четверг, 25 февраля 2021 г.

AMAT (Misir mifologiyası)

 Misir mifologiyasında Amat (Ammut, Ammet, Ammit, Amam, Amemet, Amemait) Maatın salonunda yaşayırdı. Qədim Misirdə Duatda ölülərin qəlbləri Anubis tərəfindən ölçülürdü. Tərəzinin bir gözündə ölənin qəlbi, digər tərəfində isə Maatın bir lələyi olur. Əgər qəlb lələkdən yüngül olarsa, yeraltı tanrısı Osiris o adam haqqında qərar verirdi, yox qəlb tükdən ağır olurdusa o zaman ürəyi də, ruhu da Amat yeyirdi və Aaruya getməyinə imkan vermirdi.

Misirlilər Amata ibadət etmirdilər və onu bir ilahə kimi qiymətləndirmirdilər. Bədəni ilə ön ayaqları aslanın, arxa ayaqları begemodun, başı isə timsah kimi təsvir olunurdu.  Misirlilərin gözündə Amat şeytana bənzər bir məxluq idi. 

"Sümük yeyən", "Ürək yeyən", "Böyük ölüm" kimi ləqəbləri vardır. Bəzi adət-ənənələrə görə isə Amat alovlu kölgədə gözləyərək, dəyərsiz qəlbləri yemək əvəzinə bura atırdı. Ağır günahkarların qəlblərini yeyir və mədəsində əridirdi.


#Amat #Ammit #mifologiya #misir #misirmifologiyası #məxluq #Anubis #qəlbyeyən #Maat #Duat #yeraltı #Osiris #tərəzi #ruh #mythology #egypt #aslan #begemot #timsah #əfsanə #leopar 

понедельник, 8 февраля 2021 г.

Erinilər (Yunan mifologiyası)


 Erinilər yunan mifologiyasında it başlı, ilan saçlı, yarasa qanadlı mərhəmətsiz qisas ilahələridir. Roma mifologiyasında  adları Furi (Furiae -çılğınlar) və Diraedir.

Uranın cinsiyyət orqanı oğlu Kron tərəfindən kəsiləndən sonra axan qan Geyanın (torpaq ana) üzərinə düşür və Erinilər yaranır. Erinilər Ölülər ölkəsində Erobos adı verilən qaranlıq ərazidə yaşayırlar. İlk vaxtlar əllərində məşəl və qamçı ilə təsvir olunsanlar da Homerdən başlayaraq ailədən və ya qohumlardan birini öldürənlərin arxasınca düşən məxluqlar, Ölülər ölkəsində yaşayan cəhənnəm iblisləri kimi təsvir olunmağa başlamışdılar. 

Yunan tragediya yazarları Eriniləri "Gəcənin qızları" kimi yad etmiş və 3 nəfər olduqlarını bildirmişdilər. Onların adları: 

Allekto (amansız) - Əxlaqi cinayətlərin cəzalandırıcısı

Megera (Megaira- qısqanc)- Xəyanətin cəzası, andı pozanlar və oğurluq

Tisifona (Teisiphona -intiqam alan) - Qatillərin cəzalandırıcısı

Sonrakı dövrlərdə Erinilər xoş sifətləri ilə bilinmişdir, hətta Eumenides (Dostlar) və Semnai ( hörmətedilən) kimi adlarla yad edilmişdilər.

Erinilərin şərəfinə Afinada bir məbəd tikilmişdir, bundan başqa Areiopagus yaxınlığındakı bir mağarada onlara ibadət edilirmiş. Bir də onların şərəfinə hər il Eumenideia adlı bir festival da keçirilirdi. Bundan başqa Erinilərə Maniaia adıyla bilinən Meqapolisdə hörmət edirdilər. 


Erinilər, qədim yunan ədəbiyyatının bir çox əsərində tez-tez təkrarlanan Orestes mifində yer alır.




Mənbə: Vikipediya və Mitoloji kitapları

Qeyd: Bəzi adları olduğu kimi saxlamışıq.




#Erinilər #Erinyes #Furiae #Dirae #Uran #Kron #Geya #Gaia #Erobos #Homer #iblis #Allekto #Allecto #Megera #Megaira #Tisifona #Teisiphona #Eumenides #Semnai #Afina #Athena #Areiopagus #festival #Orestes #mifologiya #mythology #god #goddess #sisters #tanrı #ilahə #yunanmifologiyas #romamifologiyası #ARQONAVTLAR


воскресенье, 7 февраля 2021 г.

İlk insanı yaradan NÜWA (Çin mifologiyası)

    Günlərin bir günü Nüwa yer kürəsində gəzməyə başlayır və ilk dəfə tək olduğunu hiss edir. Dünya olduqca gözəl yer idi, lakin eyni zamanda tənha idi. Buna görə ilahə Nüwa qərara gəlir ki, dünyada yaşayacaq canlılar yaratsın. Birinci gün gildən toyuq, 2-ci gün it, 3-cü gün quzu, 4-cü gün donuz, 5-ci gün isə bir at yaradır və onlara nəfəs verir. Heyvanlar o dəqiqə ilahənin ətrafında qaçmağa başlayırlar. İlahə yaratdıqlarının qəribə davranışlarını görür və təbiətin tənzimlənməsi üçün daha böyük heyvanlar yaratmağa başlayır. lakin nə qədər böyük yaradırsa yaratsın, heyvanlar ağıldan və bilikdən məhrum idilər. 

    Bir gün çay qırağıda dincələn ilahə suda öz əksini görür və qəfildən özü kimi gözəl, ağıllı varlıqlar düzəltmək istəyir. Beləcə yaxşı sarı gildən gözəl və güclü bir heykəl düzəldir, onlara quyruq əvəzinə ayaq bəxş edir, günlərini həsr etdiyi heykələ nəfəs üfürür və beləliklə də "Yang" nəfəsini alan ilk müdrik kişi yaranır. Sonra isə əvvəlkindən daha zərif və balaca olan, "Ying" nəfəsini alan qadını yaradır və ona nəfəs verir. İlk yaratdıqlarına baxdıqca sevinən ilahə günlərini yeni heykəllər yaradıb, onlara nəfəs verməklə keçirdir. Etdiyi işdən çox yorulan və taqəti qalmayan ilahə başa düşür ki, dünyada yaşayacaq və mədəniyyətlər quracaq insanları yaratmağa nə vaxtı, nə də gücü çatacaq. Beləliklə ilahə Nüwa bir dağın zirvəsinə qalxır. Burada əvvəllər insan düzəltdiyi gildən bir hovuz düzəldir və həsirdən düzəltdiyi ipi hovuza salıb -çıxardır və başının üstündən silkələyir. Nəticədə ətrafa sıçrayan gildən kobud, zəif insanlar yaranmağa başlayır. Beləcə sarı gildən və ilahənin öz əlləri ilə düzəltdiyi insanlar nəcib və müdrik oldular, həsirdən yaradılanlar isə sadə və yoxsul oldular. 

    İlahə Nüwa bir neçə müddət sonra bir problemlə qarşılaşır. Belə ki, bütün kişi və qadınlar yaşlandıqca ölməyə başlayırdılar. Həyatı davam etdirmək üçün ilahə Nüwa qərara gəlir ki, insanlar ailə qurub, gələcək nəsilləri yetişdirməlidir. Buna görə də ilahə, insanlara sığınacaq düzəltməyi, meyvə və toxum yığmağı və ovçuluğu öyrətdi. 


#mifologiya #çinmifologiyası #çin #Nüwa #ilahə #tanrı #insanınyaradılışı #insan #ilkinsan #ying #yang #nəfəs #gil #qadın #kişi 

пятница, 5 февраля 2021 г.

Hathor (Misir mifologiyası)


    Hathor Misir mifologiyasında bərəkət, məhəbbət, evlilik və musiqi ilə əlaqələndirilən səma ilahəsidir. Tədqiqatçılara görə Hathora 3 min il ibadət edilib.
    Dişi aslan, firon ənciri, xurma ağacı kimi də tanınan ilahə daha çox inək başlı qadın formasında təsvir edilir. Hathor sözünün mənası "Horusun Evi" deməkdir. İnanclara görə Qoca Horusun yoldaşı, gənc Horusun isə anası idi. 
    Hathorun dörd ayağı səmanı daşıyan sütunlar, göbəyi isə səmanı simvolizə edən inək ilahənin buynuzları arasında bir günəş ilə Uraeus ( dəyişdirilmiş kobra ilanı) var idi, lakin bəzi təsvirlərdə 2 quş tükü, menat boyunbağı və sistrum (metal zınğırov) da taxdığını görə bilərik. 
    E.ə 31-ci  əsrə aid qədim heroqlif yazıların olduğu Narmer paletindəki (Böyük Hierakonopolis paleti) təsvirlərdə əvvəlcə inək ilahə idisə də 1-ci Xanədanlıqdan başlayaraq səma ilahəsi kimi təsvir edilir və Horusla əlaqələndirilir ki, buna görə "Günəşin gözü" olaraq yad edilmişdir. E.ə III minillikdən etibarən isə ilahə Nut ilə birlikdə Süd yolu ilə əlaqələndirilmiş, "Tufan" və ya "Böyük sel daşqını" kimi bilinən Mehturt adı ilə də tanınmışdır. 


    Mənbələrdə ilahə olaraq Ranın qızı və ya yoldaşı kimi təsvir edilmişdir. Hathoru yunanlılar Athyr adı ilə Afrodita, Romalılar isə Venus kimi qəbul etmişdir. 
    Qədim misirlilər Süd yolunu səmada axan nil çayına bənzədirdilər və döşlərindən süd axan müqəddəs inək Hathor tərəfindən yaradıldığına inanırdılar. 
    Thebes qəbiristanlığının qoruyucusu olan Hathor eyni zamanda axirətdə həyatı təmin edən bir ilahə idi. 
    Dini mərkəzləri Dendera və Kusae idi. Şöhrəti Suriyaya qədər yayılan ilahə burada " Firuzəyi Xanım" kimi bilinib və ona oğlu İhi və ya Ahi ilə birlikdə ibadət ediblər. 
Dendera məbədi.
Kleopatra burada Hathora ibadət edib. 



#Hathor #misir #mifologiya #misirmifologiyası #egypt #mythology #tanrı #ilahə #god #goddess #denderaməbədi #məbəd #kleopatra #horus #hor #horusungözü #horuseyes #günəş #Ra #sun #uraeus #firuzəyi #firuzəyixanım #ibadətgah #thebes #afrodita #venus #narmerpaleti #menat #sistrum #mehturt