axırıncı vəzifə bu iti tutub gətirməkmiş ( day denən bıçağı sanc ürəyinə də bıy). Herakl da eləmə təmbəllik dur get Afina yaxınlıqlarındakı Eleusis kəndinə ki, ordakı Eleusis yəqin ki kahinləri sayəsində canlı olaraq Ölülər Diyarına necə girmək lazımdır öyrənsin, öyrənir də və öyrəndiklərini tətbiq edərək Kerberi ordan çıxardır.
Dəqiq üç başlıdır? 
Deməli qaynaqlarda gah üç, gah əlli, bir az da şişirdərək 100 olduğu haqqında məlumatlar var ( adama deyərlər görmüsənnnnn?) Bunlar azmış kimi Heraklit də deyib ki, guya bu Kerberin yanında həmişə 2 dənə bala yəni küçük var, ona görə də camahat Kerberi üç başlı qəbul edib. Nəysə əsas üç başlıdır. Yaxşı bəs niyə üç?
İtin üç başı bəzilərinə görə bu günü, keçmişi və gələcəyi təmsil edir, bəzilərinə görə isə uşaqlıq, gənclik və yaşlılığı təmsil edir..
Bə bu nə yeyir?
Sadəcə canlı və təzə ətə meyl salarmış. Qısaca ölülərə baxanda iştahı qaçırmış 😁
Exidna və Tifondan doğulan düz əməlli olmaz ha. Belə ki, Kerber ilan quyruqlu, aslan pəncəli və yalı ilanlardan ibarət olan bir itdir.
Bir çox yerlərdə adı keçib, məsəlçün Dantenin "İlahi komediya"sında, Rowlingin "Harry Potter və Fəlsəfə daşı" kitabında, bir də MİT tərəfindən yaradılan Kerberos protokolu var (şifrələmə texnologiyası haqqında maraqlananlar bilər)
Hələlik 😉😉
Mənbə: Mifologiya kitabı


суббота, 23 февраля 2019 г.

Titanomaxiya və ya Titanların müharibəsi

Titanomaxiya və ya Titanların müharibəsi, Yunan mifologiyasında insanlığın var olmasından əvvəl iki ilahi irq Titanlar və Olimplilər arasında 10 bəzi mənbələrə görə 11 il davam etmiş müharibəyə verilən addır. Titanların mərkəzi Othrys dağıdırsa, Olimplilərin ki, Olimp dağıdır. Bu müharibə Zevsin atası Krona qarşı Uranın uşaqları olan Kiklop və Hekatoxeynləri yerin altından çıxarması ilə başlayır. Zevs əvvəlcə Kronun qarnından əvvəllər udmuş olduğu Poseydon, Aid, Demeter, Hera və Hestianı çıxardır. Kiklop və Hekatoxeynlər Zevsə minnətdar olduqları üçün ona ildırımı və alovu hədiyyə edirlər. Beləcə də Zevs gücünə güc qatır. Deyir day burda mənəm bağddadda kor xəlifə 😆
Ot kökü üstə bitər sözünə qüvvət Zevs böyüyüb güclənərək Kronla dünya taxt tacı üstündə müharibə başladır (Habil Qabil yalan oldu). Bu müharibədə torpaq ana( aranı qatan) Geya və titan qardaşlardan bəziləri Kronu, Zevsin qardaş bacıları və anası Reya da Zevsin tərəfini saxlayır. Titan Okeanos və yoldaşı Tethys isə az aşım ağrımaz başım deyib bitərəf olurlar.
Müharibə Zevs və Demeterin Krona hücum etməsi ilə başlayır. Demeter Kronu idarə etdiyi torpaq təbəqəsinin içində saxlayır, hərəkət edə bilməyən Krona bu tərəfdən də Zevs hücum edir (adam kişi olar 🙈). Bu arada Kronu qorumaqda olan 7 kiklop (bə hamısını həps etmişdilər aa aa görr ey sən) əllərindəki zopayla Kronu həps edən təbəqəni qırırlar. Zevs yediyi qələti anlayır, onu da başa düşür ki, hələ Kronla kəllə kəlləyə gələ bilməz onda Aid və Demeterin qızı Persefonanın köməkliyi ilə yerin altında gizlənir.
Kron bu hücum haqqında Geyanın başçılığı altında olan Titan iclasında danışır və Titan-Tanrı müharibələri rəsmi sürətdə başlayır.
Fobe, Themis, Kron və Mnemosyne Zevsi suiqəsdlə öldürmək istəyirlər. Bunu həyata keçirtmək üçün də sülh istədiklərini deyib, səmimi olduqlarını göstərmək üçün də yarış tədbiri hazırlayırlar. Tədbirə Zevs, Aid, Persofone, Hera, Ares, Hermes, Afrodita və Poseydon gəlir, onsuzda şərtləri o idi ki, Kronun varisi Zevsin gəlməsi vacibdir. ( Hardadı sizin öngörücülüyünüz deyəcəm ammaaa..nəysə) Bu yarışda pərilər insanları səmaya qaldıracaq və ən hündürə qalxan pəri qalib gələcək. İnsanları daşımaqda aciz qalan kiçik pərilər də insanları əllərindən yerə salırlar və insanlar rəhmətlik olur. Titanlar bundan həzz alsa da, tanrıların zəhləsi gedir. İnsanlar da buna görə müharibənin digər mərhələlərində tanrıları ilahları olaraq qəbul edərlər və onlara kömək edərlər. (Can ay Persi )
Ardı növbəti məqalədə 

