Bu məqalədə sizə tarix dərslərindən oxuduğum amma heç cürə dərk etmədiyim bir mifik obrazdan bəhs edəcəyəm, qarşılayın-- Minotavr. Kimdi? Kimlərdəndir? Gen dəyişkənliyi? Səbrlə oxuyaq.
Deməli Minotavr başı öküz, bədəni insan şəklində olan Yunan mifik varlığıdır. Əfsanəyə görə Krit (Girit) kralı Minosun oğlu olduğuna görə adı " Minosun Öküzü" mənasına gəlsə də, Minotavrın bioloji atası dəniz tanrısı Poseydon tərəfindən Minosa hədiyyə edilmiş Girit öküzüdür.
Əfsanəyə görə Minotavrın anası (insan) Pasifaya, günəşi təmsil edən tanrı Heliosun ölümsüz qızıdır. Bacısı Kirke və qardaşı Aeetes kimi Pasifayada da cadugərlik (pharmakeia) gücləri vardı. Məşhur cadugər Medeanın atası Aeetes, əfsanəvi Qızıl Kürkün yerləşdiyi Kolkhis ölkəsinin də kralıdır. Bacısı Kirkə isə Kolkhis şəhzadəsi olan ərini öldürdükdən sonra öz adasına (Aiaia) gedir. Pasifayanın da bəxtində Girit adasının kralı Minosla evlənib Krit kraliçası olmaq vardı.
Oğlan evi də qız evindən geri qalmır, belə ki, Minos 2 qardaşı ilə bərabər Krit kralı Asterion tərəfindən böyüdülüb. Qeyd edək ki, Minos da Zevsin Avropadan olan oğludur. Həə Asterion öləndə Martinin yazdığı Taxt Oyunları canlanır və qardaşlarını sürgün edən Minos taxtda əyləşir. Taxt üzərindəki qovğalar zamanı Minos oturub Poseydona dua edir və deyir ki, "Ey Poseydon əgər bu mübarizədə məni dəstəkləyirsənsə, mənə ağappaq bir öküz göndər"(Çox yaradıcı duadır) Poseydon da ağappaq bir öküzü dənizdən Kritə yollayır. Minos bir şey də qeyd etmişdi, əgər qalib gəlsə bu öküzü qurban kəsəcəkdi. Amma Minos heyvanın gözəlliyinə heyran olduğuna görə, öküzə rəhmi gəlir və qurban olaraq heyvanlarından birini kəsi.
Poseydon da Minosun onu aldatdığına görə çox əsəbləşir və əvvəllər sakit olan öküzü, qəzəbli bir öküzə döndərir. (Mustafasını de görək )
İllər beləcə keçir, Minos Pasifaya ilə evlənir, 6 uşaqları olur. Amma Poseydonun hirsi hələ də soyumayıb. Poseydon intiqam almaq istəyir və bunu Pasifayaya ilə həyata keçirtmək istəyir. ( Tanrı da braziliya seriallarına çox baxıb, eh ay Persi) Belə ki, Kraliçanın ürəyinə Öküzlə çiftləşmək arzusunu salır. (Neynir ala bunlar 😳) Bədbəxt kraliça, qarşısını ala bilmədiyi bu arzu qarşısında nə edəcəyini bilmir və birdən ağlına ixtiraçı sənətkar Dedal (Daidalos) gəlir və ondan kömək istəyir. O da eləmə tənbəllik taxtadan düzəltdiyi inəyin üstünə heyvan dərisi qoyur, beləliklə də hərəkət etmə qabiliyyətinə malik inək automatonu(robotu) ixtira edir. İçində Pasifaya olan bu inək Öküzə yaxınlaşır 18+😵😵, inəyin içindəki Pasifaya bir tərəfdən yoldaşının günahının cəzasını çəkir, digər tərəfdən də öz təhlükəsizliyini qorumuş olur.
Əsl adı elə köhnə kral Asterion olan öküz başlı Minotavr bu əlaqədən dünyaya gəlir.
Dünyaya göz açan canavar körpə Minotavrı Pasifaya əvvəllər digər uşaqlarından ayırmır (ana ürəyi) ona canı könüldən analıq edir, amma uşaq böyüdükcə sözün əsl mənasında buynuzları çıxır və vəhşiləşir. Bir müddətdən sonra lap əndazədən çıxır belə ki, insan ətiylə qidalanır. Minos da bilmir neyləsin, axırda dərdini Delfi kahinlərinə danışır (ah bu kahinlər) onlar da deyir ki, Minos bala get bir dənə labirint inşa etdir, Minotavrı da labirintin ortasına qoy. Minos kahinlərin dediklərinə əməl edir və sənətkar Dedal (Daidalos) yenə səhnəyə çıxır. Bu səfər ona indiyənə qədər eşidilməyən, tikilməyən böyüüüüük bir labirintin inşa edilməsi tapşırılır. (Ah kitabda o labirintdən nə çəkdik) Dedal və oğlu İkarosun Minosun Knossostakı sarayının qarşısında bənzərsiz məşhur Krit labirintini inşa edirlər. Labirintə girib Minotavrın olduğu yerə çatmaq, sonra qayıdıb çıxmaq olduqca müşgül bir məsələdir, imkansız dərəcədə çətindir. Ona görə də Minotavr heç vaxt bu labirintdən çıxa bilmir.
1ci seriyanın sonu...............
Hələlik
Mənbə: Üzümünü ye bağını soruşma Dionisin qəzəbinə də tuş gəlmə. Məlum düşərgədə direktorumuz odur.😇
Комментариев нет:
Отправить комментарий