пятница, 30 апреля 2021 г.

FREYA (German- skandinav mifologiyası )

     

    Freya skandinav mifologiyasında dəniz tanrısı Njördın qızı və bərəkət tanrısı Freyrın bacısıdır. Freya eşq, bərəkət, ovsun (seidr), doğum, müharibə və ölüm ilahəsidir. 

    İlahənin Folkvangarda yaşadığına və çox gözəl olduğuna inanılır. Qədim irlandca Freyanın mənası "xanım" və ya "sahib"dir. İlahənin adını almanca qadın mənasında işlədilən frau sözü ilə də əlaqələndirirlər. Şimali Avropa dillərində geniş istifadə edilən Friday (cümə günü) sözü ilahənin şərəfində belə adlandırılmışdır və bu ilahəyə ibadət etmək üçün müqəddəs gün elan edilmişdir. 

    Brisingamen adlı boyunbağının, qartal tükündən hazırlanan plaşın (pelerin) sahibi olan Freyanın arabasını iki dənə pişik sürür. Hərdən qızıl dərili Hildeswin adlı qabanın üzərində səyahət edir. 

    Snorri Sturlusonun XIII əsrdə yazdığı Eddada bildirilir ki, Freya Odr ilə evlidir və onların Hnoss və Gersem adlı uşaqları vardır. Hə onu da deyək ki, bu ilahə qızıl gözyaşları məşhurdur. Necə qızıl? Deməli, bu ilahənin yoldaşı Odr yoxa çıxanda ilahə də kədərdən qızıl və ya kəhrəba göz yaşları tökürmüş. 

     Bir gün ilahə yerin altındakı Cırtdan krallığında gözəl bir boyunbağı görür və onu istəyir, ancaq cırtdanlar etiraz edir. İlahə sizcə necə razı salır onları? Şərti şumda kəsirlər ki, Freya cırtdanlarla bir gecə keçirdəcək, bunun qarşılığında isə ona boyunbağını verəcəklər və verirlər də. Brisingamen adındakı boyunbağı ovsunludur. Belə ki, boyunbağının sayəsində heç bir kişi Freyaya etiraz edə bilmir. (Ooooo) Bu boyunbağını Tor nəhəngləri aldatmaq üçün dəfələrlə istifadə edib. Loki oğurlayıb, Heimdal da geri gətirib. 

    İlahənin qartal tükündən plaşını geyinənlər isə  qartala çevrilə bilirlər.

    İlahənin ləqəbləri: Gefn, Hörn, Mardoll, Syr, Thrungva, Thröng, Valfreyja və Vanadjs.

#tanrı #ilahə #Freya #Freyr #Odin #Njörd #dəniztanrısı #eşqilahəsi #müharibəilahəsi  #bərəkətilahəsi #ovsunluboyunbağı  #Folkvangarda #Friday #cüməgünü  #Brisingamen  #Hildeswin #pelerin #qaban #pişik #Odr #cırtdan #cüce #Tor #Loki #Heimdall #god #Goddess #mythology #mifologiya


среда, 21 апреля 2021 г.

HYACİNTHUS və ya SÜNBÜLÇİÇƏYİ (Yunan mifologiyası)

Bu gün kimdən yazacağıq sünbülçiçəyinin gülə çevrilməzdən əvvəl yaraşıqlı bir şəhzadə olmağından və dədəsindən geri qalmayan Apollondan.

Əfsanəyə görə Hyacinthus Sparta şəhzadəsidir. Fövqəltəbii gözəlliyə sahib bu oğlana Apollon həmişəki kimi bir könüldən min könülə aşiq olur. Amma bu ikisi uşaqlıqdan bir yerdə böyüyürlər və bir-birlərinə elə o vaxtlardan aşiq imişlər. Bir gün bu ikisi disk atma oyunu oynayırlar. Apollonun atdığı disk ya küləyin təsirindən, ya da daşı sıyırdığından gedib Hyacinthusun başına dəyir və şəhzadəmiz oradaca can verir. Apollon buna çox pis olur. Aşiq olduğu bir insanın bu halda olmasına ürəyi tab gətirmir və istəyir ki, sevdiyi adam gül kimi xatırlansın. Hyacinthusdan axıb torpağa qarışan qan bir sünbülə çevrilir. Bu çiçəyin ləçəklərində Apollonun fəryadını (Al) və ya Hyacinthus adının baş hərfini görmək mümkündür άκινθος'. Apollon elə fəryad qoparır ki, onun gözündən axan yaşlar çiçəyin ləkəli görünməyinə səbəb olur. Tanrımız 3 gün yas saxlayır. 