четверг, 14 февраля 2019 г.

PONT

Pontos və ya Pont Yunan mifologiyasında dənizin şəxsləndirilmiş adıdır. Adının mənası "Dərin dəniz"dir. Bəzilərinə görə Pont Geya və Efirin oğludur, Hesioda görə isə Geya onu özbaşına dünyaya gətirib. Qədim yunanlılar "ho pontos" deyəndə Aralıq dənizi bölgəsini nəzərdə tuturmuşlar.
Pontun adı heç bir qəhrəmanlıq əfsanəsində qeyd olunmayıb amma mifologiyaya əsasən "Qoca dəniz" ləqəbli Nereusun, sonra Poseydon tərəfindən taxtı əlindən alınacaq Phorkysin, dəniz məxluqatlarının anası olan Ketonun, dəniz ilahəsi Eurybianın və Telkhines adı verilən Rodos millətinin atasıdır. Yunan mifologiyasına əsasən elmə məlum olan bütün dəniz canlıları və balıq növləri, Pont ilə onun dişi qarşılığı sayılan dəniz ilahəsi Thalassadan yaranıblar.
Pont Roma mifologiyasında dənizdən çıxan nəhəng bir adam başı kim təsvir olunur. Belə ki, buynuzları xərçəng qısqaclarından ibarət olub, yaşıl rəngə çalan saqqalı var. Roma dövrünə aid mozaiklərdə çox vaxt qədim dəniz tanrıları xüsusilə Okeanos-Tethys cütlüyü ilə birlikdə təmsil olunur.
Pontun nəsil nəcabəti 😄😄
Forkiyin (Phorkys) bu günə qədər gəlib çatmış Helenistik dövrə aid mozaiklərdə balıq quyruqlu, xərçəng əlli, qızıl tikanlı bir varlıq olaraq təsvir olunub. Keto və Forkiy birləşməsindən çoxlu canavar və ya varlıqlar dünyaya gəlmişlər. (Yexidna, Graiai adı verilən "Boz cadugərlər" aralarında məşhur Meduzanın da olduğu Qorqonlar və Herakl tərəfindən öldürülən Ladon əjdəhası. Deyə bilərsizniz ki, bəs Ladon Tifonun oğlu deyildi? Cavab: Bu mifologiya ki, var bu çox qəliz məsələdir. Hər mənbədə bir şey qeyd olunub 
Mənbələr: Vikipediyalar, Mifologiya kitabları və müxtəlif dillərdə məqalələr

среда, 6 февраля 2019 г.

Tifonun Uşaqları

Tifon adlı yazımızda Tifonun uşaqlarının adını qeyd etmişdik. Bu gün isə onlar haqqında əlavə məlumat verəcik.

