четверг, 14 февраля 2019 г.

PONT

Pontos və ya Pont Yunan mifologiyasında dənizin şəxsləndirilmiş adıdır. Adının mənası "Dərin dəniz"dir. Bəzilərinə görə Pont Geya və Efirin oğludur, Hesioda görə isə Geya onu özbaşına dünyaya gətirib. Qədim yunanlılar "ho pontos" deyəndə Aralıq dənizi bölgəsini nəzərdə tuturmuşlar.
Pontun adı heç bir qəhrəmanlıq əfsanəsində qeyd olunmayıb amma mifologiyaya əsasən "Qoca dəniz" ləqəbli Nereusun, sonra Poseydon tərəfindən taxtı əlindən alınacaq Phorkysin, dəniz məxluqatlarının anası olan Ketonun, dəniz ilahəsi Eurybianın və Telkhines adı verilən Rodos millətinin atasıdır. Yunan mifologiyasına əsasən elmə məlum olan bütün dəniz canlıları və balıq növləri, Pont ilə onun dişi qarşılığı sayılan dəniz ilahəsi Thalassadan yaranıblar.
Pont Roma mifologiyasında dənizdən çıxan nəhəng bir adam başı kim təsvir olunur. Belə ki, buynuzları xərçəng qısqaclarından ibarət olub, yaşıl rəngə çalan saqqalı var. Roma dövrünə aid mozaiklərdə çox vaxt qədim dəniz tanrıları xüsusilə Okeanos-Tethys cütlüyü ilə birlikdə təmsil olunur.
Pontun nəsil nəcabəti 😄😄
Forkiyin (Phorkys) bu günə qədər gəlib çatmış Helenistik dövrə aid mozaiklərdə balıq quyruqlu, xərçəng əlli, qızıl tikanlı bir varlıq olaraq təsvir olunub. Keto və Forkiy birləşməsindən çoxlu canavar və ya varlıqlar dünyaya gəlmişlər. (Yexidna, Graiai adı verilən "Boz cadugərlər" aralarında məşhur Meduzanın da olduğu Qorqonlar və Herakl tərəfindən öldürülən Ladon əjdəhası. Deyə bilərsizniz ki, bəs Ladon Tifonun oğlu deyildi? Cavab: Bu mifologiya ki, var bu çox qəliz məsələdir. Hər mənbədə bir şey qeyd olunub 
Mənbələr: Vikipediyalar, Mifologiya kitabları və müxtəlif dillərdə məqalələr

Комментариев нет:

Отправить комментарий