Bəzi yazarlar Hyacinthus ölüm səbəbini başqa cür yazırlar. Belə ki, guya Zephyros Apollondan intiqam almaq istəyir çünki Zephyros da oğlana vurulur, sevgidə Apollona məğlub olar, ona görə də bu yetimi öldürür, bəziləri isə yazır ki, Boreas da Hyacinthusa aşiq olur və onu qısqanclıq zəminində öldürür. Onu da qeyd edək ki, Zephyrosla, Boreas külək tanrılarıdır. Guya Apollon başqa istiqamətdə atdığı diski külək tanrısı elə edir ki, disk gəlib Hyacinthusun başına dəyir. 

Hər il Amyklae şəhərində Apollonun şərəfinə keçirilən Sparta festivalı Hyakinthianın adı ilə anılır. İlk gün oruc tutulur, Apollon məbədinin içərisində olan Hyacinthusun məzarının önündə heyvan qurban edilir, ikinci gün isə musiqilərlə bol əyləncələr və idman oyunları keçirilirdi. 


Mənbə: Özhan Öztürk makaleleri

https://www.2mi3.com/adonishyacinthus


#HYACİNTHUS  #SÜNBÜLÇİÇƏYİ #mifologiya #yunan #yunanmifologiyası #sünbül #çiçək #Apollon  #Apollo #tanrı  #Zephyros #Boreas #Sparta #festival #məbəd #eşq #sevgi #love #mythology #god 

ŞƏŞƏ (Azərbaycan mifologiyası)

  Salam, əziz oxuyucular. Bu gün ilk dəfə oxuyanda mənə də maraqlı gələn bir şər ruh haqqında yazacağam. Əlimdə olan kitaba görə Şeşe Azərbaycan mifologiyasına aiddir. Hal elədirsə dedim bəs biz indiyənə qədər xoxandan başqa niyə heç nə eşitməmişik. Maşallah mənbələrimiz o qədər çoxdur ki, birini açırsan mini çıxır. Əlqərəz axır ki, bir məqalə ilə rastlaşdıq ki, sən demə Şəşə (Şeşə) talış miflərində daha konkret xarakterizə edilir və ona qarşı tətbiq edilən tədbirlər də daha konkretdir. Nə isə keçək məqaləyə.

    Şeşə və yaxud Şəşə Azərbaycan, türk və tatar mifologiyasında quldur quşun, talış inanclarına görə isə şər qüvvəli mələyin adıdır. Gecə qeyb aləmindən gələrək evdəki qırxı çıxmamış uşağın üzərində keçir və uşaq qapqara kəsilib ölür və yaxud evdəki körpə oğlan uşağının boğazından dimdikləyərək öldürür. Talış inancına görə isə uşaq doğulanın 6-cı günü "Şəşə-şəv" adlanır. Şəş- altı, şəv isə gecə deməkdir. Yəni 6-cı gün uşağı apara və ya öldürən mələyin adıdır. Bu gecədən uşağın sağ-salamat çıxması üçün həmin günün axşamı qadının qohum-əqrəbası uşağın otağına toplaşır və səhərə qədər yatmırlar. Uşağı Şəşədən qoruyurlar. Onlar düşünürlər ki, biz yatsaq, Şəşə gəlib uşağı oğurlayar, öldürər. Şəşə üçün bayırda, əsasən qapının üst dərasərinə yağlı çörək qoyurlar ki, Şəşə gəlib çörəyi yesin, onlardan razı qalsın, uşağa dəyməsin.

    Bu vaxt qadınlar Şəşədən ciddi sürətdə qorxmurlar. Hətta ona nifrət belə etmirlər. Onu yağlı çörəklə aldada bildikləri üçün xoşhal olurlar. Əsas məsələ qadınların hamısının sabahadək yatmamasıdır. Yatmış olsalar, uşağa və ya zahı qadına zərər toxunsa, günahı yatdıqlarına görə özlərində görürlər.

