Akvilon Yunan tanrısı olan Boreyin Romalaşmış formasıdır. Boreydən fərqli olaraq o daha sərt, dəqiq və vahiməlidir. Eləcədə Borey ilə müqayisədə Akvilon qəhrəmanlara və onların tapşırıqlarına daha çox can yandırır.
Avster haqqında məlumat verərkən Akvilonun onun qardaşı olduğunu qeyd etmişdik. Bəli, Akvilon da ilahə Avrora və titan Astreyin oğludur. Yoldaşı isə Orifiya esab olunur. Xiona və boreadlar onun övladı, Favoniy, Avster, Volturn isə qardaşlarıdır. Avsterin əsas silahı onun sehri hesab olunur. Evi Kanadanın Kvebek şəhərindəki Borun sarayıdır.
Biz Akvilon ilə ilk dəfə "Aidin evi" kitabında tanış oluruq. Hadisələr belə cərəyan edir ki, Borun sarayına gəlmiş Ceyson Qreys Bor ilə söhbət edərkən öz döyməsini ona göstərir. Bunu görən Borey dərhal cildini dəyişərək Akvilona çevrilir. Beləliklə də Boreydən heç gözü su içməyən Ceyson Akvilon ilə dil tapmağa başlayır.
Boreydən fərqli olaraq Alvilonun saqqalı yoxdur. O al üzlü Roma paltarında başında şaxtadan donmuş dəfnə yarpaqlı tac canlanır. qılınc yerində isı roma qılıncı olan qladius asılıb.
Комментариев нет:
Отправить комментарий