вторник, 25 июня 2019 г.

Orfeus - Nəğmələrin atası

Həə dedik ki, Orfeus nəğmələrin atasıdır, Apollon tərəfindən lira hədiyyə edilib və ona çalmağı öyrədib. Sevgilisinin arxasınca Tartarosa gedib, ancaq səhvi ucbatından onu həmişəlik itirmişdir.
Ondan sonra Orfeus yenə aləmə gözəl səsiylə nəğmələr oxumağa, məsləhətlər verməyə, Apollona ibadət etməyə davam etmişdir. Bir gün Şərab tanrımız Dionis Trakyanı ələ keçirdib amma bizim Orfeus ona təşəkkür, nə bilim qurban falan deməyib deyə, bunlar da azmış kimi camaatı başına yığıb -pis işlərlə məşğul olmayın- kimi məsləhətlər verib. Bir bonus da əlavə hər gün Pangaion Dağının zirvəsinə çıxaraq Apollona sitayiş edib və deyib :" Sən tanrıların ən yaxşısısan". Burda da Dionis qəzəblənir və anlıq qəzəblə Mainadlara Orfeusu öldürməyi tapşırır. (Belə yerdə deyirlər ey, keçinin əcəli çatanda , buynuzunu çobanın çomağına sürtür 😁 )Gözünə döndüyüm Mainadlar da yoldaşlarının Orfeusun rahib olduğu Apollon məbədinə girməklərini gözləyirlər və əvvəlcədən hazırladıqları silahları da götürüb məbədə hücum edirlər. Məbədi yandırırlar. Mainadlar yoldaşlarını bir -bir öldürüb Orfeusu tuturlar və onu parçalara ayırırlar. Başını isə Hebros Çayına tullayırlar. Baş da nə baş, çayda axıntı ilə gedən baş yenə gözəl nəğmələr oxuyarmış o vaxta qədər ki, Lesbos adasına gəlib çıxır. 
Əvvəldən axıra baş verənləri kədərlə izləyən Müz yəni ilham pəriləri usta şairin parçalanmış bədənini bir araya toplayırlar və cəsədi Olimp dağının ətəklərindəki Leibethraya basdırırlar. Toydan sonra nağara məsəlinə dönən Mainadlar günahlarından azad olmaq üçün əllərindəki qanı Helikorn Çayının sularında yumaq istəyirlər lakin Çay tanrısı qəflətən yerin dibinə girərək çayı qurudur və bu günahı daşımaqdan xilas olur. Mainadları həbs edirlərmi? Yox. Əvəzində Dionis onların hərəsini bir ağaca çevirir. Bu qətliamdan sağ çıxan ərlər isə yoldaşlarının bədənlərinə rahibləri öldürdükləri bəlli olsun deyə döymə etdirirlər ki, bu günlərdə izlərinə rast gəlmək olar kitab müəllifinə görə 😄
Təbiiki, bu mifologiyadırsa bir variant olmaz, gərək beynimiz yansın axı. Orfeusun ölümündə başqa ayıbçı variantlar da var. Guya Orfeus Mainadları zövq və şəhvətə görə qınayır, özü mələkmiş kimi camahatın kişisini də Homoseksuallığa təşviq edirmiş. Bunu görən Afrodita da Dionis qədər hirslənib və onu cəzalandırıb. 
Ətraflı oxumaq istəyən Robert Gravesin "Yunan Mitleri" kitabını  bir vərəqləsin 😋

Комментариев нет:

Отправить комментарий