    Şəşəni tutan adam Şəşə anası və ya Şəşə atası sayılır və bu adamlar Şəşənin zərər vurduğu uşağı sağalda bilirlər. Şəşə tutulan kimi öldürülməlidir.

    Bəzilərinə görə yarasa Şəşə quşu olaraq bilinir. Ondan qorunmaq üçün yarasa ölüsünü çöl qapıdan asırlar. Bir də uşağa zərər verməsin deyə adını uşağın yanında demirlər və uşağın bələyinə iynə sancırlar.

Qeyd: Şəkil pinterestdən götürülüb və hekayə ilə əlaqəsi yoxdur. ;) 

Mənbə: https://tr.wikipedia.org/wiki/%C5%9Ee%C5%9Fe

https://avestatalysh.com/2017/04/19/talislarin-%C9%99n-q%C9%99dim-inam-v%C9%99-etiqadlari-%C9%99g%C9%99r-yanagin-qasinirsa/

#mifologiya #Azərbaycan #Azərbaycanmifologiyası #Şeşe #şəşə #sheshe #talış #inanc #talışinancları #şərruh #şər #quş #mythology #Azerbaijanmythology 


AXLUT (Eskimos mifologiyası)

 

Axlut (Akhlut)Eskimos mifologiyasına məxsus bir məxluqdur. Belə ki, insanları ovlamaq üçün sudan çıxıb, torpaqda gəzə bilən pis və təhlükəli bir məxluqdur. Əgər okeana gedən yolda canavar izləri varsa, deməli bu izlər Axluta aiddir və suyun altında gizlənib öz şikarını gözləyir. Axlut çox istəkli və fürsətçidir və suyun kənarında yatmış olsanız və ya kənarda gəzirsinizsə, şübhəsiz ki, sizə hücum edəcəkdir.

Çox vaxt okeana gedən və suya tullanan itlər pis niyyətli Axlut deyə bilinir. Bu məxluqu canavarla qatil balina qarışığı şəklində təsvir edirlər. Quruda canavar kimi gəzdikdən sonra, suya qayıdaraq balina olur. Deməli, quruda olarkən adı "kak-whan-u-ghat kig-u-lu'-nik'i"dir. 

Bu məxluqun yaranması ilə bağlı bir çox rəvayət vardır ki, bunlardan ən məşhuru budur. Belə ki, bir gün okeanı çox sevən bir adam var imiş. O qədər okeana aludə olub, onunla vaxt keçirdir ki, kəndinə qayıdanda heç kim onu tanımır və sonralar onun kənddən çıxmasına qadağa qoyulur. Bu da bir gün təkcə meşəyə gedir və o qədər ac olur ki, canavar sürüsünə qatılır və onlardan biri olur. Günlərin bir günü yenə okean sevgisi ağlına gəlir və qaçaraq suya hoppanır və elə o andaca qatil balinaya çevrilir. O gündən sonra suda balina, quruda isə intiqamını alan canavar olur. 


Mənbə: https://arjungwriter.com/2018/05/30/mythical-creature-the-akhlut-an-inuit-orca-wolf-hybrid-with-writing-prompt/

https://cryptidz.fandom.com/wiki/Akhlut


#mifologiya #inuit #eskimos #eskimosmifologiyası #Axlut  #Akhlut #qatilbalina #canavar #ruh #məxluq #mythology #creature #okean 

HURACAN (Maya mifologiyası)

    


 Huracan Maya mifologiyasında şimşək, alov və külək tanrısıdır. Popol Vuhda U K'ux Kaj "Səmanın qəlbi" olaraq bilinir.  Bir ayağı insan ayağı, digər ayağı isə ilan kimi olub, qıvrılan bir yaradılış tanrısıdır. Adının mənası isə "tək ayaqlı" deməkdir. Mayalıların inancına görə dünyanın yaranmasında böyük rol oynamışdır. Tanrıların sevmədiyi insan versiyalarından birinin sel vasitəsilə məhv edilməsi onunla əlaqələndirilir. Torpağın yenidən görünməsi üçün "torpaq" deyərək təkrarlayır və onun dənizdən çıxmasını təmin edir. Həm mayalılar, həm azteklər üçün əkin sahələrini məhv edən qasırğalar çox vacibdir və ona görə bunları idarə edən tanrılar da olduqca önəmlidir. 

