Günlərin bir günü bir Hindistanlı Şəhzadə Günəş ilahı olan Surya Devaya vurulur. Məhəbbəti o qədər güclü olur ki, eşqini ilaha bildirmək qərarına gəlir. Beləliklə də şəhzadə bütün cəsarətini toplayaraq Surya Devaya eşqini elan edir. Günəş ilahı isə "Olmaz" deyir və "nə etsək də bir-birimizin tayı ola bilmərik" deyir. Bu sözləri eşitdikdən sonra şəhzadə özünə qəsd edir və bədəni yandırılaraq, külləri yer kürəsinə səpilir. Küllərinin dəydiyi hər torpaqda yasəmən ağacı cücərir. Şəhzadə Günəşə o qədər küsür, o qədər ondan inciyir ki, onu görmək istəmir və ona görə Yasəmən çiçəyi ancaq gecələr açır və ətrini bütün dünyaya saçır düzzz sübhə qədər.
Sonralar hindlilər bu çiçəyə "ilahi ümid" adını veriblər. Eşq qədər uca və ümid qədər ilahi olduğuna görə. Çünki hər eşq yeni bir ümiddir axtaran və yaşayan üçün. Hər eşq, aşiq yox olub, küllərindən yenidən doğulana qədər ümidi içində saxlayır. Yasəmənlər kimi yeni bir həyatın çiçəklənməsi üçün sevən bir qəlb lazımdır.
Şəhzadə də olsan, kral da olsan, təkcə aşiq olmaq yetmir cücərməyə. Əgər hazırsansa külə dönməyə, bax o vaxt çevrilərsən yasəmənə. Sadəcə o vaxt çox gözəl ətrin olar və paylaşarsan digər insanlarla.
Mənbə: Yogadergisi
#Yasəmənçiçəyi #çiçək #hekayə #yasəmən #hindistan #hindmifologiyası #günəş #ilah #SuryaDeva #məhəbbət #love #flower #mythology #myth #story #flowerstory #lilac #india #ilahiümid #mitoloji #çiçek #сирень #мифология #sungodindia #sungod #god #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий