Helios Orionun gözlərini sağaldır, o da sevgilisi Eos ilə Delos adasına gəlib ordan da Xiosa gedir ki, qaynatasından intiqam alsın. Çox axtarır amma onu tapa bilmir. Sən demə Hefistos onun üçün yer altında bir mağara tikib, pəs orda gizlənir. Yetim bundan xəbərsiz, Giritə gedir, düşünür ki, yəqin bu qaynata şələ-şüləsini yığıb babası Minosun yanına gedib. Əlqərəz yolda İlahə Artemida ilə tanış olur və bunlar bir-birilərinə aşiq olurlar. Mənim üçün də maraqlı olan bir sual EOS hansı cəhənnəmdəydi? ya da pəs EOS? simsiz teleqramlar o haqqda heç nə demədilər 😁
Nəysə Artemida gözünə döndüyüm bu gəncin gözlərindəki intiqam qığılcımını söndürdü və özü ilə birlikdə ova çıxması üçün Orionu razı saldı. Hər yerdə qanqal kimi bitən Apollon yuyulmamış çömçə kimi hekayəyə daxil olur. Belə ki, Apollon Orionun EOSla birlikdə olduğunu bilir. Buna görə də sübh, hər gün utana-utana açılarmış. Apollonu birdə Orionun sözləri-"Yerdəki bütün vəhşi heyvanları sadəcə mən-Orion öldürə bilər." qıcıqlandırarmış. Apollon düşünür ki, bacısı da bu sözlərə əsəbləşər, tez gedib eşitdiklərini Artemidanın ovcuna qoyar amma kimin dediyini deməz. İlahə də bu ölümlüyə həddini bildirmək üçün nəhəng bir əqrəbi yerə göndərər. Orion onu görən kimi, ilk mızraqla, sonra isə qılıncla hücum etdi və görəndəki heç nə təsir etmir, özünü tulladı suya ki, Delos adasına üzsün. Məqsədi də EOS-un onu bu vəziyyətdən xilas edəcəyini düşünməsiymiş.(zəmanə tərsinə dövran edir indi-burda deyərlər ey) Elə bu anda Apollon bacısı Artemidaya səslənir "Bu dənizdəki Ortygiyaya tərəf gedən qara məxluqu görürsən? O sənə ibadət edən, Hyperborealı rahib Oposa təcavüz edən, zalımlığı ilə ad çıxardan Kandaon adındakı adamın başıdır. Səndən onu oxunla vurmağını istəyirəm!" dedi. Artemida əslində Kandaon adlı adamı tanımadığı üçün, nişan alıb oxu o başa tərəf göndərir. Artemida ovunun cəsədini dənizdən çıxartmaq üçün yaxınlaşanda onun Orion olduğunu gördü. Təbii ki, Orion ölmüşdü. Artemidanın dünyası dağılmışdı, son çarə olaraq Apollonun oğlu məşhur həkim Asklepiosun yanına getdi, bəlkə dirildər deyə amma Apollon böyük bir ildırım göndərərək onun işini bitirməsinə imkan vermədi. Artemida onu sonsuza qədər əqrəbin qovaladığı ulduzlar arasına qoydu. Bunlar baş verərkən də Orionun ruhu çoxdan Çirişotu Çəmənliklərinə getmişdi.
Bəzi mənbələrinə görə isə əqrəbin Orionu sancdığı üçün öldüyünü qeyd ediblər. Hekayələr çoxdu amma ən çox danışılanı sizlərlə paylaşdıq.
Qeyd edilən mifolojik adların bəzilərini olduğu kimi qeyd etdik.
Hə bir də istəsəniz, şərh də yaza bilərsiniz.
Hələlik 😂
Комментариев нет:
Отправить комментарий