Salam əziz mələzlər, işimizin çoxluğundan bloga daxil olmurduq. Amma uzun tətillər gəlir və sizə bolluca məlumatlar verəcəyik deyə ümid edirəm. Bu arada boş da oturmadıq, belə ki, Rick Riordanın "Apollonun vəzifələri" adlı kitabını bitirdik. ( Pis və yaxşı xatirələrlə 😕 sonra danışarıq 😟)
Belə bu gün sizə Orfeus haqqında məlumat verəcəyik. Şəkildən də gördüyünüz kimi əlində həmişə lira ilə təsvir olunan bu cavan oğlan bütün nəğmələrin atası hesab olunur.
Bəzilərinə görə Trakya Kralı Oiages və pəri Kalliopenin oğludur, bəzilərinə görə isə Kalliope ilə Apollonun oğludur. Kimin oğludur DNA testi aparmasalar da hamıya bəllidir ki, ölümlülər arasında ən böyük şair və musiqiçidir. Özündən razı Apollon da ona bir lira hədiyyə edir və çalmağı öyrədir. Liradan yüksələn möhtəşəm musiqi ahənginə bir də ozanın məlahətli səslə oxuduğu nəğmələr qarışanda ən vəhşi heyvanlar belə sakitləşir, göydə uçan quşlar onu dinləmək üçün yerə enir, hətta ağaclar və qayalar da sağa-sola sallanaraq musiqiyə qoşularlarmış (Zəlzələnin yaranmasının səbəbi :D) Bu gün də Trakyadakı Zone ərazisində bu musiqiyə qoşulan ağaclar, Orfesun onları qoyduğu fiqurda qalıblar ( nətər yəni ay bala, vallah mən də kitabın yalançısıyam)
Bəs deyirsiniz Bədbəxt aşiq, hanı?
Deməli bir gün Orfeus Misirdən qayıdanda bəzilərinin Agiopa dediyi Eurydikeyə vurulur və onunla evlənib Trakyadakı Kikone yerliləri arasında yaşamağa başlayır. Xoşbəxt günlər davam edərkən Eurydike çəmənlikdə çiçək toplayır və Aristaios adlı bir qaqaş uzaqdan onu görüb təcavüz etmək istəyir. Qadın da qaçarkən otların arasındakı ilanı tapdalayır və ilan da onu çalaraq onu öldürür. Həəə bu anda dillərdə məşhur olan əfsanə yaranır. Orfeus sevgilisini geri qaytarmaq ümidi ilə ölümlülərin yaşayarkən getməyə qorxduğu Tartarosa gedir. (Pəh eşqə bax ey!) Səfər zamanı Thesprotisdəki Aornuma açılan keçiddən istifadə edən Orfeus Tartarosa çatanda lirasını çalır və ətrafa yayılan ahəngli musiqi sadəcə Kharon, Kerber və Cəhənnəmin Üç Hakiminə təsir etməklə yanaşı ruhları lənətlənərək sonsuzluğa qədər əzab çəkməyə məhkum olan məhkumların kədərini bir anlıq da olsa unutdurur. Hətta Ölüm tanrısının mərhəmətsiz ürəyini belə bu musiqilərlə yumuşadır və Tanrı Orfeusun sevgilisinə qovuşmasına icazə verir. Amma Aidin bir şərti var idi: Orfeus Ölülər diyarından yer üzünə çıxıb günəşi görənə qədər onu izləyən sevgilisinə çönüb baxmayacaqdı. Eurydike Orfeusun lirasından çıxan nəğmələri təqib edərək qaranlıq pilləkənlərdən çıxmağa başladı. Orfeus günəş işığını görən kimi yoldaşının hələ də onu izlədiyini bilmək üçün arxaya baxır və hələ günəş işığına çatmayan sevgilisini sonsuzadək itirir. ( Burda deyirlər ey 7 aylıqsan? Bəxtəvərin balası yaa, o qədər çətinlikdən keç nəysə, qismət döyülmüş )
Bəs sonrası? Ölmədi? Mən olsaydım arxasınca gedərdim və sair və ilaxır.
Öz başına qayıda bilməzdi gərək vaxtı tamam olardı :D
Ardı növbəti məqalədə ;)
İstifadə edildi: Yunan Mitleri-Robert Graves
Əziz oxuyucular burada qeyd edilən adlar orijiinal adlardır. Sadəcə Orfeusu öz başımıza yazmışıq. ;)
Комментариев нет:
Отправить комментарий