    Azteklərin qasırğa tanrısı Tezcatlipoca da bir çox xüsusiyyətlərinə görə Huracana bənzəyir. Tezcatlipocanın mənası "dumanlı ayna" deməkdir. Qeyd edək ki, Huracanın alnında da bir ayna var və ayna dumanlı olduğu təqdirdə deməli, qasırğa və küləklər başlayacaqdır. 



    Təsvirlərdə bəzən bir balta, yanan bir məşəl, siqarla təsvir edilir.

    Huracanın üç tanrı köməkçisi və ya təcəssümü var idi: Kakulha-Huracan (şimşək), Chipi-Kakulha (şimşək çaxması) və Raşa-Kakulha (ildırım izi).

    Huracanın elçisi mifik Vok quşu idi.

Mənbə: wikipedia


понедельник, 19 апреля 2021 г.

STRİGOİ (Ruminiya mifologiyası)

 


Strigoi Ruminiya mifologiyasında qəbirlərdən çıxan lənətli ruhlardır. Rumincə mənası "qışqırmaq" deməkdir. Bəzi strigoilər  yaşayıb, sehirli güclərə malik insana çevrilə bilirlər. Bu məxluqların dişilərinə isə "striga" deyilir. Strigoilər bəzən zombi vampir kimi bilinirlər. Xüsusiyyətləri isə heyvana çevrilmək, ölümsüzlük, günəş işığına dözümlü olması və qurbanlarının qanını boşaldaraq öldürməkdir. Strigoi bir növ cadugərdir. Kəndlilərin taxılını və südünü oğurlayır, yağışı dayandırır və istəsə dolu belə yağdıra bilir. Qurbanları ümumiyyətlə insanlar və mal-qaradır. Ölü strigoilər yaşayanlara nisbətən daha təhlükəli və şeytanidir. 

Bir strigoidən xilas olmaq üçün ürəyini çıxardıb ikiyə bölmək, alnına mismar vurmaq, dilinin altına bir diş sarmısaq qoymaq və bədənini donuz piyi ilə ləkələmək lazımdır. 

Mənbə: Mitolojikdünya

#mifologiya #Ruminiya #Ruminmifologiyası #vampir #qurdadam #striga #Strigoi #ruh #məzar #mythology 

пятница, 16 апреля 2021 г.

Biçura ( Türk xalqlarının mifologiyası)

 


Biçura - türk və tatar mifologiyasında anbar cinidir. Bayçora olaraq da bilinir. Evlərdə və zirzəmilərdə yaşayır. Qırmızı geyimli qadın qılığında təsvir edilir. Ümumiyyətlə evdə, ocağın arxasında və ya anbar və ya dam altında yaşayır. Heç çəkinmədən səs-küy edər. "Küves" deyilən içkini çox sevir.  İnsanların yeyib bitirə bilmədiyi bütün yeməyi o yeyir. Hirslənəndə isə qabları qırıb, yeməyi də tökərək evdən uzun müddət uzaqlaşır. 

Bu cin çirkli yerlərdə yaşamağı sevir və təmiz yerlərdən zəhləsi gedir. Buna görə də ondan xilas olmaq üçün ilk şərt evi təmiz saxlamaqdır. Birdən bağırar, gülər, oynayar, zarafat edər, yatan insanı yatağından alıb başqa yerə daşıyar. Çox vaxt evdəki əşyaların yerini dəyişir və ya gizlədir. Ən sevdiyi əşyalar qayçı, iynə, bıçaq, açardır.  Gecə bağlı qapıları açır və ya açıq olanları bağlayır. Bəzən də yanğın törədir. Ocaq qalanmayan evləri sevirmiş, ona görə də tatarlar yeni ev tikəndə hər şeydən əvvəl evdə ocaq qalayarlarmış. Hər evdə də hökmən ocaqlar olarmış. 

Bay (güclü) və Çor (cin) sözlərinin birləşməsindən əmələ gəlmişdir. 


Mənbə: Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011

#mifologiya #türkxalqlarımifologiyası #türk #tatar #cin #Biçura #Bayçura #Bichura #evcini #mythology