Sfink- hamı kimi mən də Sfinkslərin Misir mifologiyasına aid olduğunu düşünürdüm amma və lakin mənbələrə əsasən Sfinks Tifonun ən ağıllı övladıdır. Qadın başlı, qanadlı bir aslan kmi təsvir olunan Sfinks, əfsanəyə görə Hera tərəfindən Yunanıstanın Thebai şəhərinə göndərilib. O da şəhərin qapısında oturub yoldan keçənlərdən "tarixin ən məşhur tapmacasını" soruşarmış, cavabı bilməyənləri də boğub yeyərmiş. Bu Oidipusun onun qabağına çıxana qədər davam edir. Belə ki, Sfinks həmişəki qaydada Oidipusdan tapmacanı soruşanda, Oidipus düzgün cavabı deyir. Sfinks şoka girir. Cavabın düzgün tapılmasını həzm edə bilməyən Sfinks özünə qəsd edir və ya hikkəsindən həlak olur. 
Sfinksin ən məşhur sualı:
"Səhər dörd, günorta iki, axşamsa üç ayaqlı olan varlıq hansıdır? "
Həəə, Sfinks tərəfindən öldürülmək istəmirsinizsə cavabı tapın. Cavabla bizə də maraqlı olar 😉😉

Ladon Əjdəhası: Heranın əmriylə "axşam qızları" Hesperidlərin o məşhur baxçasını qoruyan Ladon Əjdəhası da bəzi mənbələrə görə Tifonun oğlanlarından biridir. Herakl Hesperidlərin baxçasındakı qızıl almaları götürməli olduğunda Ladonu öldürmüşdür.

Nemea Aslanı: Kürkünü öz pəncələrindən başqa heçnəyin soya bilmədiyi bu nəhəng aslanı öldürmək, Heraklın birinci vəzifəsiydi. Buna baxmayaraq əfsanəvi məxluqa nə ox nə də qılınc təsir etmirdi. Çətin bir güləşin axırında Herakl onu əlləriylə boğaraq öldürüb.


Hidra: Çoxbaşlı bir məxluq. Arqolis antik şəhərində, Lerna bataqlıqlraında yaşayan çox başlı bir canavarın adıdır. Hidranın nəfəsi bir insanı öldürəcək qədər zəhərliydi. Bu canavarın öldürülməsi Heraklın on iki vəzifə arasında 2-ci sırada yer alan vəzifədir. Atası Tifon və anası əjdahaların ilahəsi Yexidna olan Hidra Lerna gölündəki yuvası, ölümdən sonrakı dünya ilə insanların dünyası arasındakı qapının ağzında yer almaqda olub, Hidra isə bu qapının nəzarətçi vəzifəsini yerinə yetirirdi. Hidra öldürülməsinin çox çətin olmasının səbəbi kəsilən hər bir başın əvəzinə iki dənəsinin çıxması idi.



Ximera: Kürəyinin ortasından canlı bir keçi başı çıxmış, ilan quyruqlu, alov püskürən, çox güclü br dişi aslan təsəvvür edin.

вторник, 5 февраля 2019 г.

Tanrıları belə qorxudan TİFON

 
   Tifon - yunan mifologiyasındakı ən ölümcül canavardır və " bütün canavarların atası" ünvanına sahibdir. Tifon yunanca "tüstülənmək" mənasındadır. Yerin alov qüvvəsinin şəxsləşdirilmiş adı, Geyanın Tartardan olan oğludur. Nəhənglərin məhv edilməsindən sonra hiddətə hələn Geya tanrılardan qisas almaq üçün Tartar ilə cütləşərək Kilikiyada Tifonu dünyaya gətirir. Bu dəhşətli məxluq Geyanın uşaqlarının içində ən güclüsü olur. Qurşağa qədər insan, ondan aşağı əjdaha cildli olan, bütün bədəni lələklərlə örtülmüş bu məxluqun çiyinlərindən yüzlərlə ilan başları, ayaqlarından isə gürzələr çıxarmış. Onun başı ulduzlara, bir əli qərbə və digər şərqə çatarmış.  Qanadları və insan başından əlavə, saysız əjdaha başı varmış. ( niyə bizdə o əjdahadan yoxdu 😄 ) Tifonun yoldaşı da özü qədər məşhur olan Yexidnadır. O da "Canavarların anası" ünvanına sahibdir, maşallah 😁😁
Deməli Zevs Titanları Tartarosa həbs edəndə ağbirçək Geya bundan əsəbləşir və oğlu Tifonu tırkalayır ki, Zevslə döyüşsün. Tifonun səsi gələn kimi tanrılar ya Misirdə gizlənərlərmiş, ya da heyvan licminə girib qaçarlarmış. Ağbirçək də düşünüb ki, Zevs də Tifona qalib gələ bilməyəcək. Amma dövran tərsinə dövr edir və Zevs uzaqdan Tifona ildırımlarla yaxın məsafədən isə Kronun orağı ilə həmlələr etdikdən sonra onunla əlbəyaxa olur. Tifon ilan ayaqları ilə Zevsin bədəninə sarılaraq orağı qoparıb  onun əlinin və ayaqlarının vətərlərini yarır. sonra onu Kilikiyaya gətirərək mağaraya atmış olur. Onun vətərlərini isə ayı dərisinə bükərək mağarada gizlədir. Zevsin bic oğlu Hermes və Egipan (Pan) vətərləri tapıb Zevsin bədəninə yerləşdirirlər. Təzədən qüvvə toplamış Zevs Tifona hücuma keçir və onu Nysa dağına qədər qovur. Orada da bəxt ilahələri (Moirai adı verilən 3 ilahə, kitabda tez -tez rastlaşacaqsınız) araya girib Tifonla kiçik bir oyun oynayırlar. Ona gücünü geri qaytaracağına söz verdikləri bir içki içirdirlər ki, bu içki də Dionisin zəhərli üzüm suyu olur. Bundan sonra qaçdı -tutdu qaldığı yerdən davam edir. Tifonla Zevs Haimos dağları (Balkan dağları) adlı yerdə döyüşürlər. Belə ki, Tifon oradaki bütün dağ və təpələri qopardıb Zevsə tullayır. O da ildırımları iləa onları parçalayıb Tifonun üstünə göndəriri. Bu parçaların altında qalan Tifon dan elə bir qan dəryası axır k, o gündən bu günə o dağlara Haimos (qanlı) adı verilir. Nəysə hələ də yaşayan Tifon sürünə -sürünə Etna vulkanının yanına gələndə Zevs ildırımları ilə dağı yerindən qaldırıb, Tifonun təpəsinə endirir. ( Ay təpənə daş düşsün belə yerdə deyirlərmiş eyy 😀😄😄
Tifondan yaranan mifoloji məxluqlar
Sfinks
Kerberos və Orthros
Ladon Əjdəhası
Nemea aslanı
Hidra
Ximera
Hələlik 😘 Birdən şərh yazmaq qərarına gəlsəniz, utanmayın davam edin 😊😍 😉

вторник, 15 января 2019 г.

Zamanın yaradıcısı Kron

Kron -Yunan mifologiyasında Uranla Geyanın ən kiçik titan oğludur. Kron adının mənası da zaman deməkdir. Deyilənə görə Kron zamanı yaratmaqla kifayətlənməyib, yaratdığı zamanlarda səyahət də edirmiş ( Eynşteyn deyəsən bir mələz olub 😜) Atası Uranın cinsiyyət orqanını kəsib😱, taxtda əyləşən Titan Kron I nəsil tanrıların idarəçiliyinə son qoymuşdur və idarəçilik II nəsil yəni Titanların əlinə keçmişdir, buna görə də tarixdə vacib bir Tanrıdır. Atasını Tartarosa göndərdikdən sonra ürəyi yumşalıb qardaşları Kiklopları və Hekatonkheirləri Tartarosdan çıxardır amma peşman olub, geri göndərir. Nəzarətçiləri də Kampe olur. Kronosun hakimiyyətdə olduğu dövrə Qızıl Çağ deyilir.
Taxtda əyləşən Kron bacısı Reya ilə evlənir.
Qız uşaqları: Hestia, Demeter, Hera
Oğlan uşaqları: Aid (Hades), Poseydon, Zevs
Camahat uşağı olanda sevinir amma Kronos uşaqları doğulduqca dədəsinin başına açdığı oyun yadına düşür və bu azmış kimi Geya da " Bir gün sənin uşaqlarından biri sənin taxtında əyləşəcək" deyir bundan qorxduğuna görə də uşaqları doğulduqca onları yeyir. Bu səbəbdən Reya ilahəsi Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. 😎Keçi Amalfeya körpə Zevsi əmzdirmiş, Kuretlər onu qoruumuş və nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Böyüyüb başa çatdıqdan sonra Zevs atası Kronu əvvəlcə daşı, sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. Qardaşları Aid və Poseydonun köməyi ilə atasını əl çəkməyə məcbur edərək onun taxt -tacına sahib olurlar. Beləki, bütün yer üzünün tanrısı Zevs, yeraltı dünyanın -cəhənnəmin tanrısı Aid, dənizlərin tanrısı isə Poseydon olur.
Roma mifologiyasında Krona Saturn deyilir. 
Hələlik 😜