Arkadiya kralı Aleos hər gün mütəmadi olaraq məbədi ziyarət edir. Bir gün yenə ziyarət edərkən kahinlərdən öz soyunun və ölkəsinin taleyini soruşur. Təəssüf ki, xəbərlər çox pis idi. Belə ki, Kahinlər belə bir məlumat verir: "Sizin oğlanlarınız qızınız Augenin döyüşçü oğlu tərəfindən öldürüləcək. Yəni nəvəniz oğlanlarınızı öldürəcək." Apollonun kahinlərinə inanmamaq olar? Kral dəhşətə gəlir. Sarayında yüz ölçüb, bir biçir və qərara gəlir ki, qızını rahibə etsin. Belə ki, qızı heç vaxt evlənməyəcək, müqəddəs bir dişi olduğu üçün heç kim ona toxunmayacaqdır. Bundan sonra gözəlliyi ilə hər kəsi məst edən Auge İlahə Afinanın məbədində rahibə olur. Ancaq bir gün Herakl ilə Auge qarşılaşır və taledə nə yazılıbsa, o da baş verir. Auge yer kürəsinin ən güclü kişisindən hamilə qalır. Təbii bunu eşidən Kral əsəbindən nə edəcəyini bilmir. Qızı belə bir xainliyi necə etmişdi? Nəsə kral ən güvəndiyi insanı Naupliosu yanına çağırır və qızını dənizdə öldürmə əmrini verir. Səhərisi gün Auge ilə Nauplios bir qayığa oturub, dənizə açılırlar. Ancaq Nauplios qızı öldürmür.Augesin doğum sancıları tutanda bir adaya çıxırlar və Auge oğlu Telefos Parthenion Dağında dünyaya gəlir. Nauplios da hər ikisini tacirlərə satır, lakin tacirlər uşağı istəmədiklərinə görə Telefos dağda tək başına qalır. Auge isə Mysiaya gətirilir və kral Teuthras qızı tacirlərdən xilas edir və doğma övladı elan edir. Dağda qalan Telefos Tanrıların öz qanlarından olduğuna görə tək olmur, belə ki, dişi bir maral uşağa analıq edir. Bir müddət sonra Herakl oğlunu tapır və anasının başına gələn əhvalatı ona danışır. İllər keçdikcə Telefos güclü və bacarıqlı bir döyüşçü olur və anasını axtarmağa başlayır. Kahinlər də onu Mysiaya yönləndirirlər. Bu səfərdə Telefos 2 nəfərlə qarşılaşır və aralarında söz-söhbət böyüyür və dava-dalaş başlayır. Bu döyüşdə Telefos iki nəfəri öldürür. Həmin bu iki nəfər də Telefosun öz dayıları olur. Kralın qorxduğu tale reallaşır. Nəysə Mysia da bu ərəfədə müharibədə imiş, Telefos də krala qalib gəlməyə kömək edir və kral hədiyyə olaraq Telefusu öz qızı ilə evləndirmək istəyir. Əlqərəz heç bir şeydən xəbəri olmayan 2 nəfər ailə qurur və gecə bir ilan yataq otağına daxil olub, onların ana və oğul olduqlarını deyir və tragediyanın qarşısı alınır. Telefos da anası ilə deyil, gözəl Hiera ilə evlənir. Kral Teuthras ölkəsinin yarısını ona verir. Öz krallığını qurmaq istəyən Telefos əlverişli yer axtarır və Perqamonun salındığı təpəni seçir.
#mifologiya #yunanmifologiyası #Telefos #Telephos #mythology #greek #Bergama #Pergamon #Teuthras #Auge #Herakl #ARQONAVTLAR #mitoloji
Комментариев нет:
Отправить комментарий