Huqin və Munin German-skandinav mifologiyasında Odinə xidmət edən qarğalardır.
Huqin - "düşüncə", Munin - "arzu və ya zəka" deməkdir.
Quşlar hər gün sübh çağında Midqarda gedir, axşam isə geri qayıdıb Odinə gördüklərini danışırlar.
Bu quşların görünüşü isə adi qarğalardan fərqlənmir. Uzun caynaqlar, qara dimdik və qara lələklər. Bu quzğunlar adi qarğalar kimi görünsələr də Odin onlara güclər bəxş etmişdir. İlkin ondan ibarətdir ki, Huqin və Munin gün ərzində bütün Midqardı dairə vura bilirlər, yəni gün ərzində dünyanın hər yanına uçub, geri qayıda bilirlər. İkincisi odur ki, hər iki quzğun kişilərin dilini başa düşür, hətta danışa bilirlər. Üçüncüsü isə bu quzğunların çox kəskin zəkası və mükəmməl müşahidə qabiliyyətləri var. Hər ikisi Odinin sadəcə xəbərçisi deyil, eyni zamanda sirdaşları və məsləhətçiləridirlər. Bundan başqa hər iki quzğun Odini müharibədə də müşayiət edirdilər çünki həm düşmənin hərəkətlərini Odinə çatdırırdılar, həm də atına istiqamət verməsinə, atını sağaltmasına kömək edirdilər.
Bəzi alimlər Huqin və Munini Odinin fylgjuru olduqlarına inanırlar. Fylgjur (adam nə deyə, nə də yaza bilir :D ) german-skandinav mifologiyasında ruh heyvanı mənasında işlədilir. Bu heyvanlar insanın öz xarakterini təmsil edir. Məsələn: Tülkünü fylgja olaraq işlədən adam deməli, çox hiyləgər bir insandır. Quzğunlar da german-skandinav mifologiyasında müdrikliyi təmsil etdiyinə görə onlar Odinin fylgjuru kimi qəbul edilir.
Digər alimlər isə bu quzğunların Odinin hamingjası olduğuna inanırlar. German-skandinav mədəniyyətinə görə ruh bir neçə ayrıla bilən hissədən ibarətdir. Haminqja da bu hissələrdən biridir və ruhun ən vacib hissəsi olmadığına görə kiçik işlərdə istifadə olunur.
Quzğunlar tarixdə
5,6 və 7-ci əsrlərdə quzğunları qızıl amuletlərdə (dua, həmayil), dəbilqə lövhələrində, çiyin lövhələrində görə bilərik. 9-cu əsrə aid Viking gəmisində Oserberq Qoblenində də bu quzğunları görə bilirik. İsveçrə, Danimarka, İngiltərədə insanlar güc və rəhbərlik üçün Huqin və Munini çağıran dualar oxuyurdular.
Quzğunlar ədəbiyyatda
Quzğunlarla Poetik Edda da və The Prose Edda da, həmçinin Heimskringlada da rastlaşırıq.
Huqin və Munin hər gün
Əngin Yer kürəsi üzərində uçurlar.
Mən (Odin) qorxuram ki,
Huqin geri dönməsin;
Lakin Munin üçün daha çox qorxuram.
Mənbə: Vikipediya, KızlarSoruyor
Qeyd: Bəzi adları orijinal saxlamışıq.
#German #Skandinaviya #Germanskandinaviya #mifologiya #HuqinVəMunin #HuginnMunin #Odin #Midqard #Midgard #mythology #PoetikEdda #TheProseEdda #Heimskringla #quzğun #qarğa #viking #amulet #Haminqja #Hamingja #fylgja #mitoloji #мифология #ХугиниМунин #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий